telesatış
teleservis
OBASTAN VİKİ
Cessi (teleserial)
Cessi (ing. Jessie) — baş rolda Debbi Rayanın çəkildiyi Disney Channel orjinal serialıdır. Serialın mövzusu Texasdan Nyu-Yorka iş tapmaq məqsədilə köçən Jessienin təsadüfi şəkildə dayə kimi işləməsi ilə başlayar. Jessie, fərqli cəmiyyətlərdən gəlmiş dörd uşağa dayəlik edəcəkdir və dayəlik mövzusunda problemləri vardır. Lukun Cessidən xoşu gəlir, Zurinin xəyali dostları vardır, Emma telefona çox bağlıdır, Ravinin nəhəng bir kərtənkələsi və çox fərqli dünyagörüşü vardır.
Babil (teleserial, 2020)
Babil — Türkiyə istehsalı teleserial. Halit Ergenç (İrfan Tuna Saygun): 7 yaşındakı oğlu Dəniz üçün əlindən gələni edən bir iqtisad professoru. İlayın köhnə sevgilisi. Ozan Güven (Egemen Kıvılcım): İrfanın uşaqlıq dostu və ən yaxın dostu. Dənizin əsl atası. Aslı Enver (Ayşe Karaali / Nihal): İrfan çətinlik çəkəndə rastlaşan gənc qız. Süleymanın qaranlıq işlərini ortaya çıxarmaq üçün onunla birlikdə gedən gizli polisdir. Daha sonra İrfan və Egemen'in köməkçisi oldu. Birce Akalay (İlay Yücedağ): Süleymanın sevgilisi və İrfanın köhnə sevgilisi. Nur Fettahoğlu (Eda Saygun): İrfanın həyat yoldaşı, Dənizin anası.
Bacanaqlar (teleserial, 2009)
Bacanaqlar (1–236-cı seriyalar), Köhnə Bacanaqlar (237–240-cı seriyalar), Eks-Bacanaqlar (241–324-cü seriyalar), Eks-Bacanaqlar. Şərikli Ev (325–326-cı seriyalar), Bacanaqlar. Şərikli Ev (327–364 seriyalar), Bacanaqlar. Yeznə-Qayın (365–404-cü seriyalar), Bacanaqlar. 10 İl (405-ci seriyadan) — 2009-cu ildən Azad Azərbaycan TV-də yayımlanan komediya janrlı Azərbaycan teleserialı. Film-serial iki bacanağın başına gələn məzəli, bəzən isə tragikomik əhvalatlardan bəhs edir. Ümumi film rollarını götürdükdəysə, Talehin 3 həyat yoldaşı, 1 oğlu və 1 qızı, Qismətin isə 1 həyat yoldaşı, 1 qızı və 1 oğlu var. Həmçinin əvvəl bacanaq idilərsə, sonradan Taleh Qismətin bacısı ilə ailə qurmuş olur. Bir-birilə bacanaq olan Qismət və Taleh "Şıdırğı" adlı redaksiyada jurnalist kimi çalışırlar və sosial cəhətdən zəifdirlər. Elə bu səbəbdən də, ilk 100 seriyada onlar 5 kirayə ev dəyişirlər (Kürdəxanıda cücə kolxozunda, Sovetskidə həyət evində, Sahil qəsəbəsi Zığ, və Kubinkada bina evlərində).
Briqada (teleserial, 2002)
Briqada — 2002-ci ilin çoxseriyalı Rusiya istehsalı filmi. Film 15 seriyadan ibarətdir. Burada hadisələr 1989–2000-ci illəri əhatə edir. Filmdə dörd dostun cinayətkar qruplaşma şəklində birləşməsindən bəhs olunur. Onların başçısı Aleksandr Belov (Saşa Belıy) olur. Teleserial "Avatar" film kompaniyası tərəfindən çəkilmişdir. Süjet xətti eyni həyətdə böyümüş, dörd sıradan moskvalı gəncin başına gələnlərdən ibarətdir. Dostlar pul qazanmaq haqda düşünürlər. Lakin baş vermiş qətl hadisəsi bütün planları alt-üst edir. Geriyə yol yoxdur!
