tatula
taun
OBASTAN VİKİ
Lepton
Lepton (yun. λεπτός — yüngül) — güclü təsiretmə qabiliyyəti olmayan elementar hissəcikdir. Bu hissəciyin adı 1948-ci ildə K. Möllerin göstərişi ilə L. Rozenfeld tərəfindən daxil edilmişdir. Çünki həmin dövrdə məlum olan bütün lepton hissəcikləri digər elementar hissəciklərdən yüngül idi.
Tarki-Tau
Tarki-Tau — Dağıstan Respublikasında dağ. Dağ öz adını Dağıstanın ən qədim kəndlərindən biri olan Tarki aulundan götürüb. Tariki-Tau oronimi yaylaya və bütün dağ silsiləsinə aid edilsə də, dağın zirvəsinə başqa ad verilib — Sarıyar burnu. Sarıyar dağın şiş ucudur. Sarıyar qumuq dilində «sarı» və «yar» (yarğan) deməkdir. == Xarakteriskası == Tarki-Tau görünüşcə nəhəng masaya bənzər yüksəkliyi xatırladır. Tark-Tau dağının ətəyində Dağıstanın paytaxtı Mahaçqala şəhəri yerləşir. Dağı Xəzər dənizindən 3 km-lik məsafə ayırır. Dağın mütləq hündürlüyü 720 metr, Xəzərə görə nisbi hündürlüyü isə — 745 metrdir ( 1998-ci ilin məlumatı). Tarki-Tau aydın görsənən yayla formalı relyefə malikdir.
Tau-saqqız
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tau adası
Tau adası-(tay เกาะเต่า)- Tısbağa adası mənası verən bu adalar Siam körfəzində yerləşən Tailanda məxsus ada. == Etimologiyası == Bu adanın sahillərində çoxlu dəniz tısbağaları yaşayıb çoxalmışlar. Son dövrlərdə isə tısbağalar yox olmuşlar. Bu onunla izah olunur ki, yeni doğulmuş dəniz tısbağa balaları daha çox işıqlı sahillərə meyl edirdilər. Belə ki, hal-hazırda sahil əraziləri plyajlar, otellər tutduğu üçün onların dəniz yolunu tutması daha rahatlanmışdır. Bəzi fərziyyələrə görə isə ada formasına görə tısbağanı xatırladırdı. Adanın əsas limanının sahilində dəniz tısbağasının heykəlini görə bilərik. == Coğrafiyası == Qonşu adaların içərisində bu adanın fərqi, dənizlərlə əhatə etməsi, dayvinq, snorklinq idman növlərinin buranın bütün plyajlarında geniş yayılmışdır. Burada həmçinin fridayvinq, bolderinq, tailand boksu, tailand massajı ilə də məşğul olurlar. == Nəqliyyat əlaqələri == Adaya yaxın olan aeroport Samuy adasında yerləşir.
Scorzonera tau-saghyz
Tau-saqqız (lat. Scorzonera tau-saghyz) — təkəsaqqalı cinsinə aid bitki növü.
Tau-Tona mədəni
Tau-Tona mədəni — dünyanın ən dərin mədəni. Setsvana "Böyük aslan" mənasını verən bu məbəd Cənubi Afrika Respublikasının Qauteng bölgəsində yerləşir. Dərinliyi 3.9 km olan mədənin 5600 işcisi vardır. İşçiləri mədənin dibindən yer üzünə çatdırmaq üçün saniyədə 16 metr qalxan lift təqribən 1 saatlıq yol qət edir. Tau-Tona qızıl məbədi Anqlo Qold Aşanti Limited adlı şirkətə məxsusdur. Qeyd edək ki, 1957-ci ildə şirkət ilk qızıl çıxarılmaya başlanılanda bu məbədin dərinliyi 2 metr idi. Tau-Tona qızıl mədəni umumi 800 km uzunluğunda tunellərdən düzəlmişdir. Mədən çox dərin olduğu üçün işləmə şərtləri çox təhlükəlidir və hər il orta hesabla 5 işçi həyatını itirir. Digər çətinlik isə mədən havasının istiliyinin 55 dərəcə olmasıdır. Bu problemi aradan qaldırmaq üçün firma mədənə təmiz hava göndərir.