SUPERKOMPÜTER

is. \[ing. super + komputer\] tex. Çoxprosessorlu hesablama sistemi. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompüterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və s. kimi elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərin qiyməti 10 milyon dollarlarla ölçülür.
SUMMATİV
SUPERYÜNGÜL
OBASTAN VİKİ
Superkompüter
Superkompüter (ing. supercomputer) – ümumi təyinatlı kompüterlə müqayisədə yüksək performans səviyyəsinə malik kompüter. Superkompüterin performansı adətən saniyədə milyon təlimat (MIPS) əvəzinə FLOPS ilə ölçülür. 2017-ci ildən bəri 1017 FLOPS-dan çox iş görə bilən superkompüterlər mövcuddur. Superkompüterlə müqayisədə masaüstü kompüter yüzlərlə gigaFLOPS ilə onlarla teraFLOPS diapazonunda performansa malikdir. 2017-ci ilin noyabr ayından etibarən dünyanın ən sürətli 500 superkompüterinin hamısı Linux əsaslı əməliyyat sistemlərində işləyir. ABŞ, Avropa İttifaqı, Tayvanda, Yaponiyada və Çində daha sürətli, daha güclü və texnoloji cəhətdən üstün yuxarı miqyaslı superkompüterlər yaratmaq üçün əlavə tədqiqatlar aparılır. Superkompüterlər hesablama elmləri sahəsində mühüm rol oynayır. Onlar kvant mexanikası, hava proqnozu, iqlim tədqiqatı, neft və qaz kəşfiyyatı, molekulyar modelləşdirmə (kimyəvi birləşmələrin, bioloji makromolekulların, polimerlərin və kristalların strukturlarının və xassələrinin hesablanması) və fiziki simulyasiyalar (məsələn, kainatın ilk anlarının simulyasiyaları, təyyarə və kosmik gəmilərin aerodinamikası, nüvə silahlarının partlaması və nüvə sintezi) müxtəlif sahələrdə hesablama intensivliyi olan geniş spektrli tapşırıqlar üçün istifadə olunur. Onlar kriptoanaliz sahəsində vacib rol oynamışlar.
Summit (superkompüter)
Dünyanın ən güclü Summit superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır. Bu, Çin sisteminin pik məhsuldarlığından (93 petaflops) iki dəfə çoxdur. Həmçinin ABŞ-nin bundan əvvəlki ən güclü superkompüteri – Titanın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.Summit sistemi adi stolüstü kompüterin 30 ilə gördüyü işin öhdəsindən bir saat ərzində gəlmək imkanına malikdir.Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4 min 608 server stansiyasından ibarətdir. Sistem 27 mindən çox “Nvidia Tesla V100” qrafik prosessoru ilə bərabər işləyən 9 mindən çox 22 nüvəli "IBM Power9" prosessorundan istifadə edir. Summit superkompüterinə sərf olunan enerjinin həcmi ilə 8 min 100 evi enerji ilə təmin etmək mümkündür. Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.

Значение слова в других словарях