Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yasəmən
Yasəmən (lat. Syringa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Bura Cənub-Şərqi Avropada (Macarıstan, Balkanlar) və Asiyada yabanı halda bitən 10 növ daxildir. Ətirli çiçəkləri olan bu sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Məhəmməd Mömin göstərir ki, bü gülü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmənin cövhərini xaricdən istifadə edərkən baş ağrılarına kömək edir. == İstifadəsi == Ətirli çiçəkləri olan yasəmənin sarmaşıq kolu yabanı vəziyyətdə Lənkəran dağlarında rast gəlinir. Yasəmən gülünü iyləmək başağrılarında, beynini möhkəmlətməkdə kömək edir. Yasəmən güllərinin kompresi dəri çillərini təmizləyir və üzü qızardır. Xaricdən istifadə edilən yasəmən yarpaqlarından məlhəm ereksiyanı gücləndirir.
Adi yasəmən
Adi yasəmən (lat. Syringa vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Balkan yarımadasında, Sankt-Peterburqdan Yekaterinburq bölgəsinədək, Qərbi Sibirdə Tayqanın cənub zonasında, meşə-çöl və çöl zonalarında, Orta Asiyada, Şərqi Sibirin cənubunda, Uzaq Şərqin orta və cənub hissəsində becərilir. Karpatda təbii relikt arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 2-8 m olan, çoxgövdəli, yarpağı tökülən koldur. Qabığı boz və ya boz-qonur, cavan bitkilərin qabığı hamardır. Zoğları iki, bəzən bir tumurcuqla qurtarır. Tumurcuqlarda pulcuqları xaçvari yerləşir. Yarpaqları üzbəüz, sadə, uzunluğu 4-12 sm və eni 3-8 sm, bünövrəsi ürəkvari və ya düz kəsikli, ucu biz, yaşıl, çılpaq, möhkəm, kənarları bütöv, saplaqların uzunluğu 3 sm-dir. Çiçəkləri bənövşəyidən ağ rəngədək olmaqla, ətirli, 6-10 x 5-8 mm, uzun müddət tökülməyən, piramidal, cüt, düz dayanan və ya sallaq, uzunluğu 10-20 sm olan süpürgələrə yığılmışdır.
Həqiqi yasəmən
Ağ jasmin (lat. Jasminum officinale) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Təbii yayılması == Asiya, Aralıq dənizi ölkələri, Çinin şimalı, Zaqafqaziyada geniş yayılmışdır. Pakistanın milli çiçəyidir. == Botaniki təsviri == Ağ jasminin hündürlüyü təxminən 3 m-ə çatır. Uzun gövdələri 5-9 xırda, mürəkkəb yarpaqlardan ibarətdir. Çiçəkləri zoğların uclarında çiçək qruplarına yığılmışdır. Bu növ martdan maya qədər, diametri 5 sm olan gözəl, ağ və ətirli çiçəklərlə örtülü olur.
Tüklü yasəmən
Tüklü yasəmən (lat. Syringa villosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Çində Pekinin yaxınlığında, Xubey və Şensi əyalətlərində yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 4 m-dək olan, sıx yarpaqlı koldur. Cavan budaqları sarı-boz rəngli tükcüklərlə örtülmüşdür. İki illik bitkilərin budaqları boz-qonur-sarı rəngli, çılpaqdır. Saplağın uzunluğu 1-1,5 sm-dir. Yarpaq ayası uzunsov formalı, aşağı və ya yuxarıya daralmış, uzunluğu 4-16 sm və eni 3,5-6 sm, üstü hamar, yaşıl, alt tərəfi yayılmış, yapışıq, əsasən damarcıqların ətrafında yerləşmiş, ağ tükcüklü və ya çılpaq, açıq yaşıl rənglidir. Çiçək qrupunun uzunluğu 15-30 sm, düz dayanan, süpürgəvari, ensiz-piramidal və ya silindrik formalı, keçən ilki zoğların uclarında yerləşmiş, alt tərəfində iki cüt yarpaqlıdır. Çiçək qrupunun oxu çılpaq və ya məxməri tükcüklü, budaqları məxməri və uzun tükcüklərlə seyrək örtülmüşdür.
