Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Annotasiya
Annotasiya — Latınca "annotomik" sözündən olub qeyd aparmaq, əlavə etmək deməkdir. Ədəbi dildə annotasiyanın mənası kitab, jurnal və məqalənin məzmununu qısa şəkildə şərh etmək deməkdir. Annotasiyanın vasitəsilə şagird hər hansı bir kitabın məzmunu ilə daha yaxın tanış ola bilir. == Haqqında == Annotasiyada aşağıdakılar öz əksini tapmalıdır: Kitabın adı, nəşriyyatın adı, harada nəşr edilməsi, həcmi; Kitabın müəllifinin adı və soyadı; Kitabda nələrdən bəhs olunması, == İzahı == Annotasiyanı, əsasən, əsərin müəllifi yazır və məqsədini bir neçə cümlə ilə şərh edir. Məs.:Azərbaycan dilində vurğu lüğətinə dair annotasiya belə verilir: Annotasiya(lat.annotatio-qey) və ya rezyume (fran.-"qısaldılmış") – kitabın, əlyazmasının, monoqrafiyanın, məqalənin, patentin, filmin, qramplastinkanın və ya digər nəşrin qısa məzmunu, eləcə də onun qısa xarakteristikasıdır. Annotasiya nəşrin fərqləndirici xüsusiyyətlərini, yerini və zamanını nominativ formada göstərir. Annotasiya nəşrin əsas mövzusunu əks etdirir, bundan əlavə o təsvir olunan mənbənin əsas vəziyyətlərini də sadalaya bilər. Annotasiya hərəkət subyektini xatırlatmaya da bilər (guman edilə bilər ki, bu kontekstdən məlumdur) və passiv quruluşdan – fel və feli sifətdən ibarət ola bilər. Annotasiya məqalənin özündə ola bilər. Məzmununda nəticələrin də ola biləcəyinə baxmayaraq, müasir elmi jurnallarda annotasiyanı adətən məqalənin əvvəlində yerləşdirirlər (başlıqdan, müəlliflərdən və açar sözlərindən sonra).
Denotasiya
Denotasiya semantikada istifadə olunan işarələnən ilə işarələyən arasındakı əlaqəni ifadə edən çox mənalı bir termindir. Roland Barthesin dediyinə görə, denotativ işarə özünün "işarələmənin birinci səviyyəsi" adlandırdığı hissədədir. Bu quruluşda konotasiya denotativ işarənin işarələyənindən əldə edilən əlavə bir işarəyə və ya işarələrə aiddir.
Konotasiya
Konotasiya və ya konnotasiya, bir sözün ilkin və ədəbi mənalarından başqa, həmçinin insanda yaratdığı duyğu və düşüncələrdir. Ümumiyyətlə mənfi və ya müsbət kontekstdə istifadə olunur. Məsələn, Azərbaycan dilindəki "şişman" sözü mənfi bir konotasiyata malikdir və bəzi hallarda təhqir kimi qəbul edilərkən, eyni mənada işlənən "sümüyü ağır" sözü daha məqsədəuyğun sözdür. Eynilə, "toppuş" sözü də sevgi hissi doğurur və daha müsbət bir konotasiya yaradır. Konotasiya anlayışı çox vaxt denotasiya ilə müqayisə edilərək istifadə olunur. Denotasiya bir sözün əsas mənasını ifadə edərkən, konotasiya sözün digər xüsusiyyətləri barədə məlumat verir. Məsələn, ana sözünün əsas mənası və denotasiyası "uşağı olan qadın" deməkdir. Eyni sözün konotasiya mənası isə "sevgi" və "qorunma" kimi başa düşülməlidir.
