SPOYLER is. \[ing. spoiler "maneə"\] tex. İdman avtomobillərinin ətrafında hava axınını tənzimləyən, aerodinamik performansı artırma funksiyası daşıyan element. Əksər idman avtomobilləri qabaq və arxa spoylerlə təchiz olunur.