TEAM-WORK

n 1. briqada işi; 2. əməkdaşlıq; 3. qarşılıqlı kömək; 4. id. uyğunluq; müntəzəmlik (oyunçular arasında)

TEAM-MATE
TEAMSTER
OBASTAN VİKİ
Team 60
Team 60 (azərb. Komanda 60‎) İsveç Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1974-cü ildə yaradılmışdır. Uçuşlar üçün 6 ədəd Saab 105 təyyarəsi istifadə olunur.Təyyarələr tüstü generatorları ilə təchiz olunmuşdur. Əvvəl təyyarələr kamuflyaj rənglərində idi, sonradan təyyarənin alt füzelyajı və qanadları sarı, mavi və boz rənglərdə boyanmışdır. Əvvəllər komanda qeyri-rəsmi olaraq "En sexa Skåne" adlanırdı hansı ki, "6 santilitr Skania Akvaviti" kimi tərcümə olunurdu. Çünki komandanın ilk aviabazası Ljungbyhed, Skaniada yerləşirdi. Həmin ərazilərdə ənənəvi Skandinaviya spirtli içkisi akvavit çox məşhurdur.
Team Sleep
1994-cü İldə qurulmuşdur. Qrup üzvləri Çino Moreno (Deftones'un vokalı, gitara), Todd Wilkinson (gitara), Dj Crook, Zach Hill (Baraban) və Rick Verrett (bass). Team Sleep ilk olaraq Çino Moreno və Todd Wilkinson tərəfindən qurulmuşdur və daha sonra sırasıyla DJ Crook, Zach Hill və Rick Verrett qatılmışdır. Team Sleep - 2005 Soundtreklər "Ataraxia" – 3:17 "Ever (Foreign Flag)" – 2:51 "Your Skull Is Red" – 3:41 "Princeton Review" – 5:09 "Blvd.
Anti-armenia Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. == Yaranma tarixi və missiyası == Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. == Fəaliyyəti == 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.
PC-7 Team
PC-7 Team – İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Adını Pilatus PC-7 təlim təyyarəsindən almışdır. Pilatus PC-7 Komandanın aviaşou təyyarəsidir. 1987-ci ildə 9 təyyarədən ibarət komanda yaradılmışdır. 29 avqust 1987-ci ildə Dübendorfda komandanın ilk avişousu təqdim olunmuşdur.Bununla belə, 1989-cu il təsis ili hesab olunur, çünki həmin vaxt komanda İsveçrə Hərbi Hava Qüvvələrinin 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində uçmaq üçün yenidən formalaşdırılıb. Təyyarələr narıncı və gümüşü rənglərə boyanmışdı. Monako, İngiltərə, Almaniya, Fransa, Danimarka, İsveç və bir çox digər Avropa ölkələrində uçuşlar həyata keçirir. Komanda hərbi pilotlardan ibarətdir və adətən F/A-18-i idarə edirlər. 2008-ci ildən PC-7 təyyarəsinin modernləşdirilmiş variantı olan Pilatus PC-7 NCPC istifadə olunur. Həmin vaxtdan təyyarələr İsveçrə bayrağının rənglərinə uyğun olaraq qırmızı və ağ rəngə boyanıblar.
