Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stomatologiya
Stomatologiya — dişlərin, diş ətinin, diş-çənə sisteminin, ağız boşluğu toxumalarının, üz və boyun toxumalarının anatomiyası, fiziologiyası, patogenezi, xəstəlikləri, etiologiyası, profilaktikası və müalicəsi ilə məşgul olan tibb sahəsi. Ağız boşluğu və dişlərin müxtəlif xəstəlikləri, funksional və anatomik pozğunluqların (defektlərin) profilaktikası və müalicəsi, əmələ gələn qüsurların bərpası və dişlərin müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir. Diş pulpasında əmələ gələn xəstəliklərin (pulpit, periodontit və s.) müalicəsi ilə məşgul olan terapevtik stomatologiyanın bir sahəsidir. Diş-çənə sisteminin inkişaf anomaliyalarının, qüsurlarının, anatomik vəı funksional pozğunluqlarının xüsusi üsullarla profilaktika və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir. Müasir ortopedik stomatologiya öz inkişafını ibtidai diş-protez texnikasından götürmüşdür. Ortopedik stomatologiyada tədbiq olunan diş protezləri, diş cərgəsinin qüsurlarının həm anatomik formasını, həm də onun funksiyasını bərpa edir. Diş protezləri konstruksiyasına görə çıxan və çıxmayan olur. Süd dişləri və qarışıq dişləm əsnasında əmələ gələn xəstəliklərin profilaktikası və müalicəsi ilə məşgul olan stomatologiya sahəsidir. Ortodontiya diş sıralarının anomaliyalarının müalicəsi ilə məşğul olan ortopedik stomatologiyanın ixtisaslaşmış sahəsidir. Dişətrafı toxumaların xəstəliklərinin profilaktikası, müalicəsi və bərpası ilə məşgul olan stomatologiya sahəsidir.
Plomb (stomatologiya)
Plomb — çürük nəticəsində zərər görmüş olan dişə normal funksiyalarını görünüşünü qazandırma üsuluyla edilən bir diş müalicəsidir. Diş plomb edilərkən, əvvəl çürümüş diş toxumasını diş üzərindən uzaqlaşdırır. Sonra diş çürüyü ilə təsirlənmiş sahəsi tənzimlənər və boşluq plomb vasitəsilə doldurularaq tamamlanır. Bakteriyaların təkrar girə bilmə ehtimalı olan boşluqları plomb ilə bağlayaraq çürüyün irəliləməsini də maneə törədilməyə çalışılır. Onlar iki geniş növə bölünür - birbaşa və dolayı. Məsələn, kök kanalının doldurulması diş pulpasının normal olaraq yerləşdiyi boşluğu doldurmaq üçün istifadə edilən bərpaedici üsuldur. Plomb üçün istifadə edilən vəsaitlər aşağıdakılardır: Qızıl Farfor Kompozit Qatran (diş rəngində plomb) Amalqama (civə, gümüş, mis, qalay və bəzən sink xəlitəsdə). Amalgam (gümüş) plomblar, aşınmağa qarşı müqavimətlidir və nisbətən daha ucuz bir plomb növüdür. Bununla birlikdə, tünd rənglərindən ötəri, farfor və ya digər kompozit bərpalara görə daha fərq edilər xüsusiyyətdədir və ümumiyyətlə ön dişlər kimi görünər bölgələr üçün uyğun deyil. Kompozit qatran - diş ilə eyni rəngdədir və bu səbəblə təbii görünüş istəndiyində istifadə edilər.
Xəzər Universiteti Tibb və Stomatologiya fakültəsi
Xəzər Universitetinin Tibb və stomatologiya fakültəsi
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir: 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
Bromatologiya
Bromatologiya və ya Qida elmi qida tədqiqatlarını öyrənən tətbiqi elmdir. Qida Texnologiyaları İnstitutu qida elmini qidanın təbiətini, xarab olma səbəblərini, qida emalının əsasını təşkil edən prinsipləri və istehlakçı ictimaiyyət üçün qidanı yaxşılaşdırmaq üçün istifadə olunan mühəndislik, bioloji və fiziki elmlər sahəsinin bir qolu kimi müəyyən etmişdir.