suşeytanı 2021
suşirinləşdirən 2021
OBASTAN VİKİ
Suşi
Suşi (yap. 寿司, 鮨, 鮓) — balıqdan hazırlanmış yemək növü. İlk suşi adlı yemək Cənubi Asiyada meydana gəlmişdir. Təmizlənmiş və müxtəlif hissələrə bölünmüş balıqlar nazik təbəqələr formasında düzülür. İçərisinə duz da əlavə edildikdən sonra qabın ağız hissəsi daş preslərlə örtülürdü. Bir neçə həftədən sonra daşı götürürdülər və əvəzində adi qapaqlarla bağlayırdılar. Bir neçə ay ötdükdən sonra balıq acıyı, mayalanırdı və məhz bundan sonra işlənilməsi üçün hazır sayılırdı. Hələ də Tokionun bir neçə restoranında bu orijinal suşini gələn qonaqlara təklif edirlər. Bu suşinin adı narezushi adlandırılır və sualtı heyvan olan karp balığından hazırlanır. Hazırlanan bu qidanın olduqca sərt qoxusu olur və nəticədə balığın qoxusunu udmağı bacarır.
Kürülü suşi
Kürülü suşi — Yapon mətbəxinin yeməyi. Nori dəniz yosunu, kürüdən, üzüm sirkəsi, balıq, tərəvəz və digər yerli delikateslərlə tamlandırılmış düyüdən ibarət olur. == Suşi haqqında == Suşinin vətəni Yaponiya deyil. Eramızdan əvvəl 500-cü illərdə Tailand, Borneo və Laosda insanlar tutduqları çay balıqlarını düyü içində saxlayıblarmış. Düyü turşuda olan fermentasiyaya bənzər dəyişiklik keçirib balıqların pozulmasını önləyibmış. Bu üsul Çində də istifadə olunarkən 300 il sürən Monqol işğalı zamanı monqolların balıq yeməmələri ucbatından unudulmuşdu. Yaponlar bu ölkələrdən düyü yetişdirməyi öyrənərkən bu saxlanma üsulunu da almışdılar. Böyük qapaqlı qablar içində bir sıra düyü, bir sıra balıq döşəyərək bir il qədər saxladıqları balıqları yeyib düyünü atarlarmış. Zamanla fermentasiya texnikalarının inkişafı ilə gözləmə müddəti bir, iki günə enincə düyünün kəskin və dəyişik dadı xoşlarına gəlib onu da yeməyə başlamışdılar. 17-ci əsrdə düyünün içinə sirkə qoyduqlarında bir neçə gün gözləmələrinə gərək qalmadan eyni ləzzətə çatdıqlarını kəşf etmişdilər.

Значение слова в других словарях