Sıxyarpaq gəvən
Sıxyarpaq gəvən (lat. Astragalus pycnophyllus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Cənub və Orta Asiya, Qafqaz, İran və Türkiyədə təbii şəraitdə yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 20-50 (80) sm, ağımtıl-boz tükcüklü koldur. Qalın gövdələri (4-8 sm) yerin səthinə yaxın yerləşir. Yarpaqları oval, yarpaqcıqların miqdarı 10-80 ədəddir. Açıq-sarı çiçəklərinin diametri 2-3 sm, uzunluğu 8-10 sm, çiçək tacı qayıqcıq, mərkəzi hissəsi bir az daralmışdır.
== Ekologiyası ==
Orta və yuxarı dağ zolaqlarında, quru, daşlı sahələrdə, çox vaxt 1650 m hündürlükdə, bəzi yerlərdə isə daha yuxarı ərazilərdə bitir.
== Azərbaycanda yayılması ==
Lerik və Lənkəranda dar arealda yayılmışdır.
== İstifadəsi ==
Bitkilər qatran-ağac yapışqanı ilə zəngindir və çeynənən saqqızın xammalıdır.