Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xalvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Xaçkar
Xaçkar – Erməni mədəniyyətinin ayrılmaz hissələrindən biri olan xaçkarlar vəfat etmiş adamların xatirəsinə ucaldılırdı. Ermənilərin tarixən bir millət kimi formalaşmalarında və varlıqlarını qorumalarında kilsə mühüm rol oynadığından erməni mədəniyyətində xaçqarların ağırlığı hiss edilməkdədir. Xaçkarların tarixi bədii inkişaf xüsusiyyətlərini araşdıran mütəxəssislərin gəldikləri qənaətə görə xaçkarların tarixi inkişaf prosesini üç qrupda cəmləşdirmək mümkündür. == Erkən dövr == Bu dövrə aid edilən xaçkarlar əsasən sadə tərtibatlı və o qədər də böyük ölçüyə malik deyil. Qeyd etmək lazımdır ki, əksər erməni alimləri erkən dövr xaçkarlara Alban xaç daşlarını da qatmaqla xaçkarların tarixini daha qədimə aparmaq istəmişlər. Belə ki, Ermənistanda erkən dövr xaçkarların yaradılmasına başlanılarkən, artıq xristianlığı ermənilərdən 227 il əvvəl qəbul etmiş albanlarda formalaşmış və alban fəlsəfi-mifik dünyagörüşünü əks etdirən xaçdaş qoyma ənənəsi var idi. Lakin əksər erməni alimləri Alban mədəniyyətini məhv etmək üçün Alban xaç daşlarını da erkən dövr xaçkarları kimi təqdim etməyə çalışmışlar. Buna qarşılıq olaraq tanınmış ingilis alimi A.Van yazır: "Qafqaz albanlarının qədimdən riayət etdikləri və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi saxlanmış adətə görə ucaldılan adsız qəbir daşları – xaç daşları vardı". (A.Van – Geaner the rites of passage) Qafqaz Albaniyasında ilk dövrlərdə, yəni apostolluq dövründə xristianlığın qəbulu Ermənistan və İberiyadan daha uğurlu olmuşdur. Bunu yazılı mənbələr (Moisey Kalankatlı, Moisey Xorenli, Koryun və s.) və o dövrün gerçəkliklərinin öyrənilməsi də sübut edir (F.Məmmədova, Alban katolikosluğu və Alban Arşakiləri.
Sapvari dəlikçiçək
Sapvari dəlikçiçək (lat. Androsace filiformis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Sapvari yovşan
Sapvari yovşan (lat. Artemisia capillaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
Şarvari evkalipt
Girdə evkalipt (lat. Eucalyptus globulus) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatları, Tasmaniya, Yeni Zelandiya, Cənubi Amerika, Kaliforniya və Çinin cənubunda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70 m-ə çatan, bozumtul və ya mavi-ağ rəngli, hamar gövdəli ağacdır. Gövdənin aşağı hissəsi istisna olmaqla qalan hissəsində qabığı uzun, nazik, lentşəkilli qopub tökülür. Cavan zoğlarında yarpaqlar üzbəüz, oturaq, boz və ya külvari-ağ rəngli, ürək və ya yumurtavari formalı, ucu daralmış olub, 7-16 sm uzunluqdadır. Yetkin yarpaqları isə növbəli düzülüşlü, saplaqlı və dərivari, cavan yarpaqlardan iki dəfə qalın və dörd dəfə uzundur. Rəngi tünd yaşıl olub, neştərvari və ya qılıncvari, 15-30 sm uzunluqda və 3-4 sm enindədir. Ağımtıl və ya qırmızı çiçəkləri tək və ya 2-3-ü bir yerdə olmaqla, oturaq və ya qısa ayaqcıq üzərində yerləşir. Çiçək yatağı və qapağı tükcüklü, üzəri mavi-ağ rəngli, muma oxşar təbəqə ilə örtülüdür.