Cadugər (teleserial, 2019)
Cadugər (ing. The Witcher) — Andjey Sapkovskinin "Cadugər" romanlar seriyası əsasında Netflix şirkətinin sifarişi ilə çəkilən və 2019-cu ildə yayıma çıxarılan ABŞ fentezi-dram teleserialıdır.Serialın 2-ci sezonunun 2021-ci ildə yayına çıxarılması gözlənilir. Cadugər Riviyalı Geralt bədheybətlər və qəddar insanlarla dolu dünyada öz yerini axtarır. 2017-ci ilin mayında Netflix, Polşa yazıçısı Andjey Sapkovskinin “Cadugər” romanlar seriyasının ingilis dilində serial adaptasiyasının istehsal ediləcəyini bildirir. İstehsalat işləri ilə Sean Daniel Company və Platige Image məşğul olur. 2017-ci ilin dekabrında Loren Şmidt Hissrixin serialın şouranneri olacağı bildirilir. 2018-ci ilin yanvarında pilot seriyasının ssenarisinin tamamlandığı elan edilir. 2018-ci ilin aprelində məlum olur ki, birinci mövsüm səkkiz seriyadan ibarət olacaq və çəkilişlər Mərkəzi Avropada aparılacaq. Birinci mövsümün çəkilişləri 31 oktyabr 2018-ci ildə Macarıstanda başlayır. 2019-cu ilin martında çəkilişlər Kanar adaları arxipelağına daxil olan Qran-Kanariya, Palma və Qomera adalarında çəkilişlər davam etdirilir.
Teleserial
Serial — bir neçə bir biri ilə bağlı və ya bağlı olmayan hissədən ibarət olan sənət əsəri.
Fringe (teleserial)
Fringe — Cefri Ceykob Abrams, Aleks Kurtzman və Roberto Orci tərəfindən ssenariləşdirilən Amerika elm-fantastik teleserialıdır. Serialda Dövlət Təhlükəsizlik Təşkilatı (Department of Homeland Security) nəzarəti altındakı FBI-ın bir qolu olan və Boston, Massaçusets mərkəzli Fringe Bölümü izah edilməkdədir. Fringe komandası qorxunc və bütün dünyaya təsir göstərə biləcək açıqlana bilinməyən hadisələri üzə çıxarmaq üçün görülməmiş elmi üsullardan və FBI istintaq üsullarından yararlanmaqdadır. Teleserialın yaranmasında, "Lost", "The x-files", "Altered States" və "The Twilight Zone" teleseriallarından ilham alınmışdır. Teleserialın premyerası Şimali Amerikada Fox Yayım Şirkəti tərəfindən 19 avqust 2008-ci ildə keçirilmişdir. Fringe serialı Foxun Remote-Free TV təşəbbüsünün bir hissəsi olmuşdur. Serial televiziyalardakı digər dramlara görə daha uzun çəkmişdir. Reklamlar üçün verilən ara serialın müddətini 6 dəqiqə daha uzatmışdır. Serial reklam arası verəndə ekranda reklamların nə qədər davam edəcəyini göstərən bir yazı çıxır. 1 oktyabr 2008-ci ildə serialın birinci mövsümü 22 bölümə yüksəldildi.
