TÜTÜNÇÜ

сущ.
1. табаковод (специалист по табаководству). Adlı-sanlı tütünçü знатный табаковод
2. табачник, табачница:
1) рабочий табачной промышленности
2) торговец табаком
TÜTÜNBASIRAN
TÜTÜNÇÜLÜK
OBASTAN VİKİ
Tütünçü
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Həsən Məmmədov (tütünçü)
Həsən Məmmədhüseyn oğlu Məmmədov (5 iyun 1912—18 iyun 1985) — Tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Həsən Məmmədov 1912-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1942-1971-ci illərdə İliç rayonunun H.Cavid adına kolxozunda xolxozçu, manqanaşçısı, sədr və briqadir işləmiş, 1971-ci ildən eyniadlı sovxozda hesabdar olmuşdur. 1946-ci ildən Sov.İKP üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 14 mart 1949-cu ildə tütünçülük sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur. Həsən Məmmədov 18 iyun 1985-ci ildə Şahtaxtı kəndində vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: Куба—Мисир.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Rza İsmayılov (tütünçü)
İsmayılov Rza Paşa oğlu (1905-ci il, Kəngərli rayonunun Qıvraq qəsəbəsi – 28.11.1967, Kəngərli rayonunun Qıvraq qəsəbəsi) — əmək qabaqcılı. Sosialist əməyi qəhrəmanı (1949). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı. 1905-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Qıvraq kəndində (hazırda Qıvraq qəsəbəsi Azərbaycan Respublikasının Naxçıvan MR-nın Kəngərli rayonununda inzibati ərazi vahididir). Böyük Vətən müharibəsinin (1941-1945) iştirakçısı olub. Əmək fəaliyyətinə Noraşen rayonunun "Qırmızı Oktyabr" kolxozunda başlamışdır. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Qıvraq kəndindəki Nəriman Nərimanov adına kolxozda briqadir (1956-1966) işləmişdir. Naxçıvan MSSR Ali Sovetinin (2-ci çağırış) deputatı seçilmişdir. 1967-ci il noyabrın 28-də doğma kəndində vəfat etmişdir.
Tütünçülük (1928)
Təbliğat filmi respublikamızda tütünçülük plantasiyalarının yeni aqrotexnika ilə becərilməsi qaydalarından bəhs edir. Film saxlanılmayıb. Rejissor: Kosiçkin Operator: Kosiçkin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
Tütünçülük (1930)
Tütünçülük — rejissor Mikayıl Mikayılov quruluşunda hazırlanan bədii film. Film Azərbaycan SSR-də tütünçülük sahəsində qazanılan uğurlardan bəhs edir. Film saxlanılmayıb.
Tütünçülük (film, 1928)
Təbliğat filmi respublikamızda tütünçülük plantasiyalarının yeni aqrotexnika ilə becərilməsi qaydalarından bəhs edir. Film saxlanılmayıb. Rejissor: Kosiçkin Operator: Kosiçkin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 30.
Tütünçülük (film, 1930)
Tütünçülük — rejissor Mikayıl Mikayılov quruluşunda hazırlanan bədii film. Film Azərbaycan SSR-də tütünçülük sahəsində qazanılan uğurlardan bəhs edir. Film saxlanılmayıb.

Значение слова в других словарях