sənət
səngər
OBASTAN VİKİ
Sənətkar
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
"Sənətkar" medalı
"Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
Sənətkar (jurnal)
"Sənətkar" jurnalı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji və metodik jurnalı "Sənətkar" jurnalı XX əsrin ortalarında ölkədə mövcud olan peşə təhsili müəssisələrini bir mərkəzdən idarə etmək, onları lazımi metodik materiallarla təmin etmək, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə tədrisi müəssisələrinin işi ilə tanış etmək üçün informasiya ötürücüsü funksiyasını yerinə yetirən mətbu orqana olan ehtiyacdan yaranmışdır. 1969-cu ildə fəaliyyətə başlamışdır. Lakin XX əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar bir çox nəşrlər kimi bu jurnalın da öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur. 10 illik fasilədən sonra jurnal Təhsil Nazirliyinin əmri ilə 2000-ci ildə yenidən nəşri bərpa olunmuşdur. Nəşrə başladığı 1969-cu ildən 1988-ci ilədək "Gənc fəhlə" adı ilə işıq üzü görən jurnal 2000-ci ildən "Sənətkar" adı ilə öz fəaliyyətini davam etdirmişdir. 2010-cu il avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqoji və metodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr iştirak etmişdirlər. Jurnalın redaksiyası 40 illik ilə əlaqədar ilk peşə-ixtisas təhsili müəssisələri işçiləri arasında "İlk peşə-ixtisas təhsilinin ictimai statusu yüksəlməlidir" mövzusunda müsabiqə keçirmişdir. Müsabiqəyə 59 ilk peşə-ixtisas təhsili müəssisəsi və 2 məktəbdənkənar təhsil müəssisəsindən 3 nominasiya üzrə 123 yazı təqdim olunmuş və onlar tələbkar münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. Müsabiqədə 9 nəfər I, 9 nəfər II, 9 nəfər isə III yerə layiq görülmüş, daha 15 nəfər 4-cü, həvəsləndirici yeri tutmuşdur.
Həmişəyaşar sənətkar... Əli Zeynalov (film, 2015)
Həmişəyaşar sənətkar... Əli Zeynalov — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Əli Zeynalovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Sən həmişə mənimləsən", "Antoni və Kleopatra" teatr tamaşalarının, "Kölgələr sürünür", "Bir qalanın sirri", "Səhər", "Leyli və Məcnun", "Xoşbəxtlik qayğıları", "Üzü küləyə", "Birisigün, gecəyarısı...", "Üzeyir ömrü", səsləndirdiyi "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Möcüzələr adası", "Mən ki gözəl deyildim" filmlərinin, eləcə də Azərbaycan Radiosunda "Nəsimi" radiotamaşasının və Azərbaycan Televiziyasında "Köhnə dəbli komediya" televiziya tamaşasının kadrlarından istifadə edilmişdir.
Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev (film, 2014)
Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev filmi rejissor Sənan Sultanov tərəfindən 2014-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məhəmməd Samiroğlu və Mikayıl Əjdəroğlu ifa edirlər. Film öz dövrünü ləyaqətlə yaşamış, xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin həyat və yaradıcılığından bəhs edir. Film xalq artisti Lütfəli Abdullayevin 100 iliyinə həsr olunmuşdur.
Hindistanda sənətkarlıq
Hindistanda sənətkarlıq - Hindistanda tarixən formalaşmış sənət sahələrinin məcmuu. == Tarixi == === Ən qədim dövrlərdən erkən orta əsrlərədək === Çoxsaylı arxeoloji materiallar Hindistanda qədimdən müxtəlif sənət sahələrinin inkişaf etdiyini, yayıldığını sübut edir. Burada sənətkarlığın inkişaf etməsinin əsas səbəblərindən biri daş, dəmir, ağac və s. materialların bolluğu, əsrlərdən gələn təcrübənin nəsillərdən-nəsillərə ötürülməsi olmuşdur. Hindistanda həyatın bütün sahələrində özünü göstərən mühafizəkarlıq, ənənəvilik sənətkarlığa da sirayət etmişdir. Arxeoloji materiallar Harappa sivilizasiyasının dəmir ilə tanış olmadığını, əsasən mis və tuncdan silah, təsərrüfat alətlərinin hazırlandığını üzə çıxarmışdır. Burada əridilmə, tökmə, döymə kimi metal hazırlama üsullarından istifadə olunmuş, misə, tunca nikel və arsen qatılmışdır. Sənətkarlar bəzək əşyalarının hazırlanmasında qızıl və gümüşdən istifadə etmişlər. Harappada toxuculuq, sümük və metalişləmə, dulusçuluq geniş inkişaf etmişdir. Dulus qabları geometrik və bitki motivləri ilə bəzədilmiş, əl və ayaq dulus çarxları daha da təkmilləşdirilmişdir.