Team Fortress 2
Team Fortress 2 Valve Corporation tərəfindən hazırlanmış və nəşr edilmiş çox oyunçulu birinci şəxs atıcı oyunudur . Bu, Quake üçün 1996-cı il Team Fortress modunun və onun 1999-cu il remeyki Team Fortress Classic- in davamıdır. Oyun 2007-ci ilin oktyabrında Microsoft Windows və Xbox 360 üçün The Orange Box- ın bir hissəsi kimi buraxıldı və daha sonra 2007-ci ilin dekabrında PlayStation 3 -ə köçürüldü. 2008 və 2010-cu ilin iyununda Mac OS X və Linux- u dəstəkləmək üçün yeniləndi. O, Valve-in rəqəmsal pərakəndə satışçısı Steam vasitəsilə onlayn olaraq paylanır və Electronic Arts oyunun bütün fiziki və ya konsol nəşrlərini idarə edir. Birinci hücum sinfi Scout (səsləndirən Nathan Vetterlein) tez danışan, özünü bəyənən, beysbol fanatik Bostoniyalıdır . Sürətli və çevik bir xarakterdir. Onun əsas silahı Scattergun , ikinci dərəcəli silahı tapança və döyüş silahı isə Çubuqdur . Bu, ikiqat tullanmağı bacaran yeganə sinifdir və nəzarət məntəqələrini tutmaqda və yük vaqonlarını itələməkdə digər siniflərdən iki dəfə sürətlidir, lakin ən aşağı sağlamlıq siniflərindən (Skaut, Mühəndis, Snayper və Casus) biridir. Valve's Meet the Spy videosunda BLU Scout-un anasının RED Spy ilə münasibətdə olduğu ortaya çıxdı.
Solo Display Team
Solo Display Team — Niderland Kral Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. F-16 Solo Display Team, AH-64D Apache Solo Display Team və PC-7 Solo Display Team-dən ibarətdir. Komandanın dübütü 1979-cu ilə təsadüf edib. Komandanın vahid rəng sxemi mövcud deyildi. Ən son istifadə etdiyi narıncı dizayn 2009-cu ildən istifadə olunmağa başlamışdı. 2018-ci ilin 17 dekabr tarixində F-16 Solo Display Team-in daimi olaraq ləğv edildiyi elan edildi. Maddi və heyət çatışmazlığı səbəbindən komanda artıq 2015-ci ildən fəaliyyətsiz idi. Komanda 2002-ci ildə öz aviabazasında keçirilən hava şousunda birdəfəlik iştirak etmək üçün yaradılmışdı. Bununla belə, komanda sonrakı illərdə də hava şoularında çıxış etməyə davam etdi və 2005-ci ilin iyulunda Böyük Britaniyanın Qlosterşir əyalətində keçirilən Royal International Air Tattoo-da "Sir Duqlas Bader Trophy" mükafatını qazandı. Apache Solo Display Team 2005 və 2009-cu illər arasında fəaliyyətsiz idi, lakin 2010-cu ildə yenidən uçuşlar həyata keçirməyə başladı.
Work and Travel USA
İş və səyahət Amerika-(ing. Work and Travel USA).Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkmilləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır. Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir. Work and Travel proqramının əsas şərtləri bunlardır: 18-28 yaş arası olmaq Ali məktəblərin birinin tələbəsi olmaq.Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir. Ən azı orta səviyyədə ingilis dilini bilmək.(Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.) Ali məktəb qiymətlərinin normal olması. Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir.Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq. Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir.Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır.Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər.Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olnurur.Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.Tələbənin xeyrinə olacaq sonuncu məsələ isə, onun illik qiymətlərinin kafi olmamasıdır.Bütün bu şərtlərə cavab verən, tələbələrin viza almaq ehtimalı 95% hesab olunur.
