Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Swire Seabed
Swire Pacific Offshore (Caspian) LLC
Shine
Shine — (Azərbaycanca: Parla) Avstriyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Skype
Skype (azərb. Skayp‎) — Estoniyada yaranan səsli və görüntülü danışmağa imkan verən kompüter proqramı. Bu proqram IP-telefoniyada geniş istifadə olunur. Skype istifadəçiləri bir-birləri ilə səsli, görüntülü və mətn danışıqlarına görə heç bir ödəniş etmirlər, amma Skype-dan mobil və stansionar telefonlara zəng etmək ödənişlidir. Bu proqramın köməyi ilə demək olar ki, dünyanın əksər telefon operatorlarına zəng etmək olar. Daim Skype-da anonimliyin təmin olunması məsələsi istifadəçilər müzakirə olunur. Buna görə də Skype-dan istifadə zamanı anonimliyi qorumaq üçün GPass-dan istifadə olunur.
Smile
Smile — 1936-cı ildə çəkilmiş "Müasir dövr" (Modern Times) filminin saundtreki kimi Çarli Çaplin tərəfindən bəstələnmiş mahnı. Sözləri 1954-cü ildə Con Törner və Ceffri Parsons tərəfindən yazılmışdır. Mahnı bir sıra müğənnilər tərəfindən ifa edilmişdir. Həmçinin, 1995-ci ildə Maykl Cekson tərəfindən ifa edilmiş və onun həmin il yayımlanan HIStory: Past, Present and Future, Book I albomuna daxil edilmişdir. Mahnı ilk dəfə Net Kinq Koul tərəfindən 1954-cü ildə ifa edilmişdir. Həmçinin, 1991-ci ildə onun qızı Natali özünün "Unforgettable...With Love" adlı albomunda bu mahnıya yer vermişdir. Smile, though your heart is aching, Smile, even though it's breaking. When there are clouds in the sky- You'll get by. If you smile through your fear and sorrow, Smile and maybe tomorrow You'll see the sun come shining through For you. Light up your face with gladness, Hide every trace of sadness.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Stripe
Stripe — San-Fransisko yerləşən Amerika texnologiya şirkətidir. Onun iş prinsipi fərdi şəxslərə və müəssisələrə İnternet üzərindən ödənişlər etmək və qəbul etmək imkanı verir .
Swing
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Side
Side (türk. Side) — Türkiyənin müasir Antalya ilinin Aralıq dənizinin cənub-qərb sahilində, Antalya şəhərindən 70 km şərqdə və Manavqat şəhərindən təxminən 7 km qərbdə yerləşən antik şəhər. Hal-hazırda Side məşhur turizm kurortudur və inzibati cəhətdən Manavqat bələdiyyə rayonu (ilçe) tərkibində mikrorayon (məhəllə) təşkil edir. Şəhər Əhdi-Ətiqdə Sid adı ilə xatırlanır. Strabonun yazdığına görə Side eramızdan əvvəl 7-ci əsrdə Anadolunun Kima şəhərindən gələn mühacirlər tərəfindən köhnə yaşayış məntəqəsinin yerində qurulan və Anadoluda bilinən ən qədim yunan koloniyalarından biri idi. Yerli Anadolu dilində "Yan" sözü "nar" mənasını verirdi – filoloji araşdırmalar bu sözün nə yunan, nə də Finikiya kökünə malik olduğunu göstərmişdir. Nar burada bolluq rəmzi sayılırdı. Kolonizasiyaya uğradıqdan sonra Side sakinləri yerli Side dilində danışıb yazmağa davam edirdilər, bunu eramızdan əvvəl III–II əsrlərə aid arxeoloji qazıntılar zamanı aşkar edilmiş Side yazıları sübut edir. Buradan belə nəticəyə gəlmək olar ki, Kimadan Sideyə gələn kolonistlər yerli dili qəbul edib istifadə etməyə başladılar.Makedoniyalı İsgəndərin Anadoluya yürüşündən bəhs edən Arrian əsərində Sideyə gələn yunanların öz ana dilini unudub, əvvəllər bilmədikləri yerli ləhcədən istifadə etməyə başladığını qeyd etməsi də bunu təsdiq edir. Eramızdan əvvəl VI əsrdə Side şəhəri bütün Pamfiliya kimi Lidiya padşahlarının hakimiyyəti altına düşdü və eyni əsrdə sonrakı Lidiya çarlığının dağılmasından sonra bütün Pamfiliya ilə birlikdə Əhəmənilər dövlətinin tərkibinə daxil oldu.