İnnovasiya
İnnovasiya (ing. innovation, lat. innovato — yenilənmə, yaxşılaşma deməkdir) — yüksək səmərəlilik və tərəqqi məqsədilə yeniliyin tətbiqi, başqa sözlə insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsinin və ya təkmilləşdirilmiş halının cəmiyyətə təqdim edilməsi. Müasir dövrdə innovasiyanın kateqoriyalaşdırılması və onun dərəcələrinin müəyyənləşdirilməsi "İnnovasiya matris"i əsasında həyata keçirilir. Mahiyyət etibarı ilə 4 sektordan (sırası ilə İnqilabi, Dəstəkləyici, Bəsit və Dağıdıcı İnnovasiya) ibarət olan matris innovasiyaya zərurət duyulan sahə ilə bu zərurəti şərtləndirən problem arasındakı əlaqəni tədqiq edir. İnnovasiya kortəbii bir proses olmadığından, onun labüdlüyünün ölçülməsi və mümkün nəticələrinin səmərəlilik baxımından qiymətləndirilməsi nəticə etibarilə müvəffəqiyyət üçün müstəsna əhəmiyyət kəsb edir. İqtisadi proseslərə innovasiyanın elmi cəhətdən inteqrasiyası avstriyalı iqtisadçı Yozef Şumpeterin "İqtisadi inkişaf nəzəriyyəsi" (1911) kitabı ilə başlayaraq sonrakı dövrlərdə bir qisim müfəssəl tədqiqatlar əsasında daha da geniş vüsət aldı. Qeyd edilən əsərdə təqdim edilən "Kreativ destruksiya" yaxud "Şumpeter fırtınası" anlayışı, iqtisadi quruluşu fasiləsiz olaraq daxildən dəyişdirən, davamlı olaraq sistemdə mövcud olan köhnə elementi dağıdarkən yenisini formalaşdıran transformasiya prosesini ifadə edir. İlk dəfə innovasiya termini Amerika iqtisadçısı Yozef Şumpeterin (1883–1950) 1912-ci ildə yazdığı "İqtisadi inkişaf nəzəriyyəsi" əsəri ilə dövriyyəyə çıxarılmışdır. İnnovasiya anlayışı ixtira və kəşf terminlərindən fərqlənir.
Anastasiya
Anastasiya (ing. Anastasia) — 1997-ci ildə istehsal olunmuş cizgi filmidir. Cizgi filmi 1956-cı ildə çəkilmiş eyni adlı film əsasında hazırlanmışdır. 1999-cu ildə cizgi filmin "Anastasia: Adventures with Pooka and Bartok" adlı video oyunu çıxmışdır. == Məzmun == Rusiyanın sonuncu imperatoru II Nikolay Romanovun qızı Anastasiya Romanova Rasputinin hücumuna məruz qalır. Amma Anastasiya nənəsi ilə ondan qaça bilir. Qatara tərəf qaçan Anastasiya gözlənilmədən büdrəyərək aşağıya diyirlənir. Bu zaman onun başı yerə bərk dəyir və Anastasiya huşunu itirir. Bu hadisədən sonra 10 il keçir. Anastasiya uşaq evində böyüyür.
Anastasiya Bliznyuk
Anastasiya İlyiniçna Bliznyuk (d. 28 iyun 1994, Zaporojya, Ukrayna) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Bliznyuk, Rusiyanı 2012 London və Rio-de-Janeyro Olimpiadalarında təmsil edib və 2 dəfə qızıl medal qazanıb. Anastasiya Bliznyuk həm də, bir dəfə Dünya, üç dəfə isə Avropa çempionu olub. == Karyerası == Anastasiya Bliznyuk, 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Ulyana Donskova, Alina Makarenko, Kseniya Dudkina, Anastasiya Nazarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı. Anastasiya Bliznyuk, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Maksimova, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və 2-ci dəfə Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Boroda
Anastasiya Boroda (2 yanvar 1976, Cambul vilayəti) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Anastasiya Boroda, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
Anastasiya Borodina
Anastasiya Borodina (d. 5 yanvar 1982) — Ukraynanı təmsil edən həndbolçu. == Karyerası == Anastasiya Borodina Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Anastasiya Davidova
Anastasiya Davidova — Rusiyalı sinxron üzgüçü. Anastasiya Davidova 2004, 2008 və 2012-ci illərdə 5 dəfə Olimpiya Oyunlarının qızıl medalını qazanmışdır. Anastasiya Davidova həmçinin 13 qat Dünya və 7 qat Avropa Çempionatının qızıl medalçısıdır. Anastasiya Davidova 2005-ci ildə "Dostluq" ordeninə, 2009-cu ildə "Şərəf" ordeninə, 2012-ci ildə isə "Vətənə xidmətə görə" 4-cü dərəcəli ordenə layiq görülmüşdür. == Həyatı == Anastasiya Davidova 2 fevral 1983-cü ildə Rusiyanın Moskva şəhərində anadan olmuşdur. Anastasiya Davidova 2000-ci ildən idman ilə məşğul olur. == Karyerası == Anastasiya Davidova birinci uğurunu 2000-ci ildə qazandı. O Finlandiyanın Helsinki şəhərində Avropa Çempionatında qızıl medal qazandı. 1 ildən sonra isə o 2001-ci ildə Dünya Çempionatında qızıl və gümüş medal qazandı. Elə həmin ildə Berlində karyerasında 3-cü dəfə Avropa Çempionu adını qazandı.
Anastasiya Həsənova
Anastasiya Həsənova (15 may 1999, Saratov) — Azərbaycan əsilli Rusiya tennisçisi. == Həyatı == 1999-cu il mayın 15-də Saratov şəhərində doğulub. Ata tərəfindən azərbaycanlıdır. Tennis ilə altı yaşından məşğul olur. === İdman karyerası === 2020-ci ilin sentyabr ayında Rusiya çempionu olmuşdur.
