SƏFİRLİK

сущ.
1. посольство:
1) возглаляемое послом дипломатическое представительство одного государства в другом. ABŞ-ın Azərbaycandakı səfirliyi посольство США в Азербайджане, səfirliyə müraciət etmək обратиться в посольство
2) помещение, занимаемое этим посольством. Türkiyə səfirliyi hansı küçədə yerləşir? на какой улице находится посольство Турции?
2. работа, должность (ранг) посла, пребывание в должности посла
SƏFİRXANA
SƏFLƏMƏ
OBASTAN VİKİ
Səfirlik
Səfirlik — hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Hüquqi olaraq səfirliyin ərazisi yerləşdiyi dövlətin ərazisi hesab olunmur. Səfirliyə əlavə olaraq həmin dövlətin digər mühüm əhəmiyyət kəsb edən şəhərlərində konsulluğu da ola bilər. Səfirlik və konsulluq kimi xarici təmsilçilər xarici işlər nazirliyinə tabe olur. Səfirliyə dövlət başçısı tərəfindən təyin edilən yüksək çinli diplomatik təmsilçi olan səfir, konsulluğa isə konsul rəhbərlik edir. Bəzən bir səfirlik eyni zamanda bir neçə ölkəni təmsil edir. Konsulluğun fəaliyyətinə ikitərəfli münasibətlərə dair məsələlər, vizaların verilməsi, vətəndaşların himayə edilməsi aiddir. Səfirliyin işinə isə dövlətlərarası münasibətlərə aid məsələlər aiddir. İranlılar dünyada xarici ölkələrin nümayəndələri üçün səfirlik yaradan ilk xalq olublar. Dünyada ilk səfirlik eramızdan əvvəl 445-ci ildə I Ərdəşirin əmri ilə Susada yunanlar üçün tikilmişdir.
Böyük səfirlik
Böyük səfirlik (rus. Великое посольство) — Rusiya çarlığının hökmdarı I Pyotrun 1697–1698-ci illərdə Avropada diplomatik missiyası. Əsas məqsəd Qərb ilə hərbi-siyasi və mədəni-iqtisadi, eləcə də elmi əlaqələr yaratmaq olmuşdur. Pyotrun əmrinə əsasən Avstriya, Saksoniya, Brandenburq, Hollandiya, İngiltərə, Venesiya və Papalığa səfirlik göndərildi. Səfirliyin marşrutu Riqa və Köniqsberqdən keçərək Hollandiyaya, oradan İngiltərəyə getdi, İngiltərədən səfirlik yenidən Hollandiyaya qayıtdı, sonra Vyanaya getdi; səfirlik Venesiyaya çatmadı. == Məqsədləri == Böyük səfirlik bir sıra aşağıdakı mühüm vəzifələri yerinə yetirməli idi: Osmanlı imperiyasına qarşı mübarizədə Avropa ölkələrindən dəstək almaq (əsas məqsəd); Avropa dövlətlərinin dəstəyi sayəsində Qara dənizin şimal sahillərini əldə etmək; Azov kampaniyalarında qələbə ilə bağlı mesajlarla Rusiyanın Avropadakı nüfuzunu qaldırmaq;. İsveçlə qarşıdan gələn müharibədə Avropa dövlətlərinin dəstəyinə müraciət etmək; Xarici mütəxəssisləri Rusiyada xidmətə dəvət etmək, hərbi materialları, silahları əldə etmək; Çarın Avropa ölkələrinin həyatı və sərəncamları ilə tanışlığı. Onun praktiki nəticəsi İsveçə qarşı koalisiyanın təşkili üçün ilkin şərtlərin yaradılması oldu. == Ədəbiyyat == Дальберг Е. Оправдательное донесение Карлу XII-му Рижского губернатора Дальберга (по поводу посещения Риги Петром Великим в 1697 году) / Перевод и предисл. С. В. Арсеньева // Русский архив, 1889.
Azərbaycan səfirliklərinin siyahısı
== Avropa ==
Azərbaycanın səfirlikləri
== Avropa ==
Amerika Birləşmiş Ştatları səfirliklərinə hücum (1998)
1998-ci ildə ABŞ səfirliklərinə hücum (ing. 1998 United States embassy bombings) - 1998-ci ilin 7 avqust tarixində Amerika Birləşmiş Ştatlarının Şərqi Afrikada yerləşən iki səfirlik binasına qarşı törədilmiş terror aktı. Hücum nəticəsində ABŞ-nin Keniyanın paytaxtı Nayrobidə və Tanzaniyanın paytaxtı Dar-əs-Salam şəhərində yerləşən diplomatik nümayəndəlikləri hədəf alınıb. Partlayışların arasında 10 dəqiqəlik bir fərq olduğundan dünya mediası tərəfindən bu iki terror aktı bir başlıq altında təqdim olunmaqdadır. Terror aktı nəticəsində ümumilikdə 224 nəfər həlak olub, dörd mindən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Keniyanın paytaxtı Nayrobidəki partlayış nəticəsində 213 nəfər, Dar-əs-Salamdakı parlayışda isə 13 nəfər həlak olub. ABŞ rəsmiləri terror hücumunun əsas təşkilatçısı kimi Əl-Qaidəni göstərib. Əl-Qaidə rəsmiləri də, bu hadisə görə məsuliyyəti heç vaxt inkar etməyiblər. Sonrakı illərdə aparılmış araşdırmalar nəticəsində məlum olub ki, terror hücumu Əl-Qaidənin Misir qanadı tərəfindən törədilib. Birləşmiş Millətlər Təşkilatı tərəfindən Əl-Qaidənin bir qolu olaraq qəbul edilmiş Misir İslam Cihadı təşkilatının hadisənin lojistik təşkilatçısı olduğu müəyyənləşdirilib.
ABŞ səfirliklərinə hücum (1998)

Значение слова в других словарях