Yasəmən Malik
Yasəmən Məmmədova
Yasəmən Ramazanova
Yasəmən Allahverdi qızı Ramazanova (25 yanvar 1958, Tumbul) — C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası və rejissoru. Komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Azərbaycanın xalq artisti (2008), Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Yasəmən Ramazanova 1958-ci il 25 yanvarda Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Tunbul kəndində anadan olmuşdur. 1981-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu(indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirmişdi. Həmin ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktrisa və rejissor işləyir Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Teatrının səhnəsində ifa etdiyi obrazlar Nina, Göyərçin, İsmət, Afət ("Şeyx Sənan", "Uçurum", "Ana","Afət" Hüseyn Cavid) Gültəkin ("Aydın" Cəfər Cabbarlı) Gülnaz ("O olmasın bu olsun" Üzeyir Hacıbəyov) Ənbər ("Füdzi dağında qonaqlıq" Çingiz Aytmatov, Kaltey Məhəmmədcanov) Zenfira ("Qaraçılar" Aleksandr Puşkin) İnanc xatun ("Atabəylər" Nəriman Həsənzadə) Lamiyə ("Dodaqdan qəlbə" Rəşad Nuri Güntəkin) Ceyran xanım ("Ağa Məhəmməd şah Qacar" Əli Əmirli) və s. Yasəmən Ramazanova həm də teatrda rejissor kimi fəaliyyət göstərib. Y. Ramazanova H. Cavidin "Afət", C. Xuqayevin "Mənim qaynanam" tamaşalarının rejissoru olmuşdur.2005-ci ildən 2016-cı ilə kimi M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru vəzifəsində çalışıb. Teatrın səhnsəində H. Cavidin "Ana", C Kərimovanın "Nəğməkar bülbül", Ş. Qüdrətoğlunun "Ağ atlı oğlan", A. Şaiqin "Yazıya pozu yoxdur", "Gözəl bahar" , Z. Vedilinin "Təpəgöz" , C. Məmmədquluzadənin "Çay dəstgahı" əsərlərini tamaşaya qoymuşdur.2009-cu ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Bununla yanaşı Yasəmən Ramazanova 1980-ci illərdən başlayaraq Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi ilə də sıx əməkdaşlıq edib. Telviziya və radioda hazırlanan müxtəlif tamaşalarda aktrisa, bəzi verilişlərdə isə aparıcı kimi çıxış edib.
Yasəmən Smit
Yasəmən Smit (21 noyabr 1984, Amsterdam) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Yasəmən Smit, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Yasəmən inqilabı
Tunisin paytaxtı Tunis şəhərində də kasıblar küçələrə çıxmağa başlayıblar. Paytaxtda əsasən, fəhlələrin yaşadıqları Ettadamen məhəlləsində yüzlərlə gənc mağazalara hücum çəkib, bir bankı yandırıb. Polis onlara qarşı güc tətbiq edib. Hökumət bu vaxta qədər baş verən olaylarda 21 nəfərin öldüyünü açıqlayıb. Ancaq hüquq müdafiəçiləri ölənlərin sayının 50 nəfəri keçdiyini iddia edirlər. Tunis hakimiyyəti ölkədə komendant saatı tətbiq edib. Lent.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb bir həftədən artıqdır ki, ölkədə işsizliyə, qiymət artımına və korrupsiyaya etiraz edən yoxsulların aksiyalarının səngiməməsidir. Komendant saatı saat 20:00-dan saat 06:00-a qədər insanların və nəqliyyatın hərəkətinin qadağan edilməsini nəzərdə tutur. Ölkədəki bütün məktəblər və universitetlər artıq bağlanıb. Bu arada Tunis prezidenti Zin əl-Abidin bin Əli ölkədə 300 min yeni iş yeri yaradılacağına söz verib.