Anti-armenia Hack Team
Anti-armenia Team (AAT) — Azərbaycana yönəlmiş hər cür kiber təhdidə qarşı, azərbaycanlı hakerlər tərəfindən yaradılmış və koordinasiyalı şəkildə fəaliyyət göstərən haker qrupu. == Yaranma tarixi və missiyası == Anti-armenia Team 19 oktyabr 2011-ci il tarixində bir qrup azərbaycanlı haker tərəfindən yaradılmışdır. İnternet hücumları, öncədən təyin olunmuş şəkildə və Azərbaycanın milli maraqlarına zidd olan və yanlış informasiyalar yayan saytların fəaliyyətlərinə, qeyri-qanuni yayımına qarşı kiber hücumlar ilə tanınır. Anti-armenia Team haker qrupunun xidməti fəaliyyətinin əsas istiqamətini internet resurslarında Azərbaycan əleyhinə aparılan işin qarşısını almaq təşkil edir. 2016-cı ildə bir çox təşkilat Anti-armenia Team haker qrupunun dövlət tərəfindən dəstəklənməsini təklif etmişlər. Qrup fəaliyyət göstərdiyi müddət ərzində keçirdiyi bir sıra irimiqyaslı kiber-əməliyyatlar nəticəsində Ermənistan Respublikasına məxsus dövlət və özəl informasiya resurslarını sıradan çıxararaq çox mühüm məxfi informasiyalar əldə etmişdir. == Fəaliyyəti == 29 oktyabr 2020 — Anti-armenia Team hakerlərinin Ermənistan Respublikası üzərində apardığı kiber əməliyyatlar nəticəsində, Ermənistan Parlamentinə məxsus elektron sənəd dövriyyəsi sistemindən (mul.parilament.am) 17GB həcmində sənədlər toplusu,[1][2] Ermənistan prezidentinə məxsus elektron sənəd dövriyyə sistemindən (mul2.president.am) 38GB həcmində sənədlər toplusu ələ keçirilmişdir.[3][4] 7 oktyabr 2020 — Keçirilən kiber əməliyyat nəticəsində, Ermənistan Respublikasının Rabitə və Nəqliyyat Nazirliyinə məxsus 1TB həcmində sənədlər və vacib sxemlər Anti-armenia Team hakerləri tərəfindən ələ keçirilmişdir.[5][6][7] 6 oktyabr 2020 Azərbaycanın "Anti-armenia Team" haker qrupu tərəfindən keçirilmiş kiber-hücum əməliyyatı nəticəsində ermənistanın Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, ermənistan prezidenti, Ombudsman, Aviasiya Xidməti, Diaspora təşkilatı, habelə Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti, Milli Məclisi, Xarici İşlər Nazirliyi və bir çox nazirliklərin saytı ələ keçirilmişdir. Həyata keçirilən kiber-hücum əməliyyatı nəticəsində sıradan çıxarılmış saytların hər birinin məzmununda "Karabakh is Azerbaijan" yazısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Valday-2020" forumundakı möhtəşəm çıxışı, eləcə də Şanlı Ordumuz tərəfindən işğaldan azad edilmiş Suqovuşan kəndi ərazisində yerləşən posta hərbçilərimizin bayraq asmasını əks etdirən videogörüntü yerləşdirilmişdir. Müvəffəqiyyətli kiber-hücum əməliyyatının görüntüsü və sıradan çıxarılmış internet informasiya resurslarının siyahısı aşağıdakılardır.[8][9] 3 oktyabr 2020 Ermənistanın bütün dövlət qurumlarına məxsus elektron sənəd dövriyyəsi sistemindən dəyəri 1 milyon dollarlıq 50TB həcmində məlumatlar ələ keçirilmişdir. 2 oktyabr 2020 Hakerlər tərəfindən keçirilən kiber əməliyyat nəticəsində, ermənistanın Yüksəy Texnologiyalar naziri "Hakob Arshakyan" məxsus kompüter ələ keçirilmişdir.
