Patron xoşbəxt sonluq istəyir (film, 2014)
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır.
Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həm də İsfəndiyar rolunu oynamışdır.