Ağ Xaçlar
Ağ Xaçlar (alm. Weiße Kreuze‎) — soyuq müharibə dövründə Berlin divarında həlak olmuş şəxslərin xatirəsinə həsr edilmiş abidədir. Abidə Berlində Şpree çayı sahilində, Almaniya parlamentinin yerləşdiyi Bundestaq binası yaxınlığındadır. Buranın əsası 1971-ci ildə Berlin divarının tikilməsinin 10-cu ildönümü zamanı Berliner Bürger-Verein adlı özəl qrup tərəfindən qoyulmuşdur. İlk dəfə Bundestaqın şərq hissəsində, Berlin divarının yanında salınmışdır. Lakin 1990-cı ildə Almaniyanın yenidən bir1əşməsi zamanı burada yeni hökumət binalarının tikintisi səbəbindən yeri dəyişdirilmiş və Bundestaqın cənubundakı Tirqarten parkının yanına köçürülmüşdür. 1953-cü il Şərqi Almaniya üsyanının 50-ci ildönümündə çayın sahilində ikinci bir xaç qrupu qurulmuşdur ki, bu da orijinal yerin bir qədər şimal-qərbindədir. Açılış nitqini o zamankı Bundestaq sədri Volfqanq Tiers etmişdir. == Qurbanların adları == 13 qurbanın adı hər iki tərəfdə 7 ədəd xaçın üzərinə həkk edilmişdir. 1 xaç isə kimliyi məlum olmayan qurbana həsr edilmişdir.
Xarari (xalq)
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Xaçlar dağı
Xaçlar dağı (lit. Kryžių Kalnas) — Litvanın Şaulyay şəhərinin yaxınlığında qeyri-adi məkan. Litvanın Şaulyay şəhərinin yaxınlığında yerləşir. Şəhərdən 12 kilometr aralıda olan "Xaçlar dağı" adlanan təpədə müxtəlif ölçü və formada 100 min xaç var. XIV əsrdə xaçların təpəyə qoyulmağa başladığını deyən litvalılar "Xaçlar dağı"nı yadelli işğalçılara qarşı mübarizə və müqavimət simvolu hesab edirlər. SSRİ dövründə 1961, 1973 və 1975-ci illərdə təpədəki bütün xaçlar çıxarılıb, ərazi buldozerlə düzləndirilib. Lakin katolik litvalılar etiqadlarının paklığını göstərmək üçün inadla təpəyə xaç basdırmağa davam ediblər. Beləcə, "Xaçlar dağı" litvalıların millətçiliyi, azadlıq istəyi, inancı və mübarizliyinin simvoluna çevrilib.
İde Loo-Talvari
İda Loo-Talvari (est. Ida Loo-Talvari), ilk evliliyində İda Aav-Loo (est. Ida Aav-Loo), Rusiya imperiyasında İda Yuxonovna Aav-Loo (rus. Ида Юхоновна Аав-Лоо; 19 iyun 1901, Nаrvа, Sankt-Peterburq quberniyası[d] – 29 iyun 1997) — Estoniya müğənnisi (soprano). == Həyatı == İda Loo-Talvari vokal təhsilini Estoniyada almış, sonra Berlin, Milanda və Vyanada bacarıqlarını təkmilləşdirmişdir. 1926–1944-cü illərdə Estoniya Opera və Balet Teatrının solisti olmuşdur. 1944-cü ildən İsveçdə yaşamışdır.1926–1937-ci illərdə bəstəkar Evald Aav ilə evli olmuşdur. 1938–1979-cu illərdə Yohannes Aleksandr Talvari ilə evli olmuşdur.
Pavarı
Pavarı (az.-əbcəd پاوارێ‎, fars. پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 558 nəfər yaşayır (172 ailə).
Qacarı
Yəhərüstü (Yəhər üzü,Yəhərüzlüyü, Qacarı) — Azərbaycanda yəhərin üstünə salınmaq üçün toxunan kiçik ölçülü xovlu xalça. Azərbaycanda xovlu xalça üsulu ilə toxunmuş və azərbaycanlıların yəhərin yastığının üstünə saldığı rəngbərəng qotazlarla bəzədilmiş kiçik ölçülü yəhərüstünü əsasən imkanlı adamlar toxutdururdular. Yəhərüstü Azərbaycanın bir çox bölgələrində "yəhər üzü" yaxud da "yəhərüzlüyü" adlandırılır.
