südləyənkimilər

südləyənkimilər
südləyənkimi
südlü
OBASTAN VİKİ
Südləyənkimilər
Südləyənkimilər (lat. Euphorbiaceae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Südləyənkimilər fəsiləsinə əsasən Afrika, Cənubi Amerika və Cənubi və Cənub Şərqi Asiyanın tropik və subtropik zonalarında yayılan 300-ə qədər cins daxildir. Həyat formaları son dərəcə rəngarəngdir. Ağac kol və lianlarla yanaşı kaktuslara bənzəyən gövdəli sukkulentlər, su bitkiləri və otlar da təsadüf edilirlər. Fəsilənin nümayəndələrinin təqribən 3-də 1-də, bəzən zəhərli olan südəbənzər şirə (lateks) vardır. Yarpaqlar növbəlidir, bəzən qarşılıqlı və ya topa şəklində yerləşmişlər, sadədirlər, nadirən mürəkkəb olub, yarpaqaltlığına malikdirlər, bəzən də tikanlara çevrilmişlər. Çiçəklər ayrıcinslidir, aktinomorfdur, çətirşəkilli süpürgəyəbənzər və ya sünbülşəkilli çiçəkqrupunda toplanmışlar. Birevli və ya ikievli bitkilərdir. Çiçəkyanlığı zəif inkişaf etmişdir, əksərən kasacığabənzərdir, nadirən ikiqatdır, beşüzvlüdür.

Значение слова в других словарях