Smile (albom)
Smile — L'Arc~en~Ciel qrupunun albomudur.
Spice Girls
Spice Girls (Spays görls) — Londondə yaradılan, İngiltərə pop qrupu. 1994–2000, 2007–2008, 2012-ci illərdə fasilələrlə fəaliyyət göstərmişdir.
Spike Chunsoft
Spike Chunsoft (スパイク・チュンソフト, Supaiku Chunsofuto) — Yaponiya videooyun şirkəti. Şirkət Spike və Chunsoft şirkətlərinin birləşməsi nəticəsində yaranıb və ana şirkəti Dwango şirkətidir. Conception: Ore no Kodomo o Undekure! (PlayStation Portable, 2012) (ancaq nəşr olunub) Kenka Banchō Bros. Tokyo Battle Royale (PlayStation Portable, 2012) Danganronpa 2: Goodbye Despair (PlayStation Portable, PlayStation Vita, PlayStation 4, 2012) Danganronpa: Trigger Happy Havoc (Android, iOS, PlayStation Vita, PlayStation 4, 2012) Fushigi na Dungeon: Fūrai no Shiren 4 plus - Kami to Me to Akuma e so (Nintendo DS, PlayStation Portable, 2012) Pokémon Mystery Dungeon: Gates to Infinity (Nintendo 3DS, 2012) Conception II: Children of the Seven Stars (Nintendo 3DS, PlayStation Vita, 2013) StreetPass Battle / Warrior's Way (Nintendo 3DS, 2013) 999: Nine Hours, Nine Persons, Nine Doors (iOS, 2013) Attack on Titan: Humanity in Chains (Nintendo 3DS, 2013) J-Stars Victory VS (PlayStation 3, PlayStation Vita, 2014) Fossil Fighters: Frontier (Nintendo 3DS, 2014) Sekai Seifuku: Costume Fes.
Spike Lee
Şelton Cekson Spayk Li (20 mart 1957[…], Atlanta, Corciya, ABŞ) — amerikalı aktyor, rejissor, kino prodüseri, ssenarist və akademik. Emmi mükafatı və iki Oskar mükafatına namizəd olan Spike Linin filmləri çox vaxt sosial və ya siyasi xarakter daşıyır. Li həm də müəllimdir. O, həmçinin New York Knicksin sadiq fanatıdır. Knicksin hər oyununda Lini tamaşaçılar arasında görmək mümkündür.
Ice Spice
Ice Spice (əsl adı: Aysis Nayca Qaston; 1 yanvar 2000, Bronks, Nyu-York ştatı, Nyu-York, ABŞ) — ABŞ repçisi. Nyu-York şəhərinin Bronks borosunda böyüyüb, karyerasına 2021-ci ildə SUNY Purchase-də təhsil alarkən prodüser RiotUSA ilə tanış olduqdan sonra başlayıb. Ice Spice 2022-ci ilin sonlarında TikTok-da hit olan mahnısı "Munch (Feelin' U)" sayəsində tanınma qazanıb, 2022-ci ilin sonlarında "Bikini Bottom" və 2023-cü ilin əvvəllərində "In Ha Mood" adlı sinqllarını yayımlayıb. Yanvar ayında debüt mini-albomu "Like..?"-ni təqdim edib. O, həmin ay Lil Tjay ilə birgə ifa etdiyi "Gangsta Boo" mahnısını çıxarıb. Bu mahnı Billboard Hot 100 hit-paradına düşüb. Onun remiks sinqlları "Boy's a Liar Pt. 2" (PinkPantheress ilə) və "Princess Diana" (Niki Minaj ilə) ABŞ-də ilk beşliyə yüksəlib. Ice Spice-nin Teylor Sviftin "Karma" mahnısına olan remiksi isə 26 may 2023-cü ildə yayımlanıb. Musiqi jurnalistləri Ice Spice-nin rep üslubunu unikal hesab edirlər.
Swida alba
Ağ zoğal (lat. Cornus alba) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü. Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır. Hündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır.
Wiped Out!
