stela

stela
steklotekstolit 2021
stellaj
OBASTAN VİKİ
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Stela Davati
Stela Davati (gürc. დავათის სტელა) — Gürcüstanın Duşeti bələdiyyəsinin Davati kəndində tapılan daş barelyefi. Onun üstündə arxangellər Mikayıl və Cəbrayıl əks olunub, onlar ortada qədim gürcü əlifbası Asomtavruli təsviri olan perqament tutublar. Bu, əlifbanın bu günümüzə qədər qalan ilk təsviridir. Gürcü alimi G. Narsidzenin fikrini görə, Stela Davati eramızın IV—VI əsrlərinə aiddir. კ (K), ტ (T), və ჭ (Ç) hərflərində işarə şəklində qeyd var. R.Ramişvilinin ehtimalına görə, bu müəyyən nömrələrə uyğundur. 5000, 300 və 20 yəni = 5320 (qədim gürcü mətnlərindəki nömrələr hərflərlə işarə olunurdu). Bibliyada dünya xronologiyası eramızdan əvvəl 5604-cü ildən hesablandığını nəzərə alsaq, onda 5604-5320=e.ə. 284-cü il.
Meşa stelası
Meşa kitabəsi, Meşa sütunu, Meşa stelası və ya Moav daşı — təxminən e.ə. 840-cı ilə aid, Moav padşahı Meşanın adına Kənan yazısında yazılmış kitabə. Meşa Moav tanrısı Xamosun öz xalqına qəzəbləndiyini və onların İsrail padşahlığına tabe olmasına icazə verdiyini, lakin nəhayət, onun geri qayıdaraq İsrailin boyunduruğundan qurtulmaq və Moavın torpaqlarını bərpa etmək üçün Meşaya kömək etdiyini izah edir. Meşa bir çox tikinti layihələrini də təsvir edir. Paleoivrit yazısı ilə sıx bağlı olan Finikiya əlifbasının variantında yazılmışdır.. Albright, William F. "Is the Mesha Inscription a Forgery?". The Jewish Quarterly Review. University of Pennsylvania Press. 35 (3). 1945: 247–250.
Yamanoe stelası
Yamanoe stelası (山ノ上碑, Yamanoe hi) – Yaponiyanın Qunma prefekturasının Takasaki şəhərində yerləşən qədim stela. Kozukenin üç stelasından ən qədim olanıdır. Üzərində Çin işarələri və yapon qrammatikası ilə yazılmış ən qədim yazı həkk olunmuşdur. Stelanın yaxınlığında Yamanoe kofunu (山ノ上古墳) yerləşir. 681-ci ildə ucaldılmış stela Haruna vulkanından gətirilmiş andezit daşından hazırlanmışdır. Stela 111 santimetr hündürlüyündə, 47 santimetr genişliyində və 52 santimetr qalınlığındadır və Koreyanın Şila krallığına aid olan stelanı xatırladır. Stelanın kalliqrafik stilin krelikal yazının bir variantı olduğu güman olunur. Hoko məbədinin bir keşişi olmuş Naqatoşi anası Kurome-no-tocini yaxınlıqda dəfn etdikdən sonra onun üçün bu stelanı ucaltmışdır. Stelanın üzərindəki yazı 53 işarədən ibarətdir və Azərbaycan dilindəki tərcüməsi belədir: Stelanın üzərində yazının əvvəlində qeyd olunan tarix forması VII əsrin epiqrafları və taxta tabletləri üçün səviyyəvidir. Yazı üçün Çin işarələrindən istifadə olunsa da, yapon qrammatikası ilə yazılmışdır: feil mübtədadan sonra gəlmək əvəzinə cümlənin sonunda işlədilir.
Bentreş stelası
Bentreş stelası və ya Baxtan stelası — xəstələnən və Misir tanrısı Xonsu tərəfindən sağaldılan Baxtan (yəni Baktriya) şahzadəsinin qızı Bentreşin hekayəsindən bəhs edən heroqlif mətni, qədim Misir qumdaşı stelası. == Tarixi == Narrativ II Ramzesin dövründə qurulmuşdur (Bentreş hekayədə onun baldızıdır), lakin mətn adətən psevdoepiqrafik olaraq qəbul edilir. Yeni padşahlıq üslubunda tərtib edilməsinə və həkk olunmasına baxmayaraq, mətnin özünün daha sonrakı icraata aid olduğu güman edilir. Adolf Erman stelanın üçün erkən Ptolemey dövrünə aid olduğunu təklif etmiş, bu fikir Kim Riholt tərəfindən dəstəklənmişdir. Digər alimlər mətni anti-İran təbliğatı kimi şərh etmiş və stelanın İyirmi yeddinci sülalə ilə bağlı olduğunu bildirmişdilər.