SƏLİBÇİ

сущ. истор. крестоносец (участник крестового похода)
SƏLİB
SƏLİQƏ
OBASTAN VİKİ
Səlibçi dövlətlər
Səlibçi dövlətləri və ya xaçlı dövlətlər — Orta Şərqdə 1098-ci ildən 1291-ci ilə qədər mövcud olan dörd Roma-Katolik xristian feodal dövləti. Bu dövlətlər Birinci Səlib yürüşünün latın katolik liderləri tərəfindən fəth və siyasi hiylə vasitəsilə yaradılmışdır. Bu dörd dövlət Edessa qraflığı (1098–1150), Antioxiya knyazlığı (1098–1287), Tripoli qraflığı (1102–1289) ve Yerusəlim krallığı (1099–1291) idi. Yerusəlim krallığı indiki İsrail, Cisiordaniya, Qəzzə zolağını və ətraf bölgələri əhatə edirdi. Digər şimal dövlətləri indiki Suriyanı, Türkiyənin cənub-şərqini və Livanı əhatə edirdi. "Səlibçi dövlətləri" adı yanıltıcı ola bilər, çünki 1130-cu ildən etibarən firəng əhalinin çox az bir hissəsi səlibçi idi. Xristianlar 1098-ci ildə Suriyadan keçərək silahlı bir şəkildə Yerusəlim (Qüds) şəhərinə səyahət etdi. Səlibçi Bulonlu Boduen dövlət çevrilişi ilə Edessanın yunan pravoslav hökmdarının taxtına çıxmış və Tarantolu Boemund tutulan Antioxiya şəhərində hakim şahzadə olaraq qalmışdır. 1099-cu ildə Yerusəlim şəhəri mühasirədən sonra alınmışdır. Bundan sonra Tripolinin alınması da daxil olmaqla ərazi konsolidasiyası izlənilmişdir.

Значение слова в других словарях