STREAM

stream1

n 1. balaca çay; 2. axın; sel (həm də məc.); a ~ of light işıq seli; 3. qatar, cərgə, sıra; axın; a ~ of people insan axını; a ~ of cars maşın qatan;

◊ Little streams make great rivers at. söz. ≅ Dama-dama göl olar

stream2

v 1. axmaq; sel kimi axmaq / axıb getmək; batmaq, bulanmaq; to ~ with blood qana bulanmaq; to ~ with perspiration qan-tərə batmaq; 2. tökülmək, axışıb gəlmək; People streamed in from all quarters Adamlar hər tərəfdən axışıb gəldilər; 3. yelləmək; to ~ a handkerchief / a flag dəsmalı / bayrağı yelləmək; 4. yellənmək; The flag streamed in the wind Bayraq küləkdən yellənirdi

STREAKY
STREET
OBASTAN VİKİ
Nord Stream
Şimal axını (alm. Nord Stream‎; rus. Северный поток) — Qərbi Avropanı təbii qazla təmin etmək üçün Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya uzanan təbii qaz kəmərləri şəbəkəsi. O, "Şimal axını 1" və "Şimal axını 2" adlı iki ayrı layihədən ibarətdir. Hər iki boru kəmərinin hər biri iki borudan, NS1 A və B, həmçinin NS2 A və B olmaqla, cəmi 4 fiziki borudan ibarətdir. Hər iki boru kəməri Rusiyadan başlayır və Almaniyanın Lubmin şəhərində bitir. Kəmərlər Almaniya, Hollandiya və Fransa maraqlı tərəfləri ilə birlikdə Rusiyaya məxsusdur (51 faiz). Layihə Rusiya, Almaniya, Fransa, Avstriya və Hollandiya şirkətlərindən ibarət konsorsium tərəfindən maliyyələşdirilib. Bu, Rusiya təbii qazını birbaşa Qərbi Avropaya çatdırmaq üçün Ukrayna və Polşadan yan keçən ilk boru kəməri idi. "Şimal axını 2" layihəsinə ABŞ başlanğıcdan bəri qarşı çıxırdı, çünki onlar Almaniyanın Amerikadan daha bahalı LNG almasını istəyirdilər.