Amerika Birləşmiş Ştatları səfirliklərinə hücum (1998)

1998-ci ildə ABŞ səfirliklərinə hücum (ing. 1998 United States embassy bombings) - 1998-ci ilin 7 avqust tarixində Amerika Birləşmiş Ştatlarının Şərqi Afrikada yerləşən iki səfirlik binasına qarşı törədilmiş terror aktı. Hücum nəticəsində ABŞ-nin Keniyanın paytaxtı NayrobidəTanzaniyanın paytaxtı Dar-əs-Salam şəhərində yerləşən diplomatik nümayəndəlikləri hədəf alınıb. Partlayışların arasında 10 dəqiqəlik bir fərq olduğundan dünya mediası tərəfindən bu iki terror aktı bir başlıq altında təqdim olunmaqdadır.

Amerika Birləşmiş Ştatları səfirliklərinə hücum
Partlayışdan sonra Keniyanın paytaxtı Nayrobidəki ABŞ səfirliyinin dağılmış binasında xilasetmə işləri aparan xilasedicilər.
Partlayışdan sonra Keniyanın paytaxtı Nayrobidəki ABŞ səfirliyinin dağılmış binasında xilasetmə işləri aparan xilasedicilər.
Ümumi məlumatlar
01°17′21″ c. e. 36°49′36″ ş. u.HGYO
06°47′21″ c. e. 39°16′46″ ş. u.HGYO
Yeri Nayrobi, Keniya
Dar-əs-Salam, Tanzaniya
Hücumun hədəfi Amerika Birləşmiş Ştatlarının KeniyaTanzaniyada yerləşən diplomatik nümayəndəlikləri
Tarix
Hücum metodu Yük maşınlarına quraşdırılmış bomba
Silah(lar) Trinitrotoluol, Ammonium nitrat, TapançaŞok qumbarası
Ölü sayı 224 nəfər
(213 nəfər Nayrobidə, 11 nəfər isə Dar-əs-Salamda həlak olub)
Yaralı sayı 4.000+
Törədən(lər) Əl-Qaidə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Terror aktı nəticəsində ümumilikdə 224 nəfər həlak olub, dörd mindən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Keniyanın paytaxtı Nayrobidəki partlayış nəticəsində 213 nəfər, Dar-əs-Salamdakı parlayışda isə 13 nəfər həlak olub.[1] ABŞ rəsmiləri terror hücumunun əsas təşkilatçısı kimi Əl-Qaidəni göstərib. Əl-Qaidə rəsmiləri də, bu hadisə görə məsuliyyəti heç vaxt inkar etməyiblər.

Sonrakı illərdə aparılmış araşdırmalar nəticəsində məlum olub ki, terror hücumu Əl-Qaidənin Misir qanadı tərəfindən törədilib. Birləşmiş Millətlər Təşkilatı tərəfindən[2] Əl-Qaidənin bir qolu olaraq qəbul edilmiş Misir İslam Cihadı təşkilatının hadisənin lojistik təşkilatçısı olduğu müəyyənləşdirilib. Abdullah Əhməd AbdullahFazul Abdullah Məhəmməd adlı iki Əl-Qaidə mənsubu Amerika Birləşmiş Ştatları tərəfindən 1998-ci ilin avqust ayında Şərqi Afrikadakı diplomatik korpuslara qarşı törədilmiş terror hücumunun iki əsas təqsirkarı kimi açıqlanıb.[3][4][5]

Amerika Birləşmiş Ştatlarının səfirliklərinə hücum aktının törədilməsinin əsas səbəbi kimi Albaniyada həbs edilmiş Misir İslami Cihadı təşkilatının dörd üzvünün Misirə ekstradisiya olunması göstərilməkdədir. Belə ki, Misir İslam Cihadı təşkilatına mənsub dörd şəxs; Əhməd İsmayıl Osman Saleh, Əhməd İbrahib əl-Seyyid əl-Nəqqar, Şövqi Salama Mustafa Atiya və Məhəmməd Həsən Tita Albaniyada həbs edilərək Misirə göndəriliblər.[6]

Saxlanılan şəxslərin Albaniyada işgəncə gördüyü və təhqir edildikləri iddia olunmuşdur. Hər dörd şəxs Rifaat əl-Məğuba qarşı sui-qəsd cəhdinin təşkil olunmasında və Qahirə şəhərində yerləşən Xan əl-Xəlili bazarının partladılmasına cəhd göstərməkdə ittiham olunmuşdur.[7]

Növbəti ay, ABŞ-ın məhbusların saxlanılmasındakı roluna görə onlara tutarlı cavab veriləcəyi barədə xəbərdarlıq məzmunlu kommünike yayımlanıb.[8] 11 sentyabr hücumlarını araşdıran 11 sentyabr komissiyası hesab edir ki, 1998-ci il hücumlarına Osama Ben Laden tərəfindən həmin ilin fevral ayında verilmiş fətva həll edici rol oynayıb.[9]

Dar-əs-Salamda baş vermiş partlayış zamanı istifadə edilmiş Nissas Atlas markalı yük avtomobili.