Yasəmən mənənəsi
Yasəmən mənənəsi (lat. Prociphilus bumeliae, Schrk., 1801) — Azərbaycanda yasəmən rast gəlinən hər yer bir yerdə onları tapmaq mümkündür. == Xarici quruluşu == Qara-qəhvəyi başa malik olub orta və arxa tutqun qəhvəyidir, ön döş və qarın da yaşıl olub tutqun yaşıl olub tutqun yaşıl zolaqlara malikdir. Borucuq və və quyruqcuq yoxdur. Qanadlıların qarın hissəsində az miqdarda mum maddəsi, həmçinin bədənin digər hissələrində tozcuq maddəsi vardır ki, onlar bədənə mavi-qara kölgə vermiş olur. Bədənin uzunluğu 1,55, eni isə 0,88, bığcığı 1,05 mm-dir. III buğum 0,29, IV-0,21, V-0,17, VI-19 mm-dir. Bundan əlavə bığcığın III buğumunda 18-19, IV isə cəmisi 6-7 əlavə rinari olur. Qalan buğumların hər birisində bir ədəd olmaqla əlavə rinariya təsadüf edilir. == Yayılması == Azərbaycanda yasəmən rast gəlinən hər bir yerdə onları tapmaq mümkündür.
Yasəmən rəngi
== Ümumi məlumat == Yasəmən rəngi – yasəmən çiçəklərinin orta rəngini əks etdirən solğun bir bənövşəyi ton olan bir rəngdir. Bəzi yasəmən çiçəklərinin rəngləri solğun, parlaq və tünd yasəmən çiçəklərinin rəngi tonlarında olur. Bəzi yasəmən gülünün çiçəkləri qırmızı-bənövşəyi rəngdə olur. İlk dəfə olaraq 1775-ci ildə İngiltərədə yasəmən rəngi olaraq qeydə alınıb.
Yasəmən çayı
Jasmin çayı — Jasmin gülləri əlavə edilmiş çay. Sonq sülaləsi (960-1279) zamanı əmələ gəlmişdir. Normalda jasmin çayı yaşıl çay və ya ağ çaya əsaslanır. Jasmin çayının dadı xoşagələn şirindir. Çinin ən məşhur ətirli çayıdır.
Yasəmən Şahin
Yasəmən Şahin (d. 25 iyun 1988) — Türkiyəni təmsil edən həndbolçu. Yasəmən Şahin, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yasəmən Şahin, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Amur yasəməni
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. == Ekologiyası == Balvericidir. Tez böyüyür.
Fars yasəməni
Fars yasəməni (lat. Syringa × persica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Əfqan yasəməninin kəsilmiş yarpaq yasəmənlə çarpazlaşması yolu ilə alınmışdır. == Botaniki təsviri == İran yasəməni 2 m-dək hündürlüyündə, çox şaxələnmiş budaqları olan koldur. Cavan budaqları çox zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, pulcuqlu, sallaq, nazikdir. Yarpaqları kağızvari və ya dərili, hamar, bütöv, uzunluğu 2-4 sm-dir. Xırda yarpaqları bölünmüş deyil, neştərvari, enli-neştərvari və ya ensiz-oval formalı, eni 1 sm-dək, bünövrəyə tərəf daralmış, ucu bizdir. Çiçək qrupları çoxçıçəkli, yuxarı yan tumurcuqlardan inkişaf edir, uzunluğu 5-10 sm və eni 5-7,5 sm, yumurtavari formalı, şaxələnmiş, nazik oxludur. Yan çiçək qrupları budaqlardan qısadır.