Wiped Out! — amerikan rok qrupu The Neighbourhood-un ikinci studiya albomu. 30 oktyabr 2015-ci ildə Columbia Records tərəfindən buraxılıb. Alboma daxil olan "Daddy Issues" mahnısı 2020-ci ildə TikTok tətbiqində populyarlıq qazanmışdır.
Skype Technologies
Skype Technologies S. A. R. L (həmçinin Skype Software SARL, Skype Communications SARL, Skype Inc. və Skype Limited kimi tanınır) baş qərargahı Lüksemburq və Palo Alto, Kaliforniya, ABŞ-də yerləşən və əsas biznesi istehsal və marketinq olan telekommunikasiya şirkətidir. O, video telefoniya (video chat) və ani mesajlaşma kompüter proqramı Skype və müxtəlif əlaqəli VoIP internet telefoniya xidmətlərini təmin edir. Microsoft şirkəti 2011-ci ildə alıb və o vaxtdan bəri törəmə müəssisə kimi fəaliyyət göstərir və 2016-cı ildən etibarən Microsoft Office Məhsul Qrupunun bir hissəsi kimi fəaliyyət göstərir. Şirkət Amerika məhdud məsuliyyətli şirkətinə bərabər olan Société à responsabilité limitée və ya SARL-dir. Skype, IP üzərindən səs (VoIP) xidməti kimi, ilk dəfə 2003-cü ildə kompüterdən kompüterə pulsuz zənglər və ya kompüterdən telefonlara aşağı sürətli zənglər etmək üçün buraxıldı. Skype-ın stasionar telefonlara/mobil telefonlara zəng etməsi (əvvəllər SkypeOut adlanırdı), Skype (əvvəllər SkypeIn adlanır və indi Skype Nömrəsi adlanır) və Skype-ın gəlirinin böyük hissəsini təşkil edən səsli mesajlaşma kimi pullu xidmətlər üçün dəstək var idi. eBay 2005-ci ilin sentyabrında və 2009-cu ilin aprelində Skype Technologies S. A.-nı aldı və daha sonra 2010-cu ildə ilkin kütləvi təklif (IPO) həyata keçirməyi planlaşdırdığını açıqladı. 2009-cu ilin sentyabrında Silver Lake, Andreessen Horowitz və Kanada Pensiya Planı İnvestisiya Şurası (CPP İnvestisiya Şurası) eBay-dən Skype-ın 65%-nin satın alındığını elan etdilər. Skype 2011-ci ilin mayında Microsoft tərəfindən 8,5 milyard dollara alınıb.
Burp Suite
Burp Suite veb proqramların nüfuz testi üçün istifadə edilən proqram təhlükəsizliyi proqramıdır. Proqramın həm pulsuz, həm də pullu versiyası mövcuddur. Proqram təminatı PortSwigger şirkəti tərəfindən hazırlanmışdır. Paketə proxy server (Burp Proxy), indeksləşdirici robot (Burp Spider), müdaxilə aləti (Burp Intruder), zəiflik skaneri (Burp Scanner) və HTTP təkrarlayıcı (Burp Repeater) kimi alətlər daxildir.
Smile! :D
Smile! :D (böyük hərflərlə) — ABŞ elektronika musiqisi prodüseri Porter Robinsonun üçüncü studiya albomu. 26 iyul 2024-cü ildə Mom + Pop Music tərəfindən buraxılıb.
SAIPA
SAIPA — İranın iki böyük avtomaşın istehsal edən fabriklərindən biri.