Fövqəltəbii (teleserial)
Fövqəltəbii (ing. Supernatural) — ABŞ istehsalı olan qorxu,döyüş, fantaziya və dram janrlı serialdır. Əvvəlcə Amerikanın The WB, daha sonra da The CW kanalında yayımlandı. Əsas rolları Censen Ekls (Din Vinçester) və Cared Padaleki (Sem Vinçester) ifa edirlər. Serial Warner Bros Television Network tərəfindən 13 sentyabr 2005-ci ildə Kanada/Vankuverdə çəkilməyə başlayıb. Serialın 2-ci fəsli 28 sentyabr 2006-cı ildə 3-sü isə 4 yanvar 2007-ci ildə yayımlanmağa başlayıb. Lakin "Amerika tətilinin yazıçılar gidiyası"nın uğuru buna mane olub. Bu bitdikdən sonra 4-cü mövsüm 18 sentyabr 2008-ci ildə başladı. Əsas qəhrəmanlar Cared Padaleki bu ara vaxtı "Qlamur qızlar" serialında Din Forester rolunu oynadı. Və bu serialın 63 seriyasında iştirak etdi.
Genişlənmə (teleserial)
Hərəm (teleserial)
Hərəm (türk. Harem) — Türkiyənin FOX Türkiye telekanalında yayımlanan teleserial. Xaricə satışa çıxarılan ilk türk komediya serialı olmuşdur.
Muxtarnamə (teleserial)
Zülm və haqsızlıq qarşısında səssiz qalmayan Muxtarın zalimlərə qarşı verdiyi mücadilənin hekayəsi görüntüyə alınmışdır. Rejissor və prodüserliyini Davud Mirbağırinin etdiyi "Muxtarnamə" teleserialı uzunmüddətli əməyin məhsuludur. İran Radio və Televiziya qurumunun "Sima Film"-ə çəktirdiyi bu serial, İmam Hüseynin qatillərindən qisas almağa çalışan Muxtar Səqəfinin həyat hekayəsini və Əməvilərə qarşı qiyamını özündə əks etdirir. 40 bölümdən ibarət olan bu serialın hər seriası 50-55 dəqiqədir. Teleserialın çəkilişləri 2 il davam etmiş və büdcəsi 20 milyon ABŞ dolları təşkil edir. Serialda 100 baş və 400 köməkçi aktyorlar iştirak etmişdir. Serial yayınlanmağa başlaması ilə xüsusən Ərəb ölkələrində çox bəyənilib və çox sayda izləyici toplamağı bacarmışdır. Serialın beynəlxalq aləmdəki adı "Mokhtar nameh"-dır. Serialın hazırlanması 2010-2011-ci illərdə başa çatmışdır. Rejissor və prodüseri Davud Mirbağıri, görüntü rejissoru Azim Cavanruh, aktyorlar Fəribürz Arabnia, Rza Ruyqari və Amin Zənəqanidir.
Mətbəx (teleserial)
"Mətbəx" (rus. Кухня) — Rusiya komediya teleserialı. «ВБД Групп» QSC sifarişi ilə «Кейстоун Продакшн» tərəfindən çəklir. Serial Moskvada yerləşən «Claude Monet» fransız mətbəxi restoranında baş verən hadisələrə həsr edilib.
Ox (teleserial)
Ox (ing. Arrow) — amerikan dram janrının elementləri ilə macəra-super qəhrəman teleserialı. Serialın əsasında DC Comics nəşriyyat evinin buraxdığı Yaşıl oxatan adlı qəhrəman komiksi dayanır. Serialın premyerası 10 oktyabr 2012-ci ildə baş tutmuşdu. 22 oktyabr telekanal "Ox"u 23 epizoddan ibarət tam mövsümə uzatdı. 11 fevral 2013-cü ildə isə The CW telekanalı serialın ikinci mövsümünü buraxdı. Gəmi qəzasından sonra itkin düşən playboy-miliarder Oliver Kuini ölmüş hesab edirlər. Lakin 5 ildən sonra Sakit okean adaların birində onu sağ olaraq aşkar edirlər. Onun doğma şəhəri Starlinq-Sitiyə qayıdanda, onun anası Moyra, sevimli bacısı Tea və ən yaxın dostu Tommi qarşılayırlar. Lakin onlar hiss edirlər ki, Oliver adada tək qalarkən nəsə baş verib və bu hadisə onun xasiyyətində əks edilib.