Hind yasəməni
Çin yasəməni
Çin yasəməni (lat. Syringa × chinensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Yarpağı tökülən koldur. 1777-ci ildə Ruan Botanika Bağında (Fransa) aşkar olunan bu hibrid fars yasəməni və adi yasəmənin çarpazlaşdırılması nəticəsində əmələ gəlmişdir. == Botaniki təsviri == Hündürlüyü 3-6 m, enli-yumurtavari və ya piramidal çətirli koldur. Qabığı boz rəngli, soyulandır. Budaqları nazik, düz dayanan və ya qövsvari olmaqla yuxarıya doğru əyilmişdir. Yarpaqların uzunluğu 4-8 sm, eni 2-4 sm, yumurtavari və ya yumurtavari-neştərvari formalı, yuxarısında ucu biz, bünövrəsi yumru, çılpaq, yarımdərili, parlaq yaşıl rəngli, alt tərəfi bir az açıqdır. Saplaqları nazik, uzunluğu 1,2 sm-dir. Çiçəkləri bənövşəyi, qırmızımtıl və ya bənövşəyi-qırmızımtıl rəngli, güclü xoş qoxuludur.
İran yasəməni
== Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Zəngilanda (Mülk, Daştun kəndləri) və Had-rutda təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitki növüdür. CR B1ab(i,ii,iii,iv). == Bitdiyi yer == Enliyarpaqlı meşələrin kənarında rast gəlinir. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Becərilməsi == Azərbaycanda təbii ehtiyatı məlum səbəblərdən dəqiq təyin edilməmişdir. == Bioloji xüsusiyyətləri == Iran yasəməninin hündürlüyü birdən iki metrədək olan, şaxələnmiş budaqlı koldur. Cavan budaqları zəif tükcüklüdür. Daha iri budaqları boz və ya qonur rəngli, sallaq, nazikdir.
Yasəmənyarpaq katalpa
Yasəmənyarpaq katalpa (lat. Catalpa bignonioides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinin katalpa cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Çətirli, enli, hündürlüyü 20 m olan, yumru ağacdır.Yarpaqları adi yasəmən yarpağına bənzəyir, lakin ondan böyükdür, üst tərəfi açıq-yaşıl, altı tüklü olub, iridir.Enli yumurtavari və ya ürəkşəkilli yarpaqları 10-20 sm uzunluğunda. 10-15 sm enindədir. Çiçəkləri ağ rəngli, 3sm enində, az ətirli, qırmızı-qəhvəyi, qonur xallarla örütülü olub, çoxçiçəkli süpürgə çiçək qrupunda yerləşir. İyun-iyul aylarında çiçəkləyir. İkicinslidir, kasacığı ikiyə bölünmüşdür, dişiciyi 1, erkəkcikləri 5 ədəd olub, yalnız ikisində tozcuq əmələ gəlir.Meyvələrin uzunluğu 15-20 sm, qalınlığı 6-8 mm olan uzun qutucuqlardır, toxumları qanadlıdır. == Ekologiyası == Qışadavamlı, isti, rütubət və işıqsevəndir. Torpağa tələbkar deyil.
Yasəmənçiçək topulqa
Yasəmənçiçək topulqa (lat. Spiraea × syringiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın meşə və yarımsəhra zonasının şimal sərhəddində bitir. == Botaniki təsviri == Hündürlüyü 1,2 m-dək, sıx budaqlı, lansetvari yarpaqlı, enli, piramidal süpürgələrdə bənövşəyi-qırmızı, xırda çiçəkləri olan koldur. İyuldan şaxtalar düşəndən çiçəkləyir. Meyvələri oktyabrda yetişir. == Ekologiyası == Qışa davamlılığı ortadır. == Azərbaycanda yayılması == Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir. == İstifadəsi == Canlı hasarlarda və bordürlərdə xüsusilə effektlidir.