SWIFT
SWIFT (ing. Society for Worldwide Interbank Financial Telecommunication) – Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti məlumat ötürülməsi və ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemdir. SWIFT 1973-cü ildən mövcuddur. Onun köməyi ilə ilk maliyyə əməliyyatı 19 oktyabr 1977-ci ildə Belçika şahzadəsi Albert tərəfindən həyata keçirilib. SWIFT – Belçika qanunvericiliyi tərəfindən yaradılmış kooperativ cəmiyyətdir və onun üzvlərinə – 209 ölkədə 9700-dən çox bank təşkilatı – məxsusdur. Bu təşkilat maliyyə aləmini birləşdirən alətləri birlikdə təqdim edir. Onun əsas xüsusiyyəti isə ondan ibarətdir ki, iştirakçı bank şəxsi unikal SWIFT şifrəyə sahib olur. Avropada ödənişlər həyata keçirmək üçün bankın SWIFT şifrəsini və alıcının IBAN şifrəsini bilmək kifayətdir.Bir gün ərzində SWIFT vasitəsilə pul köçürmələri, banklararası ödənişlər, qiymətli kağızlar, ümumi dəyəri milyard avrodan çox olan yol çekləri də daxil olmaqla milyondan çox tranzaksiya həyata keçirilir. Bu növ köçürmələr adətən əcnəbi valyuta, xüsusən də ABŞ dolları vasitəsilə həyata keçirilir.SWIFT demək olar ki, bütün qaydalarında beynəlxalq ISO standartlarından istifadə edir. Bu səbəbdən bəzi inkişaf etmiş ölkələr SWIFT standartları əsasın öz milli köçürmə sistemləri standartlarını yaradıblar.
TWICE
Twice (kor. 트 와이스; yapon: トゥワイス) — JYP Entertainment tərəfindən qurulmuş 9 nəfərdən ibarət Cənubi Koreyalı qız qrupu. Qrup üzvləri Nayeon, Conyon, Momo, Sana, Cihyo, Mina, Dahyun, Çeyonq və Tzuyudur. "Twice" 2016-cı ildə çıxan "Cheer Up" sinqlı ilə şöhrət qazandı. Mahnı Gaon Digital Chart-da (가온 디지털 차트) birinci oldu və "İlin Ən Yaxşı Sinql" olaraq seçildi. Bu mahnı Melon Music Awards və Mnet Asian Music Awards -da "İlin Ən Yaxşı Mahnısı" mükafatlarını da qazandı. Üçüncü EP "Twicecoaster: Lane 1"-dən sonrakı sinql "TT", dörd həftə birinci nömrədə qaldı. Bu EP, ilin sonuna qədər 350 nüsxə sataraq 2016-cı ilin ən az satılan K-Pop qız qrup albomu oldu. Debütdən sonra 19 ay ərzində Twice -in dörd EP və xüsusi albomları ümumilikdə 1 milyondan az nüsxə satdı. Warner Music Japan adı altında "#Twice" albomunu buraxaraq 28 İyun 2017-ci ildə Yaponiyada rəsmi olaraq debüt etdilər.
Şairə
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Shine (Tolmaçova bacıları)
Shine (azərb.
Swiss Music Charts
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
Swiss Singles Chart
The Swiss Music Charts (alm. Schweizer Hitparade‎) - İsveçrənin əsas musiqi hit paradı.
Veritas Business Suite
Taylor Swift (albom)
Taylor Swift — amerikalı müğənni Teylor Sviftin ilk studiya albomu. 24 oktyabr 2006-cı ildə Big Machine Records tərəfindən buraxılıb.
Sape boğazı
Sape boğazı (ind. Selat Sape) — Kiçik Zond adaları akvatoriyasında yerləşən boğaz. Sumbava və Komodo adasını ayırlr. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Olduqca təhlüləliyi ilə seçilir. Burada iti dəniz axınları və qayalıqlar mövcuddur. Aktiv balıqçılıq regionudur. Boğaz ərazinin bir hissəsi Komodo milli parlı ərazisinə daxildir . Suları Dayvinq həvəskarlarını bura cəlb edir. Boğaz Flores dənizini Sumbava boğazı ilə birləşdirir və Hind okeanına aiddir.
Sivə
Sivə (ərəb. واحة سيوة‎, bər. ⵉⵙⵉⵡⴰⵏ) — Misirin Mətruh mühafəzəsində yerləşən oazis. Məntəqə Misir-Liviya sərhədindən 50 km, Aralıq sahilindən isə 300 km uzaqlıqda, Kəttarə çökəkliyində yerləşir. Sivə Misirin ən təcrid olunmuş məntələrindən biridir və əhalisi 33,000 nəfərdir. Əhalisinin əksəriyyəti bərbər xalqındandır. Sivədə yaşayan bərbərlər xüsusi bir mədəniyyət yaratmışdır və dilləri bərbər dil ailəsindən olan Sividir. Oazis orada yerləşən Amonun məbədinə görə məşhurdur. Bu məbəd turistləri məntəqəyə cəzb edir. Qonaqlar oazisə Ammonium adını veriblər.
