Sımsımrak
Arxaikləşmiş bir yemək növünün adıdır. Azərbaycan dilinin dialekt və şivələrində müşahidə edilmir. Mahmud Kaşğari “Divan”ında bu yeməyin hazırlanma reseptini belə verir: baş (yəni kəllə) qaynadılıb bişirilir, sonra xırda-xırda doğranaraq bir qaba qoyulur, ədviyyat vurulur və üstünə köhnə yoğurt tökülür. Bir müddət beləcə saxlanılır, daha sonra yeyilir. (cigilcə) (19, 141)