SWING

swing1

n 1. yellənmə, yırğalanma; yelləmə, yırğalama; the ~ of the pendulum kəfkirin yellənməsi (saatda); 2. yelləncək; children playing on the ~ yelləncəkdə oynayan / yellənən uşaqlar; 3. dönüş, dönüm, çevirmə, çevrilmə; to give a handle a ~ dəstəyi döndərmək / çevirmək; 4. inkişaf, qızğın, çağ / vaxt; in full ~ qızğın çağda

swing2

v 1. yellətmək, yelləmək; to ~ one’s arms / one’s legs qollarını / qıçlarını yelləmək; 2. yellənmək, sallanmaq; to ~ in the wind küləkdə yellənmək; 3. atmaq; He swung the bag onto his back O, kisəni / çantanı dalına atdı; 4. atılmaq, sıçramaq; to ~ oneself into the saddle yəhərə sıçramaq / atılmaq; The monkey swung from branch to branch Meymun budaqdan-budağa atıldı /sıçradı; 5. asılmaq; The lantern swung from the roof Fənər damdan asılmışdı; 6. süzmək (havada); An eagle was swinging in the sky Qartal səmada süzürdü

SWINEHERD
SWING-BRIDGE
OBASTAN VİKİ
Swing
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
бра́нивать оттушева́ть прочеркну́ть пятилине́йный разво́дочный сдув сквалы́жничество жгу́тиковые кизи́льник куро́рт муфло́н прикри́кивать провощи́ть сули́ть Carolinian exhort grandness moorhen p.m. technography teleological Thebes unposted рассадопосадочный русалочий