Siğə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Şirə
Şirə və ya Meyvə suyu — maye halında olan qida məhsuludur, demək olar ki, dünyanın bütün ölkələrində məşhurdur. Ən yeməli, keyfiyyətli, yetişmiş meyvələrdən və tərəvəzlərdən hazırlanan şirələr daha çox yayılmışdır, lakin elə şirələrdə var ki, bitkilərin gövdələri, kökləri, yarpağlarından alinir (məsələn, şəkər qamışı şirəsi, kərəviz şirəsi). İstehlakçıların nöqteyi-nəzərindən, şirələr ənənəvi olaraq üç növə bölüşürlər: Təzə sıxılmış şirə — istehlakçıların iştirakı ilə istehsal edilən şirə. Birbaşa sıxılmış şirə — ən yaxşı yetişmiş meyvə və tərəvəzdən hazırlanmış, pasterizə olunub və asseptik paketlərə, şüşə qablarina doldurulmuş şirə. Bərpa edilmiş şirə — qatılaşdırılmış şirəni içməli su ilə qarışdıraraq istehsal edib, asseptik qablara doldurulan şirə.
Kristallik sipər
Kristallik sipər (rus. кристаллический щит, ing. shield) — platformaların (kratonların) ən böyük (eni yüz və min km-ə çatan) müsbət strukturu. K. s. kristallik süxurlardan təşkil olunmuş qırışıqlı özül səthə çıxır. K. s. adətən uzun müddət formasını saxlayan yer qabığının qaldırılmış sahəsini təşkil edir. "Sipər" termini E. Zyüss (1885), "Kristallik sipər" isə N. S. Şatski (1947) tərəfindən təklif edilmişdir.
Sevil Şaide
Sevil Şaide (4 dekabr 1964-cü il) — Rumıniya iqtisadçısı, dövlət və siyasi xadimi. tatar mənşəlidir, müsəlmandır. 1987-ci ildə Buxarest İqtisadi Elmlər Akademiyasının iqtisadi planlaşdırma və kibernetika fakültəsini bitirib. Konstand vilayətinin dövlət administrasiyasında işləyib, layihələr üzrə baş direktorlarının rəhbəri olub.. 2012-ci ildən Rumıniya regional inkişaf nazirliyinin dövlət katibi vəzifəsini tutub. . 2015-ci ilin may-noyabr aylarında sosial-demokrat Viktor Pontanın hğkumətində reginal inkişaf və dövlət idarəetmə naziri olub.. 21 dekabr 2016-cı ildə Rumıniyanın sosial-demokrat və liberallar və demokratlar alyansı partiyalarının birgə təklifi ilə Sevil Şaide baş nazir vəzifəsinə namizəd irəli sürülüb. .
Səidə Haqverdiyeva
Saidə Haqverdiyeva — azərbaycanlı yazıçı, ssenarist və rejissor, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru və teatrın nəzdində fəaliyyət göstərən "Oyuq" və "Küllücə" teatr-studiyalarının, "Oyun" müstəqil inklüziv teatrının rəhbəridir. Prezident təqaüdü (2013). Saida Yavər qızı Haqverdiyeva 1982-ci ildə Ağdam rayonunda anadan olub. Orta təhsilini Bakıdakı 182 saylı məktəb-liseydə alıb. Hələ məktəb illərindən şeir və kiçikhəcmli hekayələr ilə uşaqlarla bağlı dərgilərdə dərc olunub. Daha sonra dövrü mətbuatda poeziya nümunələri ilə çıxış edib. "Ədəbiyyat və İncəsənət", "Ədalət" və başqa qəzetlərdə şerləri çap olunub.2003-cü ildə yazıçı-publisist Akif Şahverdiyevin redaktorluğu ilə "Gözüm qaldı gözündə" şerlər kitabı çap olunub. Bir çox qəzetlərlə əməkdaşlıq edib.2006-cı ildə Azərbaycan Dövlət Televiziyasında əmək fəaliyyətinə başlayıb. 2008-ci ildə "Lider" televiziyasında çalışıb. Sonra fəaliyyət istiqamətini dəyişərək 2009–2010-cu illərdə müxtəlif xeyriyyə təşkilatlarında təşkilatçılıq edib, bir sıra mədəni-kütləvi aksiyaların reallaşmasına dəstək verib.