W (teleserial)
W (Hangul: 더블유; RR: Deobeuryu), "W – İki Dünya Arasında" adıyla da bilinən 2016-cı il Cənubi Koreya televiziya serialıdır. Baş rollarda Lee Jong Suk və Han Hyo Joo oynadılar. Illustrator Oh Sung Mo 7 ildir məşhur və ticari cəhətdən uğurlu olan "W" veb-komiksini buraxır.Son fəslin yazılışı zamanı müəmmalı şəkildə yox olur. Otuz yaşında həkim işləyən qızı Oh Yeon Joo atasının ofisinə girərək monitorda "W" komiksinin əsas qəhramanı Kang Cholu qanlı vəziyyətdə olduğu səhnəni görür. Monitordan çıxan əl onu içəri çəkir. Bir binanın damında yaralı kişinin yanında idi. Peşakar bacarığına görə kişini xilas edə bilir. Birdən bu kişinin "W" komiksinin əsas qəhrəmanı, həmin Kang Cholun olduğunu anlayır. Hər dəfə gerçək dünya və komiks aləmi arasında yerini dəyişən Oh Yeon Joo getdikçə Kang Chol ilə olan münasibətində çox qarışır. Komiksdə baş verən hadisələr gerçək dünyaya təsir etməyə başlayır və yaxud, əksinə, gerçək dünyanın hadisələri komiks aləminə təsir edir.
İnternlər (teleserial)
İnternlər (rus. Интерны) — təcrübə işləri üzrə Rusiya komediya televiziya seriyalı. Serial ideyası, "Univer" yaradıcılarından biri Vyaçeslav Düsməhəmmədovu məxsusdur. TNT Telekanalında serial premyerası 29 mart 2010-cu ildə keçirilmişdir. Seriyası daim gülünc və absurd hallarda əldə deneyimsiz təcrübəçiləri işləri yönəlmişdir. Onların başçısı — terapiya şöbəsində Andrey Bıkov başçısı — daim onlara fəndlər oynayan. Bıkov yardım və yoldaşı təcrübəçiləri sərgüzəştləri izləmək — Baş Dəri və Venerologiya şöbəsinin Ivan Natan oğlu Kupitman və terapevtik şöbəsinin Lübov Skryabina baş tibb bacısı (sonra — Korolyova Marqarita Pavel qızı). Xəstəxana Başhəkimi Anastasiya Kiseqaç asayişi bərpa. Üç xarakterlərin 179 seriyası: Semön Lobanov, Qleb Romanenko və Fil Riçards — həkimlərə oldu. Andrey Yevgenyeviç BIKOV — tibbi koğuşu və rəhbəri dörd təcrübəçiləri rəhbəri.
Şubat (teleserial)
Şubat — 2012-2013-cü illərdə EfLAtunfilmin hazırladığı və TRT 1-də yayımlanan 32 seriyalı Türkiyə serialı. Serialın baş rollarda Əlican Yücəsoy, Melisa Sözən və Musa Uzunlar sənətkarlar var. Şubat uşaqlığında anası tərəfindən Çanqaya klinikasına aparılır. Burada onu çətin günlər gözləyir. Onun üzərində əməliyyatlar aparılır, iynələr vurulur. Bir gün klinikada yanğın olanda bir çox uşaq ölür. Xilas olunanlar arasında olan Şubat, klinikanın yaxınlığındakı quyuya düşür. Yaxınlıqdan keçən ortayaşlı kişi (Əziz) quyunu açarkən onu görür. O gündən Əziz, Şubata atalıq edir. İllər sonra Şubat ticarət mərkəzində televizora baxarkən Yağmur Çanqayanı görür və ona aşiq olur.