Computer Emergency Response Team
CERT — kompüter təhlükəsizliyi hadisələrini idarə edən ekspert qrupudur. == Tarixi == CERT/CC əlaqələndirmə mərkəzi Karnegi-Mellon Universitetinin Proqram Mühəndisliyi İnstitutunda (PMİ) 1988-ci ildə yaradılmışdı. CERT/CC PMİ-də işlənən Networked Systems Survivability (NSS) proqramının bir hissəsidir. == Məqsədi == Bu proqramın əsas məqsədi müvafiq texnologiyaların və sistemin idarə edilməsi metodlarının qurulmasını elə şəkildə təmin etməkdir ki, hücumların maksimal səmərəli qarşısı alınsın, ziyan minimumlaşdırılsın və hətta hücumların həyata keçirilməsi uğurlu halında da sistemin fasiləsiz işi təmin edilsin. == Vəzifəsi == CERT/CC əlaqələndirmə mərkəzinin vəzifələri aşağıdakı məsələlərin həll edilməsidir: CERT/CC laboratoriyalarında (tədqiqat) proqram və aparat təminatının aşkarlanmış boşluqları haqqında istifadəçiləri məlumatlandırmaq üçün veb-serverdə (http://www.cert.org), ftp-serverdə (ftp://ftp.cert.org/pub/cert_advisories), Usenet telekonfransında (comp.security.announce) və göndəriş siyahılarında boşluqların təsviri və onların aradan qaldırılması üsulları – Advisories nəşr olunur. Təhlükəsizlik problemləri və onların həlli haqqında istehsalçı firmalardan alınmış məlumatlar xüsusi informasiya bülletenlərində (Vendor-Initiated Bulletins) nəşr olunur, onlar da Advisories kimi həmin kanallarla yayılır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
F-22 Demo Team
F-22 Demo Team — ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Virciniyada bazalaşan aerobatika eskadronudur. Uçuşlarda Lockheed Martin F-22 Raptor təyyarəsi istifadə olunur. Şoulardakı manevrlər döyüş əməliyyatları üçün nəzərdə tutulmuş manevrlərə əsaslanır, lakin normaldan daha uşağı hündürlüklərdə yerinə yetirilir. F-22 Demo Team, F-15 Demo Team-ı əvəzləmək üçün yaradılmışdır. Hazırkı şou pilotu və 2023 hava şousu mövsümü üçün demo komandasının komandiri kapitan Samuel "RaZZ" Larsondur.
F-35A Demo Team
F-35A Demo Team — ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Yutada bazalaşan aerobatika eskadronudur. Uçuşlarda Lockheed Martin F-35 Lightning II təyyarəsi istifadə olunur. Komanda 2018-ci ildə qurulub və Luke avabazasında bazalaşırdı. 2019-cu ildə Hill avabazasına köçürüldü. Hazırkı şou pilotu və demo komandasının komandiri Mayor Kristen "BEO" Volfdur. O, həm də ABŞ Hərbi Hava Qüvvələrinin ilk qadın aviaşou pilotudur.
The Sims 4: Get to Work
The Sims 4: İşə get! (ing. The Sims 4: Get to Work) — The Sims 4 kompüter oyununa ilk oyun paketi 4 fevral 2015-ci ildə oyunun rəsmi saytında elan edildi və 31 mart 2015-ci ildə Rusiya, MDB ölkələri, ABŞ və İngiltərədə, 2 aprel 2015-ci ildə isə fiziki və rəqəmsal olaraq bütün dünyada satışa çıxarıldı. Oyun paketi The Sims 4 oyununun imkanlarını peşə baxımından genişləndirir, həkim, detektiv və alim peşəsini əlavə edir. The Sims 2: Biznes oyun paketində də olduğu kimi xüsusi biznes yaratma funksiyası əlavə edilmişdir. Aktiv peşələrin mövzusu tərtibatçılar tərəfindən seçilmişdir, çünki iş yerlərində personajları idarə etmək həmişə Sims seriyasının pərəstişkarlarının əsas istəklərindən biri olmuşdur. Bundan əlavə, paketdə The Sims 2 oyununa əsaslanan yadplanetlilər də vardır. İşə get oyun paketinin daha dinamik və müxtəlif vəziyyətə gətirildiyinə baxmayaraq, tənqidçilər tərəfindən peşələrin azlığı səbəbilə mənfi rəylər almışdır. Oyun paketində 3 yeni peşə: iş prosesi tamamilə oyunçu tərəfindən idarə olunan həkim, alim və polis məmuru vəzifələri təqdim olunmuşdur. İşdə olduğu zaman personaj ona verilən tapşırıqları yerinə yetirməlidir.