Jurnalist Lourens Raytın fikirlərinə görə Keniyanın paytaxtı Nayrobi şəhərindəki terror aktı Məkkə şəhərində yerləşən Kəbənin şərəfinə eyni adlı kod adı daşıyıb. Dar-əs-Salamdakı əməliyyatı isə şərti olaraq Qüdsdə yerləşən Əl-Əqsa məscidinin şərəfinə adlandırılıb. Jurnalist əlavə edib ki, ABŞ-ın Afrika qitəsindəki səfirliklərinin seçilməsi təsadüfi məqsəd daşıyıb və əsas ehtimallar buradakı təhlükəsizlik tədbirlərinin daha aşağı olması səbəbindən, daha geniş tərkibli bir hücumun həyata keçirlə bilmə ehtimalı olub.[10]

1998-ci ilin may ayında kustar üsulla partlayıcı hazırlamaq üçün Nayrobi şəhərindəki villalardan biri terror aktının təşkilatçıları tərəfindən satın alınmışdır. Şeyx Əhməd Səlim Svedan adlı şəxs bu məqsədlə Nayrobidə, Toyota Dyna, Dar-əs-Salamda isə 1987-ci il istehsalı Nissan Atlas markalı avtomobilləri əldə edib. Avtomobillər partlayıcıların yerləşməsi məqsədi ilə xüsusi şəkildə modifikasiya edilib.[11]

1998-ci ilin iyununda KK Məhəmməd adlı şəxs tərəfindən Dar-əs-Salam şəhərindəki ABŞ səfirliyinin yerləşdiyi binadan təxminən altı kilometr məsafədə, İllala rayonunda 213 nömrəli ev kirayəyə götürülüb. Bu evdə səfirliyə qarşı törədilmiş terror aktında istifadə olunacaq partlayıcı maddələr hazırlanıb. Parlayıcılar, suzuki markalı minik avtomobili ilə evə daşınıb və daşınma prosesi diqqəti cəlb etməmək məqsədi ilə hissələrə bölünərək, düyü kisələrinin içərisində icra edilib.[12]

NayrobiDar-əs-Salamda terror aktına hazırlıq ayrı-ayrılıqda aparılsa da, hər iki proses Məhəmməd Odeh adlı Misir İslam Cihadı təşkilatına mənsub şəxsin koordinasiyası altında həyata keçirilmişdir. Nayrobidə hazırlanmış partlayıcı 400-500 silindir gücündəki trinitrotoluoldan ibarət idi. Partlayıcıların hazırlanması zamanı trinitrotoluolla yanaşı, ammonium nitrat və alüminium tozundan da istifadə edilmişdir.

Partlayıcılar yük avtomobillərinin arxa hissəsində, möhürlənmiş yeşiklərdə gizlədilmişdir. Partlayıcıların işə düşməsi üçün ayrıca naqillərlə akkumulyatorla əlaqələndirmişdir. Dar-əs-Salamda hazırlanmış bomba isə bir qədər fərqli konstruksiyaya malik idi. Partlayıcı oksigen çənləri və qaz balonlarına bağlanmışdı və partlayış dalağısını çoxaltmaq və istiqamətləndirmək üçün ammonium nitrat gübrəsi və bir neçə qum torbasından istifadə edilmişdir.[13]

Hücum tarixinin seçilməsi ilə bağlı konkret faktlar mövcud deyil. Əsas ehtimallardan biri ABŞ-nin Körfəz müharibəsinə qoşulmasının il dönümdə törədilməsi ilə bağlıdır. Belə ki, Amerika Birləşmiş Ştatlarına məxsus hərbi birləşmələr 1990-cı ilin 7 avqust tarixində Səudiyyə Ərəbistanına daxil olub və oradan da İraqla aparılan mübaribəyə qoşulub. Əsas ehtimallar Osama Ben Ladennin ABŞ Silahlı Qüvvələrinin gəliş tarixi olan günü, hücum günü kimi təyin etməsi ilə bağlıdır.[14]

Osama Ben Ladennin sonradan ələ keçirilmiş cangündəni verdiyi ifadələrdə Ben Ladenlə 1998-ci ildə baş vermiş partlayışlar barədə söhbət etdiyini ifadə edib. Cangüdən Osama Ben Ladendən bu qədər çox insanın qurban edilməsinə həqiqətən ehtiyac vardımı sualını soruşduqda, qarşı tərəfdən biz bütün dünyaya Amerikanın dostlarının başına nəyin gələ biləcəyi barədə xəbərdarlıq etdik cavabını verib. Osama Ben Laden əlavə edib ki, hadisə nəticəsində həlak olmuş heç bir şəxsə görə məsuliyyət daşımırlar və sözügedən terror hücumları xəbərdarlıq və qisas məqsədi daşıyıb.[15]