Qənimət (teleserial)
Qənimət 24 iyun 2022-ci ildə Hubbard və Alan Yanq tərəfindən yaradılmış Amerika komediya televiziya serialıdır. Serialda baş rollarda Maya Rudolf, Mikela Rodriqez, Ron Funkes və Nat Fakson yer alır. Əsas Molli Novak rolunda — Maya Rudolf Sofia Salinas rolunda — Mikela Rodriqez Nikolas rolunda — Kim Buster Hovard rolunda — Ron Funkes Artur rolunda — Nat Fakson Qonaq David kanq Heyli rolunda — Dilan Gelula Kasinda rolunda — Kaitlin Relli Paul rolunda — Brendan Sanel Martin rolunda — Georgi Viner Renee rolunda — Kim Vitley Digər Novak rolunda — Skot Con Ronda rolunda — Migen Fay Ainsley rolunda — Stefan Stil Pyer rolunda — Oliver Martinez 2021-ci ilin martında elan olundu ki, Alma TV+, Matt Hubbard və Alan Yanq tərəfindən yaradılmış Maya Rudolfun baş rolda oynayacağı adı açıqlanmayan komediya serialını sifariş edib. Mikela Rodriqez və Kim Busterdə serialın baş rolunda oynayacaqdı. Oliver Martinez noyabr ayında təkrarlanan rol üçün seçildi. Nat Fakson və Ron Funkes seriala ilk baxışdan sonra əsas aktyor heyətinin bir hissəsi kimi ortaya çıxacaqdılar. Baxış toplayıcı veb saytı Rotten Tomato, 42 tənqidçi rəyinə əsasən, 6,9/10 orta reytinqlə 81% bəyənmə reytinqi bildirdi.
Titanic (teleserial)
Titanik — Vayt Star Layn (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Titanik (film, 1915) — film. Titanik (film, 1943) — film. Titanik (film, 1954) — film. Titanik (miniserial, 1996) — miniserial. Titanik (film, 1997) — rejissor Ceyms Kemeronun filmi.
Titanik (teleserial)
Titanik — Vayt Star Layn (ing. White Star Line) şirkətinə məxsus buxar gəmisi. Titanik (film, 1915) — film. Titanik (film, 1943) — film. Titanik (film, 1954) — film. Titanik (miniserial, 1996) — miniserial. Titanik (film, 1997) — rejissor Ceyms Kemeronun filmi.
Bacanaqlar (teleserial)
Bacanaqlar (1–236-cı seriyalar), Köhnə Bacanaqlar (237–240-cı seriyalar), Eks-Bacanaqlar (241–324-cü seriyalar), Eks-Bacanaqlar. Şərikli Ev (325–326-cı seriyalar), Bacanaqlar. Şərikli Ev (327–364 seriyalar), Bacanaqlar. Yeznə-Qayın (365–404-cü seriyalar), Bacanaqlar. 10 İl (405-ci seriyadan) — 2009-cu ildən Azad Azərbaycan TV-də yayımlanan komediya janrlı Azərbaycan teleserialı. Film-serial iki bacanağın başına gələn məzəli, bəzən isə tragikomik əhvalatlardan bəhs edir. Ümumi film rollarını götürdükdəysə, Talehin 3 həyat yoldaşı, 1 oğlu və 1 qızı, Qismətin isə 1 həyat yoldaşı, 1 qızı və 1 oğlu var. Həmçinin əvvəl bacanaq idilərsə, sonradan Taleh Qismətin bacısı ilə ailə qurmuş olur. Bir-birilə bacanaq olan Qismət və Taleh "Şıdırğı" adlı redaksiyada jurnalist kimi çalışırlar və sosial cəhətdən zəifdirlər. Elə bu səbəbdən də, ilk 100 seriyada onlar 5 kirayə ev dəyişirlər (Kürdəxanıda cücə kolxozunda, Sovetskidə həyət evində, Sahil qəsəbəsi Zığ, və Kubinkada bina evlərində).
