stomatit

stomatit
stolyanı
stomatologiya
OBASTAN VİKİ
Stomatit
Stomatit – ağız boşluğunun yumşaq toxumalarının (yanaq, yumşaq və sərt damaqlar, ağız boşluğunun dibi) selikli qişaların iltihabı. Bütün yaş qruplarında rast gəlinən bir prosesdir. Stomatit həm ağız boşluğundan izolə olunmuş şəkildə, həm də digər ağız boşluğu üzvlərinin selikli qişaslarının iltihabları – qinqivit, xeylit və qlossit ilə birlikdə inkişaf edə bilər. Klinik və morfoloji xüsusiyyətlərindən asılı olaraq stomatitlərin müxtəlif formaları ayırd edilir. Kliniki gedişinə görə — kəskin və xroniki; morfoloji dəyişikliklərin xüsusiyyətlərindən asılı olaraq – seroz, kataral, fibroz, irinli (fleqmona və ya xırda irinciklər – apostematoz), qanqrenoz və s; patoloji dəyişikliyin dərinliyindən asılı olaraq – səthi və dərin stomatitlər və s. İltihab ocağının xarici görünüşündən və morfoloji xüsusiyyətlərindən asılı olaraq stomatitlər xoralı, deskvamativ, kataral-xoralı, kataral, afta, düyüncük, düyün, vezikul, qovuqcuq, eroziya, ləkələr və s. xarakterlərdə ola bilirlər. Hazırda stomatitlər aşağıdakı qruplara bölünür: Travmatik stomatitlər. Bu növ stomatitlərin yaranmasında əsasən şüalanma, kimyəvi maddələr, dərman maddələri, temperatur, mexaniki amillər ön planda durur. Travmatik stomatitlər əhali arasında daha çox rast gəlinir.

Значение слова в других словарях