Naxçıvanda sənətkarlıq
Naxçıvanda sənətkarlıq-Naxçıvan Muxtar Respublikasında sənətkarlıq. Orta əsrlər dövrü Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Naxçıvan bölgəsində də bir çox sənət sahələri inkişaf etmiş və burada müxtəlif sənətkarların cəm olduğu sənətkarlıq mərkəzləri yaradılmışdır. Naxçıvan ustalarının hazırladıqları sənətkarlıq məmulatları demək olar ki, Yaxın Şərqdə özünəməxsus yer tutmuş və şöhrət tapmışdır. Bunlar içərisində dulusçuluq, daşişləmə, ağacişləmə, toxuculuq, misgərlik, zərgərlik, boyaqçılıq, ipəkçilik, və s. sənətkarlıq mərkəzlərini nümunə göstərmək olar. Mənbələrin verdiyi məlumata görə mərkəzləşmiş sənətkarlıq sahələrinin inkişafı o dövrdə ölkənin iqtisadiyyatında, məişətində, ticarət əlaqələrinin genişlənməsində böyük əhəmiyyətə malik olmuşdur. Həmçinin orta əsr Azərbaycan şəhərlərində sənətkarlıq təşkilatları sənət və peşə sahələrinin tənzimlənməsində mühüm rol oynamışdır (1, s. 313). T. Dostiyev yazır ki, IX–X əsrləri Azərbaycan şəhərlərinin kiçik qala-şəhərlərdən iri siyasi-inzibati, sənətkarlıq-ticarət və mədəni-dini mərkəzlərə çevrilməsi dövrü hesab etmək mümkünsə, XI–XII əsrləri şəhər həyatının yüksəlişi, çiçəklənməsi dövrü adlandırmaq olar. İctimai əmək bölgüsü baxımından şəhər kəndin əksi olaraq, sənət istehsalı, ticarətlə bağlı əməyin və zehni əmək fəaliyyətinin cəmləşdiyi məkan idi.
Qarabağda sənət və sənətkarlar (kitab)
Şuşa Daş Sənətkarlığı Muzeyi
Şuşa Daş Sənətkarlığı Muzeyi – Azərbaycanın Şuşa şəhərində yerləşmiş muzey. Daş sənətkarlığına həsr olunmuş bu muzey 1992-ci ilin mayında erməni işğalı səbəbilə fəaliyyətini dayandırmışdır. Şuşa Daş Sənətkarlığı Muzeyi 1983-cü ildə Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının və şəhər camaatının birgə layihəsi ilə yaradılmışdı. Muzey Gəncə qapısının mühafizə zonasında açıq səma altında fəaliyyət göstərirdi. Bu muzey Azərbaycanda daş sənətkarlığına həsr olunmuş ilk muzey idi. Muzey 1992-ci ildə erməni işğalı zamanı dağıdılmışdır. Muzeydə Usta Qənbər Qarabaği, Məşədi Xaspolad, Kəblə Əkbər, Məmmədyar kimi bir çox Qarabağ memarları, nəqqaşları, xəttatları, daşyonanları və başqa sənətkarların müxtəlif dövrlərə aid 150-yə yaxın yazılı və epiqrafik sənət əsəri sərgilənirdi. Şuşanın daş sənəti tarixini və xalq sənətkarlarının daş üzərindəki sənətkarlığını əks etdirən bu əsərlər arxeoloji qazıntılar zamanı Şuşa rayonunun ərazisində aşkarlanmışdır. Muzeydə nümayiş etdirilən oyma, yonma və kəsmə üsullarla düzəldilmiş, milli naxışlı bulaqaltı və sütunaltı daşlar, bəzəkli qapı tağları kompozisiyası, buxarı, quyu, səki və pilləkən daşları, iri ölçülü ləyənlər və məhəccərlər, su qazanları, novlar, yonma texnikasına dair nümunələr nümayiş etdirilirdi. Bu sənət əsərlərinin müəllifləri daş alətlər vasitəsilə onların üzərini bəzəmiş və yüksək keyfiyyətli sənətkarlıq nümunələri yaratmışdırlar.

Значение слова в других словарях