SNOBOL (StriNg-Oriented symBOlic Language)
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.