Anastasiya Maksimova
Anastasiya İvanovna Maksimova (27 iyun 1991, Petrozavodsk) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Maksimova, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Anastasiya Maksimova, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Bliznyuk, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Metelska
Anastasiya Nazarenko
Anastasiya Konstantinovna Nazarenko (d. 17 yanvar 1993; Kalininqrad, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Nazarenko, Rusiyanı 2012 London Olimpiadasında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Anastasiya Nazarenko 2012-ci ildə Rusiya bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Ulyana Donskova, Kseniya Dudkina, Alina Makarenko və Karolina Sevastyanova ilə birgə finalda 57.000 xal toplayaq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Anastasiya Nikolayevna
Anastasiya Nikolayevna Romanova (rus. Анастасия Николаевна; 18 iyun 1901, Peterhof, Sankt-Peterburq quberniyası[d] – 17 iyul 1918[…]) — Rusiya imperiyasının sonuncu çarı II Nikolayın və onun həyat yoldaşı Aleksandra Fyodorovnanın qızı.
Anastasiya Prasolova
Anastasiya Prasolova (19 oktyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast və məşqçi. == Karyerası == Anastasiya Prasolovanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Anastasiya Prasolova Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Anastasiya Prikhodko
Anastasia Prixodko (ukr. Анастасія Костянтинівна Приходько, Anastasiya Kostyantynivna Prykhodko; rus. Анастаси́я Константи́новна Прихо́дько, Anastasiya Konstantínovna Prikhodko; 21 aprel 1987, Kiyev, SSRİ) — Ukraynalı müğənni. == Həyatı == Anastasiya Prixodko 21 aprel 1987-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "Mamo" mahnısı ilə təmsil etmişdir. Finalda 91 xalla 11-ci olmuşdur. == Həmçinin bax == Mamo == İstinadlar == == Xarici keçidlər == Anastasiya Prikhodko.
Anastasiya Prixodko
Anastasia Prixodko (ukr. Анастасія Костянтинівна Приходько, Anastasiya Kostyantynivna Prykhodko; rus. Анастаси́я Константи́новна Прихо́дько, Anastasiya Konstantínovna Prikhodko; 21 aprel 1987, Kiyev, SSRİ) — Ukraynalı müğənni. == Həyatı == Anastasiya Prixodko 21 aprel 1987-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "Mamo" mahnısı ilə təmsil etmişdir. Finalda 91 xalla 11-ci olmuşdur. == Həmçinin bax == Mamo == İstinadlar == == Xarici keçidlər == Anastasiya Prikhodko.
Anastasiya Serdyukova
Anastasiya Serdyukova (d. 29 may 1997, Daşkənd, Özbəkistan) — Özbəkistanı təmsil edən bədii gimnast. Anastasiya Serdyukova 2016-cı ildə Özbəkistanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Serdyukova həm də Asiya Oyunlarının qızıl və bürünc medalını qazanıb. == Karyerası == Anastasiya Serdyukova 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.490 xal topladı və 17-ci yeri tutaraq mübarizəni dayandırdı.
Sosial innovasiya
Sosial innovasiya — əhalinin müxtəlif tipli sosial tələbatlarına cavab verən yeni strategiyaları, konsepsiyaları, ideyaları və təşkilatları özündə ehtiva edir. Hazırda internet vasitəsilə sosial innovasiyaların tətbiqi məsələsi daha aktualdır, belə ki, internet sosial innovasiyaları həyata keçirmək üçün ən ucuz və sürətli vasitə hesab olunur. Buna görə də internet əsaslı sosial innovasiyaları dəstəkləyən müxtəlif tədbirlər bütün dünyada keçirilməkdədir, bunlardan ən məşhuru Sosial Yeniliklər Düşərgəsidir. Sosial innovasiyalar hazırda cəmiyyətdə e-dəyişikliklər tətbiq etməklə müxtəlif proseslərin internet və rəqəmsal alətlər üzərindən daha asan və ucuz yollarla həyata keçirilməsinə xidmət edir.