1999-cu ilin payızında Osama Ben Laden Əfqanıstan dağlarında yerləşən Əl-Qaidə düşərgəsində yaraqlılardan ibarət izdiham qarşısında çıxış edərkən 1998-ci ildəki hücumlar haqqında söhbət açıb və baş vermiş hücumların səbəblərini və öz baxış bucağından zərurətini izah etməyə çalışıb. Osama Ben Laden çıxışı zamanı Keniyanın paytaxtı Nayrobi şəhərində yerləşən Amerika Birləşmiş Ştatlarının səfirliyinin əhəmiyyətini xüsusi şəkildə vurğulayıb. Onun dediklərinə görə ABŞ sözügedən səfirlikdən hərbi qərargah kimi istifadə edib və Somalidə ABŞ-nin iştirakı ilə baş tutmuş Ümüdün bərpası əməliyyatı məhz Nayrobidəki səfirlikdən idarə edilib.[16]

Ümüdün bərpası əməliyyatı nəticəsində 30 mindən çox müsəlman həyatını itirib. Osama Ben Laden onu da əlavə edib ki, Cənubi Sudanlı üsyancı Con Qaranq Nayrobidəki səfirlik tərəfindən dəstəklənib, həmin səfirlik eyni zamanda ABŞ-nin Şərqi Afrikadakı kəşfiyyat mərkəzi kimi də fəaliyyət göstərib.[17]

Hücum və qurbanlar

[redaktə | mənbəni redaktə et]

Terror hücumu 1998-ci ilin 7 avqust tarixində yerli vaxtla saat 10:30 və 10:40 aralığındakı zaman bölümündə Dar-əs-SalamNayrobidəki səfirliklərinin qarşısında gerçəkləşdirilib. Yük maşınlarına yüklənmiş partlayıcılar kamikadzelər tərəfindən səfirliklərin giriş hissəsinə sürülüb və qəfildən partladılıb. Müxtəlif mənbələrdə partlayışların eyni vaxtda törədildiyi iddia edilib.[18]

Beynəlxalq reaksiyalar

[redaktə | mənbəni redaktə et]
  1. "Lifting the Veil — Understanding the Roots of Islamic Militancy | Harvard International Review". hir.harvard.edu. 2011-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-15.
  2. "'Terror' list out; Russia tags two Kuwaiti groups". Arab Times. February 2003. 2007-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  3. Bennett, Brian. "Al Qaeda operative key to 1998 U.S. embassy bombings killed in Somalia". Los Angeles Times. iyun 12, 2011. iyun 13, 2011 tarixində arxivləşdirilib.
  4. "Al-Qaida timeline: Plots and attacks – World news – Hunt for Al-Qaeda". NBC News. April 23, 2004. September 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2013.
  5. "Читать онлайн 'The Black Banners' автора Soufan Ali H. - RuLit - Страница 83". January 15, 2014 tarixində arxivləşdirilib.
  6. Mayer, Jane. The Dark Side: The Inside Story of How The War on Terror Turned into a War on American Ideals. New York: Doubleday. 2008. səh. 114. ISBN 978-0-385-52639-5.
  7. Advocate, Victoria. "Bombings connect to mysterious arrests". August 13, 1998.[daimi ölü keçid]
  8. Higgins, Andrew. "A CIA-Backed Team Used Brutal Means to Crack Terror Cell". The Wall Street Journal. November 20, 2001. October 23, 2017 tarixində arxivləşdirilib.
  9. 9/11 Commission Report Arxiv surəti 23 noyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 23, 2015, at the Wayback Machine p. 69
  10. Wright, Lawrence. Looming Tower: Al Qaeda and the Road to 9/11. New York: Knopf. 2006. səh. 272. ISBN 0-375-41486-X.
  11. Benjamin, Daniel; Simon, Steven. The Age of Sacred Terror. New York: Random House. 2002. ISBN 0-375-50859-7.
  12. Hamm, Mark. Terrorism As Crime: From Oklahoma City to Al-Qaeda and Beyond. NYU Press. 2007. səh. 65. ISBN 9780814737453. İstifadə tarixi: June 23, 2016.
  13. Hamm, Mark S. Terrorism as Crime: From Oklahoma City to Al-Qaeda and Beyond. NYU Press. 2007. səh. 66. ISBN 978-0-8147-3696-8. İstifadə tarixi: September 13, 2011.
  14. Gunaratna, Rohan. Inside Al Qaeda. New York: Columbia University Press. 2002. səh. 46. ISBN 0-231-12692-1.
  15. Bergen, Peter. The Rise and Fall of Osama bin Laden. New York: Simon & Schuster. 2021. səh. 114. ISBN 978-1-9821-7052-3.
  16. Soufan, Ali; Freedman, Daniel. The Black Banners (Declassified): How Torture Derailed the War on Terror after 9/11. New York: W. W. Norton & Company. 2020. səh. 96. ISBN 978-0-393-54072-7.
  17. Soufan, Ali; Freedman, Daniel. The Black Banners (Declassified): How Torture Derailed the War on Terror after 9/11. New York: W. W. Norton & Company. 2020. səh. 96. ISBN 978-0-393-54072-7.
  18. "U.S. Embassy Bombings". U.S. Department of State website. August 5, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 4, 2007.