Con Stiven Akvari
Con Stiven Akvari (1938 və ya 1942) - tanzaliyalı yüngül atlet, 1968 Yay Olimpiya Oyunlarının iştirakçısı. == 1968-ci ilin marafonu == 1968-ci ilin olimpiadasının marafonunda 75 atlet iştirak edirdi. Qaçışın başlamasından biraz sonra dizini və budunu zədələyir. Amma distansiyanı tərk etmədi, qaçışa davam etdi. Marafon qalibi Mamo Volde oldu, distansiyanı 2 saat 20 dəqiqə 26 saniyəyə. Con Stiven Akvari məsafəni 3 saat 25 dəqiqə 27 saniyəyə qət etdi. Məsafəni qət edənədək artıq qaliblərin təltif olunma mərasimi, günəş batması və azərkeşlərin çoxunun dağılışması baş verdi. Akvari axrıncı, finişə çatan 57-ci atlet oldu. İntervyuda ondan sorüşdular ki, niyə yıxılandan sonra qaçışı davam etdi, Akvarinin cavabı: Mənim ölkəm 5000 mil məsafəyə məni finişə çatmağım üçün göndərib, yarışa başlamaq üçün yox. == Gələcək karyerası == 1968-ci ilin Olimpiadasından sonra on ildə yarışlarda iştirak edib.
Acari
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Avarı
Avarı — Azərbaycanda yaşayan avarlara mənsubdur. "Avarı" rəqsi azərbaycanlılar arasında da geniş yayılmışdır. Üç hissəsi vardır. Rəqsin melodiyası aram-aram başlayır. Sonradan tempı artırır, orta templə keçir, nəhayat, Ləzginka ritmində cəld səslənən tempramentli rəqsə çevrilir. Zaqatalada da bu rəqs "Tala" da deyilir. "Avarı"nın qadın ifasının melodiyası kişi rəqsinin melodiyasından fərqlənir. Şəkidə solo ifa olunur. Zaqatalada solo yada kollektiv surətdə ifa edilir.
Azərbaycan xanları
Azərbaycan xanlarının siyahısı — Azərbaycan xanlıqlarını XVIII əsrin 40-cı illərindən 1929-cu ilə qədər idarə etmiş xanlar.
Ağacvari asfodelina
Ağacvari asfodelina (lat. Asphodeline prolifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin asfodelina cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükə həddinə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. == Qısa morfoloji təsviri == Birillik ot bitkisidir. Kökləri nazik, qsa, qonurdur. Gövdə 10—50 sm hündürlüyündə, ortadan yuxarı budaqlanandır. Yuxarı tərəfi sıxyarpaqlı, aşağı hissəsi ağ pərdəli genişlənmişdir. Salxım boş, 4—10 çiçəklidir. Çiçəkyanlığı ağ, 8 mm uzunluğundadır. Çiçəkyanlığının yarpaqları ellipsivari, kütdür.
Ağacvari fındıq
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Ağacvari hortenziya
Ağacvari hortenziya (lat. Hydrangea arborescens) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikada təbii yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2m, gövdəsi düz iri yarpaqlı koldur. Yumru çətirnin diametri 2 m-ə qədərdir. Yarpaqları yumurtaşəkilli və ya ellipsvari, diametri 8-15 sm, üstdən tünd yaşıl, altdan bozumtul rəngdədir. Zoğları bir az tüklü, alt tərəfi çılpaq, kənarları dişli, bünövrəsində ürəkşəkilli çöküntüsü vardır. 4 yaşından bol çiçəkləyir. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir, tacı ağdır. Uzun müddət iyundan sentyabr ayına kimi fasiləsiz çiçəkləyir.
Ağacvari söyüd
== Ümumi yayılması: == Rusiyanın Avropa hissəsində, Şotlandiyada, Skandinaviyada və İsveçrədə təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması: == Quba rayonunda alp və aşağı alp qurşağında təbii halda yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr: == Orta və yuxarı dağ qurşaqlarında qayalıq yerlərdə yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə hündürlüyü 30 sm-ədək, çoxbudаqlı kоlcuqdur. Bitkinin budаqlаrı qırmızıqоnur rəngli, çılpаqdır. Tumurcuqlаrı хırdа və sivri olub, qırmızı-sаrıdır. Çılpаqlаşmış oduncağında düyünlər yoxdur. Yаrpаqlаrı qısasaplаqlı, еlliptik, tərs yumurtavarı uzunsov və yа lаnsetvarıdır.
