STRATİQRAFİYA

(lat.stratum-döşəmə, lay və yun. grapho-yazıram, təsvir edirəm) geologiyanın bölməsi, süxurların formalaşması ardıcıllığını və onların məkanca ilkin qarşılıqlı münasibətini öyrənir. стратиграфия stratigraphy
STRATİQRAFİK QEYRİ-UYĞUNLUQ
STRATİPLEN
OBASTAN VİKİ
Stratiqrafiya
Stratiqrafiya (lat."stratum"-təbəqə və yun. "qrafo" - yazıram)- tarixi geologiyanın bölməsi; Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir. Stratiqrafiyanın əsas məqsədləri: 1. Yer qabığının inkişaf tarixini aydınlaşdırmaq üçün onun ayrı-ayrı sahələrində süxurların ilkin yatım ardıcıllığını və yaş münasibətlərinin müəyyən edilməsi; struktur geologiya, geoloji planalma və axtarış-kəşfiyyat işləri kimi məsələləri həll etmək üçün baza yaradılması; Yer kürəsi üçün ümumi olan nisbi geoxronoloji şkalanın yaradılması; 2. Hər hansı ölkə və ya regionda geoloji əmələgəlmələrin yatım ardıcıllığının öyrənilməsi. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Azərbaycanın Stratiqrafiyası və litologiyası

Значение слова в других словарях