PC-7 Team

PC-7 Teamİsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronu. Adını Pilatus PC-7 təlim təyyarəsindən almışdır. Pilatus PC-7 Komandanın aviaşou təyyarəsidir.

PC-7 Team
Növü Aerobatika komandası
Yaranma tarixi 1987 (1987) (qurulma) - Günümüz
1989 (1989) (çıxışlar)
Ölkə
Tabedir İsveçrə Hərbi Hava Qüvvələri
Rəngləri ağ, qırmızı         
Təchizatı Pilatus PC-7 NCPC
pc7-team.ch
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1987-ci ildə 9 təyyarədən ibarət komanda yaradılmışdır. 29 avqust 1987-ci ildə Dübendorfda komandanın ilk avişousu təqdim olunmuşdur.[1]Bununla belə, 1989-cu il təsis ili hesab olunur, çünki həmin vaxt komanda İsveçrə Hərbi Hava Qüvvələrinin 75 illik yubileyi münasibətilə keçirilən bayram şənliklərində uçmaq üçün yenidən formalaşdırılıb. Təyyarələr narıncı və gümüşü rənglərə boyanmışdı. Monako, İngiltərə, Almaniya, Fransa, Danimarka, İsveç və bir çox digər Avropa ölkələrində uçuşlar həyata keçirir. Komanda hərbi pilotlardan ibarətdir və adətən F/A-18-i idarə edirlər. 2008-ci ildən PC-7 təyyarəsinin modernləşdirilmiş variantı olan Pilatus PC-7 NCPC istifadə olunur. Həmin vaxtdan təyyarələr İsveçrə bayrağının rənglərinə uyğun olaraq qırmızı və ağ rəngə boyanıblar. 2014-cü ildə komandanın 25 illik yubileyində təyyarələrə tüstü generatorları quraşdırılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "HISTORY OF THE PC-7 TEAM". 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]