Ağacvari xostək
Ağacşəkilli xostək (lat. Caragana arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Şimali və Qərbi Monqolustanda bitir. Buna bəzən sarı akasiya da deyilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan ağac və ya kol bitkisidir. Gövdəsi hamar, yaşılımtıl, qabığı boz rənglidir. Cavan budaqları yaşılımtıl, tilli, boz, uzunsov zolaqlıdır. Yarpaqları cütlələkvari olub, 1 sm uzunluqda 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları 10–35 mm uzunluqda, 5–13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari olub, üstdən açıq yaşıldır. Cavan vaxtı yarpaqcıqlar və budaqlar ipək tüklü olub, sonradan çılpaqlaşır.
Ağacvari şaqqıldaq
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Ağacvari şoran
Krım xanları
Krım xanlarının siyahısı, 1441-1783-cü illərdə mövcud olmuş Krım xanlığını idarə edən və xan titulu daşıyan şəxslərin siyahısıdır. == Siyahı == Bəzi mənbələrdə xatırlanan Şahbaz Gəray (1787-1789) və Bəxt Gərayın (1789-1792), 1783-cü ildə Rusiya tərəfindən işğal edilmiş Kırım xanlığını idarə etməkləri cədvəldə göstərilmir.
Veronikanın Saçları
Veronikanın Saçları (işarəsi Com (lat. Coma Berenices)) — göyün Şimal yarımkürəsində bürc. Misir çariçası II Veronikanın Afroditaya qurban edilmiş saçları ilə adlandırılmışdır. Ən parlaq ulduzu 4,4 vizual ulduz ölçülüdür (β-dır). Qalaktikanın Şimal qütbü Veronikanın Saçlarındadır. Azərbaycanda qışda, yazda və yayda görünür.
Ağacvari şorangə
Ağacvari şorangə (lat. Salsola arbuscula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Təbii yayılması == Mərkəzi və Ön Asiyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan,şaxələnmiş budaqlı koldur. Yarpaqları ensiz-xətvari, ətlidir. Çiçəkləri bir ədəd yarpaq qoltuqlarında sünbülvari və ya süpürgəvari çiçək qrupuna yığılmışdır. == Ekologiyası == Çox vaxt duzlu, çınqıllı və qumluca torpaqlarda, səhralarda və yarımsəhralarda bitir. == Azərbaycanda yayılması == Xızı rayonu ətrafında rast gəlinir. == İstifadəsi == Xırdabuynuzlu heyvanlar üçün qış yemidir. Dəvələr şoran otunu il ərzində yeyir.
Bilig Xalkarı
Xavar-e no
Xavar-e no (azərb. Yeni Şərq‎ fars. خاور نو‎) — İran Azərbaycanında fars dilində, 1943-1945-ci illərdə nəşr edilmiş gündəlik qəzet.Xavar-e no 1943-1945-ci illərdə Mahmud Turabinin redaktorluğu ilə Təbriz şəhərində dərc edilmişdir. Xavar-e no qəzeti İran Tudə Partiyasının regional orqanı kimi Əli Şəbistərinin partiyadan qovulmasından sonra yaradılmışdır. Əli Şəbistəri Tudə qəzetinin Cənubi Azərbaycandakı redaktoru olmuş və Azərbaycan millətçiliyini təşviq etdiyinə görə partiyadan qovulmuşdu.Xavar-e no Sovet İttifaqının dəstəyi ilə dərc edilmişdir və II Dünya müharibəsinin sonunda Sovet İttifaqının İranda geri çəkilməyə məcbur edildikdən sonra bağlanmışdır.
Fərid Macari
Fərid Macari (ing. Fareed Majari; XX əsr, Almaniya Federativ Respublikası) — İran mənşəli Almaniya kinorejissoru və mədəniyyət meneceri. O həmçinin, Höte İnstitutunun Los-Anceles şöbəsinin direktorudur. Macari əvvəllər Höte İnstitutunun Livan (Beyrut) və Fələstində (Ramallah) şöbələrinin direktoru vəzifəsində çalışmış, həmçinin Moskva və Münhendə işləmişdir. O, 1995 və 1996-cı illərdə Konnektikut Universitetində professor olmuşdur. Macari Ramallahda çəkilən "Matabb" serialının prodüseri və həmmüəllifidir.
Pavarı Qışlağı
Pavarı Qışlağı (az.-əbcəd پاوارێ قێشلاغێ‎, fars. قشلاق پاوه‌رود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 49 nəfər yaşayır (13 ailə).