Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır.
Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.