Yasəmin Adar
Yasəmin Adar 1991-ci il dekabr ayının 6-da anadan olub. Türkiyə qadın idmançıları arasında 75 kq iştirak edir və Avropa çempionatında da iştirak etmişdir. == Şəxsi həyatı == Yasəmin Adarın atası çörəkçidir və adı Naim Adardır. Anası Ayşegül isə Balıkesirdəndir. Qaziosmanpaşa məktəbini bitirdikdən sonra o idman dərslərini Balıkesir Universitetində davam eləmişdir. Hal-hazırda Niğdə müəllim işləyir. == İdman karyerası == Adar məktəb və univeristet illərində Türkiyə çempionu Aslan Selhanlının tələbəsi olmuşdur. O anadan olduğu yerdə Trakya Birliyində oynamışdır. Əvvəllər Adar 72 kq çıxış edirdi. 2012-ci ildə Kanadanın Alberta şəhərində oyunlar zamanı dünya çempionu olur.
Yasəmin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. == Həyatı == Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Yasemin Anagöz
Yasemin Əcəm Anagöz (türk. Yasemin Ecem Anagöz; 14 oktyabr 1998, İzmir) — Türkiyəli idmançı. Məşğul olduğu idman növu oxatmadır. Olimpiya və Avropa Oyunlarının iştirakçısı olub. == Bioqrafiya == Yasemin Ecem Angagöz 14 oktyabr 1998-ci ildə Türkiyənin İzmir şəhərində dünyaya gəlib. Hal hazırda "Göztepe" klubunda çıxış edir . == Karyera == Yasemin Anagöz ölkəsini 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında təmsil edib. O Avropa oyunlarında 1/4 finala qədər yüksəlir ancaq burada Yunan oxatan Evangelia Psarraya 0: 6 hesabı ilə məğlub olur . Avropa oyunlarında göstərdiyi nəticəyə görə 13-cu yeri tutur. 2015-ci ildə Kopenhagendə keçirilən Dünya Çempionatında fərdi və komanda yarışlarında iştirak edir.
Yasemin Öztürk
Yasemin Öztürk (25 fevral 1974, Ankara) — Aktrisa. == Həyatı == Yasemin Öztürk 25 fevral 1974-cü ildə Ankarada anadan olub. Bilkent Universitetinin teatr fakültəsində təhsil alıb. Bir çox TV proqramlarında kiçik rollardan sonra, TRT telekanalında yayımlanan Koçum mənim adlı teleserialında baş rolda çəkilir.
Kəsəmən
Aşağı Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Göyçə) — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Yəmən
Yəmən — Ərəbistan yarımadasının cənubunda yerləşən dövlət. Yarımadanın ikinci böyük dövlətidir. Əhalisi 30,2 milyon nəfərdir . Asiyanın cənub-qərbində yerləşən Yəmən Qırmızı dəniz və Hind okeanı akvatoriyasını birləşdirən Babül-Məndəb boğazı yaxınlığındadır. Buna görə strateji baxımdan ölkə ərazisi çox yararlı hesab olunur. Yəmənin ərazisi 528 min kvadrat kilometr, paytaxtı Səna şəhəridir. Ölkədə təhlükəsizliklə bağlı situasiya çox gərgindir. Bir sıra ölkələrin hökuməti Yəməni səyahət üçün təhlükəli ölkələr siyahısına daxil edib. Buna səbəb isə turistlərin oğurlanmasıdır. == Dini vəziyyət == Yəmən Ərəb Respublikası müsəlman ölkəsidir.
Kəsəmən (Basarkeçər)
Kəsəmən — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır. Qazaxların Kəsəmən tayfasının adını əks etdirir. Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
Kəsəmən (Göyçə)
Kəsəmən — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır. Qazaxların Kəsəmən tayfasının adını əks etdirir. Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
Kəsəmən (Gədəbəy)
Kəsəmən — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kəsəmən oyk. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) Şm. yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Qazax r-nunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Samux r-nunun Poylu i.ə.v.də kənd. Qabırrı (İori) çayının sahilində, düzənlikdədir. Oykonimlər kəsəmən tayfasının adı ilə bağlıdır. Kəsəmənlər qazax tayfa birliyinə daxil olmuşlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Şəmşədil mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub azərbaycan ailələri Gəncə xanlığına köçürülmüşdü.