Anastasiya Qolovina
Anastasiya Qolovina (bolq. Анастасия Головина) — rus əsilli bolqar qadın həkim, psixiatr; Bolqarıstanda ali təhsilli ilk qadın həkim və Varnada ilk uşaq mərkəzinin qurucusu. Aleksandr Qolovinin həyat yoldaşı. == Bioqrafiyası == 1850-ci il oktyabrın 17-də Kişinyovda bolqar ailəsində anadan olmuşdur. Ata - Angel Petroviç Nikolaou, Kişinyov meri. Ana babası - Kirill Minkov, Kaloferdən olan Kişinyov taciri olmuşdur. O, doğma şəhərində fransız məktəbini bitirib, sonra stenoqraf işləyib. Atasının ölümündən sonra Sürixə köçüb, orada universitetə daxil olaraq tibb təhsili alıb. O, Rusiya tələbə inqilabi hərəkatının üzvü olub, bundam ötrü universitetdən qovulmuş və Parisdə təhsilini davam etdirmişdir. O, 1878-ci ildə Paris Universitetini bitirib, Sorbonnada "Damar divarlarının histoloji tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək psixiatr Jan Martin Şarkonu heyran edib və məzun olan ilk bolqar qadın olub.
Anastasiya Svetayeva
Anastasiya İvanovna Svetayeva (rus. Анастаси́я Ива́новна Цвета́ева ; 14 sentyabr 1894, Moskva – 5 sentyabr 1993, Moskva) — rus, sovet yazıçısı, filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayevin qızı, Marina Svetayevanın kiçik bacısı. == Həyatı == Anastasiya Svetayeva (ailədə onu Asya adlandırırdılar) 14 (26) sentyabr 1894-cü ildə Moskvada anadan olub. Onun atası məşhur filoloq, alim Moskva Universitetinin professoru, A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyinin yaradıcısı və ilk direktoru İvan Vladimiroviç Svetayev idi. İvan Svetayev xoşxasiyyət insan olsa da, işi ilə həddən çox vaxt keçirər, ailəsinə məsafəli davranardı. Bu soyuqluğun digər səbəbi birinci arvadını hələ də unuda bilməməsi idi. Böyük bacısı Marina kimi o, ibtidai təhsili evdə alıb, sonra isə M. T. Bryukhonenkonun özəl qadın gimnaziyasında oxuyub. 1902–1905-ci illərdə qızlar Qərbi Avropada yaşayıb, İsveçrə və Almaniyada özəl internat məktəblərində oxuyublar. Sonra bir müddət Yaltada yaşayıblar. 1906-cı ildə analarının ölümündən sonra onlar Moskvaya dönüblər.
Anastasiya Volkova
Anastasiya Volkova (təq. 1992, Ukrayna) — kənd təsərrüfatı yenilikçisi. Peyk və avtonom dron texnologiyasından istifadə edərək, bitkilərdə xəstəliklərin erkən göstəricisini təyin edə bilir. O, Ukrayna, Polşa və Avstraliyada təhsil alıb. 2020-ci ildə o, Ukraynadakı Flurosat şirkəti ilə biznes əlaqələrinə görə Avstraliyada yaşayırdı. Onun fəaliyyəti BBC və MIT Technology Review tərəfindən tanınıb və 2020-ci ildən etibarən əhəmiyyətli maliyyə vəsaiti alır. == Həyatı == O, Kiyevdə ali təhsilini başa vurduqdan sonra, magistr dərəcəsi almaq üçün Polşaya yollanıb. Üç il Avstraliyada yaşadıqdan sonra o, doktorluq dərəcəsini 2018-ci ildə Sidney Universitetində tamamlayıb. Fermerlərə məhsulu haqqında məsləhət vermək üçün peyk şəkillərini təhlil edən Flurosat adlı şirkət quran Anastasiya 2017-ci ildə onun maliyyələşdirməsi üçünA1 milyon dollar təklifini təklif etdi. 2019-cu ilə qədər şirkət 8,6 milyon dollar, o cümlədən Microsoft M12-nin rəhbərlik etdiyi qrupdan 3,2 milyon dollar qazanıb.
Anastasiya Zavorotnyuk
Anastasiya Zavorotnyuk (rus. Анастаси́я Ю́рьевна Заворотню́к; 3 aprel 1971, Həştərxan – 29 may 2024, Moskva) — teatr və kino aktrisası, teleaparıcı. Rusiyanın Əməkdar artisti (2006). == İstinadlar == == Xarici keçidlər == Anastasia Zavorotnyuk — IMDb səhifəsi International web page of Anastasiya Zavorotnyuk!
Anastasiya Bayduk
Anastasiya Mertsalova
Anastasiya Mertsalova (13 iyul 2001, Omsk) — "Severyanka Çerepovets" çıxış edən azərbaycanlı qadın voleybolçu. == Həyatı == Milliyətcə azərbaycanlı və rus olan Anastasiya Mertsalova 2001-ci il iyul ayınının 13-də anadan olub. Hal-hazırda 23 yaşı var. Azərreyl QVK voleybol kulubunun üzvüdür.