SURSAT
SUSAMAQ
OBASTAN VİKİ
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Sus (Laçın)
Sus — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd. Oykonim "sulu yer" mənasındadır. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Sus kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Sus Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşmüşdür. 2022-ci il avqustun 26-da Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. Sus kəndi Həkəri çayının sağ və Zabux çayının sol sahilində, Qarabağ vulkanik yaylasında yerləşir. Əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik idi.
Sus (Tunis)
Sus (Ərəb dilində: سوسة‎‎, Sus‎;‎ fransız dilində: Sousse) — Tunisdə şəhər, eyniadlı vilayətin mərkəzi. Əhalisi - 173 047 nəfər (2004). Qədim dövrlərdə Sus şəhəri Qadrumet adlanırdı və o, Afrikada ilk finikiya koloniyalarından və Karfagen dövlətinin ən iri mərkəzlərindən biri idi. III Pun müharibəsi dövründə Sus (Qadrumet) Roma tərəfindən çıxış etdiyinə görə onun sakinlərinə Roma vətəndaşlığı hüququ verilmişdir. Trayanın hakimiyyəti dövründə şəhər koloniya statusu almışdır. Diokletianın hakimiyyəti dövründə isə Bizatsena əyalətinin mərkəzi idi. İmperator Yustinianın dövründə şəhərin adı dəyişdirilərək Yustinianopol adlandırılmışdı. Ərəb işğalı dövründə şəhər Sus adlandırılan bu şəhər bir neşə əsrdən sonra öz əhəmiyyətini itirmişdir. Aqlabidlər sülaləsindən olan Kayruan hakimləri Susa liman şəhəri kimi mühüm əhəmiyyət verirdilər. Onlar 850 ci ildə bu şəhərdə böyük məscid və 859-cu ildə şəhərin ətrafında müdafiə divarlarını tikdilər.
Sus (genius)
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Sus və Çal!
Sus və Çal (kor. 닥치고 꽃미남 밴드, ing. Shut up! Flower boy band) — Cənubi Koreyanın TVN telekanalında yayımlanan serialıdır. Bu serial azad ruhlu oğlanlardan ibarət olan orta məktəbli "Eye Candy" rok qrupunun dostluqlarını, sevgilərini və musiqiyə olan rəğbətlərini təsvir edir.
Ağalın susüpürən
Ağalın susüpürən (lat. Sterna striata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağbaş susüpürən
Ağbaş susüpürən (lat. Sterna trudeaui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağsu (Susuz)
Ağsu — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 30 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 10 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 348 nəfər daimi əhali yaşayır.
Ağyanaq bataqlıq susüpürəni
Ağyanaq bataqlıq susüpürəni (lat. Chlidonias hybrida) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin bataqlıq susüpürəni cinsinə aid heyvan növü. 24–28 sm uzunluğuna malik olurlar. Qanadları arasındakə məsafə 63 sm-ə qədərdir. Çütləşmə dönəmində sinəsi boz rəngdə olur. Başında qara "qapaq" olduğu halda yanaqları və quyruq lələkləri ağ rəngdədir. Dimdik və pəncələri qırmızıdır. Ağyanaq bataqlıq susüpürəni Avropanın və Ön asiyanın su turtarları ətrafında yayılırlar. Şimalda Aral dənizi və Xəzər dənizi, Qara dəniz, cənubda Pakistan və Ərəbistan yarımadasına qədər ki ərazidə yayılırlar. Avropada Belarus, Ukraynanın cənubu, Albaniya, Türkiyə, Yunanıstanın şimalı, Rumıniya, Bolqarıstan, İspaniya, Fransanın cənubu və qərbi, İtaliyanın Po çayı sahillərində görülür.
Ağyanaq susüpürən
Ağyanaq susüpürən (lat. Sterna repressa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Balina susüpürəni
Bataqlıq susüpürəni
Bataqlıq susüpürəni (lat. Chlidonias) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Quyruqlarında kiçik yarıq vardır. Qanadları ensizdir. Çayların gilli sahillərində yuvalayırlar. Əsasən böcək və balıqlarla qidalanırlar.
Bataqlıq susüpürənləri
Böyük kəkilli susüpürən
Cırtdan susüpürən
Cənubu Amerika susüpürəni
Cənubu Amerika susüpürəni (lat. Sterna hirundinacea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Eleqant susüpürən
Forsterov susüpürəni
Gölbaşı (Susuz)
Gölbaşı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 42 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 22 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 361 nəfər daimi əhali yaşayır. 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Gölbaşı kəndində 68 nəfər əhali yaşayırdı və onların hamısını etnik kürdlər təşkil edirdi.
Gözlüklü susüpürən
Hindistan adi susüpürəni
Kergelen susüpürəni
Kergelen susüpürəni (lat. Sterna virgata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ket Susi
Ketrin Ellen Susi (ing. Katherine Elaine Soucie; 20 fevral 1967, Klivlend, Ohayo) — ABŞ səs aktrisası . Adı tez-tez Ket Susi və ya Ket Eleonor Susi kimi qeyd edilir. O, əmək fəaliyyətinə 1979-cu ildə başlamışdır və bu günə kimi fəaliyyətini davam etdirir. O, cizgi filmlərində və cizgi seriallarında (xüsusilə "The Walt Disney Company" tərəfindən istehsal olunanlar), eləcə də video oyunlarda bir çox personajları səsləndirmişdir. Susi Ohayo ştatının Klivlend şəhərində anadan olmuşdur.
Keçili (Susuz)
Keçili — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 67 nəfər daimi əhali yaşayır.
Kiçik kəkilli susüpürən
Kiçik susüpürən
Kral susüpürəni
Mikania sushuensis
Mikania sushuensis (lat. Mikania sushuensis) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Mixail Suslin
Mixail Yakovleviç Suslin (rus. Михаи́л Я́ковлевич Су́слин; d.15 noyabr, 1894, Saratov – ö.21 oktyabr, 1919, Krasavka) — rus riyaziyyatçısı, Luzinin şagirdidir. 1916-cı ildə Moskva Universitetinin tələbəsi olduğu zaman A çoxluğu adlanan yeni sinif çoxluq kəşf etmişdir. Игошин В. И. "Михаил Яковлевич Суслин (1894-1919)", "Наука. Физматлит", 1996, стр. 160. ISBN 5-02-015191-2 Колягин Ю. М. "Дмитрий Федорович Егоров. Путь ученого и христианина", "ПСТГУ", 2010. стр.302.
Peru susüpürəni

Значение слова в других словарях