Antonio Xose Fransisko de Sukre
Antonio Xose Fransisko de Sukre Alkala (isp. Antonio José Francisco de Sucre y Alcala) — Sukre 3 fevral 1795-ci ildə Kumana Yeni Qranada (indiki Venesuela) doğulub. 1830-cu ilin 4 iyununda Posta yaxınlığında Kolumbiya ərazisində öldürülür. Latın Amerikasında İspan ağalığına qarşı aparılan istiqlal müharibəsinin əsas simalarından biri olmuşdur (1810–1826). Boliviyanın ikinci prezidenti olaraq 1826–1828-ci illərdə ölkəni idarə etmişdir.
1805-ci ildən Venesuela və Kolumbiyanın azadlıq mücadiləsinə qoşulur. 1820-ci ildən azadlıq mücadiləsi komutəsinə rəis təyin edilir. O, Simon Bolivarın əsas silahdaşlarından biri olur. Elə həmin ildə Bolivarın dəstəyi ilə general rütbəsi alır və Böyük Kolumbiyanın azadlıq mücadiləsinə başlayır. Kiçik ordu ilə Kolumbiyadan ayrılır.