Speleologiya
Spleologiya (yun. spelation –mağara, logos – elm, təlim) — mağaralar haqqında elmin kompleks biliklər sahəsi olub, mağaraların mənşəyini, morfologiyası, mikroiqlimi, oradakı çayları, gölləri, floranı, faunanı, ölmüş heyvanların izlərini, vaxtilə mağaralarda uzun müddət yaşayan insanların maddi mədəniyyətini, divar rəsmlərini, heykəltaraşlıq təsvirlərini, həmçinin Yer altında yaşayan insanların bioloji və fizioloji problemlərini öyrənir.
Fiziki coğrafiyanın bir şöbəsi olan Speleologiya həmçinin, mağaraların coğrafi yayılması və istifadə edilməsi məsələləri ilə yaxından məşğul olur.