Loki (teleserial)
"Loki" (ing. Loki) – Maykl Uoldronun Disney+ striminq xidməti üçün yaratdığı və Marvel Comics-in eyniadlı personajına əsaslanan Amerika serialıdır.. O , "Marvel Kinematoqrafiya Kainatı" (MKK) media franşizasında qurulub və birbaşa franşizadakı filmlərlə əlaqəlidir. Serialın hadisələri Loki-nin alternativ versiyasının yeni bir zaman xətti yaratdığı "Qisasçılar: Final" (2019) filmində başlayır. Loki Marvel Studios tərəfindən istehsal edilmişdir. Serialın baş ssenaristi Maykl Uoldron, birinci mövsümün rejissoru isə Keyt Herron olub. Tom Hiddlston film seriyasındakı Loki rolunu yenidən canlandırır. Həmçinin əsas rollardan birini Ouen Vilson ifa edir. 2018-ci ilin sentyabr ayına qədər Marvel Studios Disney+ üçün Loki seriyası da daxil olmaqla MKK filmlərinin ikincidərəcəli personajlarına diqqət yetirən bir neçə mini-serial hazırlayırdı. Bu mini-serial 2019-cu ilin noyabrında, həmçinin Hiddlstonun iştirakı ilə təsdiqləndi.
Lusifer (teleserial)
Lusifer — Tom Kapinos tərəfindən hazırlanmış və 25 yanvar 2016-cı ildə yayıma başlayan və 10 sentyabr 2021-ci ildə başa çatan Amerika şəhər fantastik televiziya serialıdır. O, eyni DC Comics personajının alternativ versiyası olan Lucifer Morningstar (Tom Ellis) həyatından bəhs edir. Nil Geyman, Sam Kieth və Mike Dringenberg tərəfindən yaradılmış ad. Serialda Lusifer şeytandır, lakin Los-Ancelesdə bir gecə klubunu idarə etmək üçün Cəhənnəmi tərk edir, sonradan Los Anceles Polis Departamentində məsləhətçi olduqdan sonra həyatında böyük dəyişikliklər yaşayır. Köməkçi heyətə Loren German, Kevin Alejandro, Devid Vudsayd, Lesley-Ann Brandt, Rachael Harris və Aimee Garcia daxildir.
Manifest (teleserial)
Manifest — 24 sentyabr 2018-ci ildə NBC-də premyerası olan Ceff Rake tərəfindən yaradılmış Amerika fövqəltəbii dram televiziya serialıdır. Hadisələr qəfildən yoxa çıxan kommersiya təyyarəsinin beş il yarımdan sonra peyda olmasından sonra sərnişin və ekipaj üzvlərindən bəhs edir. Baş rollarda Melissa Roksburq, Coş Dallas, Afina Karkanis, J. R. Ramirez, Luna Blez, Cek Messina, Pərvin Kaur, Mett Lonq, Holli Taylor, Daryl Edvards və Tay Doran çəkilib. 2018-ci ilin oktyabrında NBC birinci mövsüm üçün əlavə epizodlar sifariş etdi və daha sonra serialı 2020-ci ildə yayımlanan ikinci, 2021-ci ildə isə üçüncü mövsüm üçün yenilədi. 2021-ci ilin iyununda NBC serialı üç mövsümdən sonra ləğv etdi. Ləğv edilməzdən qısa müddət əvvəl Netflix-ə əlavə edildi və dərhal izləmə cədvəllərində birinci yerə çıxdı. Buna görədə Netflix Manifest-i iyirmi epizoddan ibarət dördüncü və son mövsüm üçün yenilədi. Dördüncü mövsüm iki hissədən ibarət olmaqla, birinci hissəsi 4 noyabr 2022-ci ildə, ikinci hissə isə 2 iyun 2023-cü ildə nümayiş olundu. Yamaykadan Nyu York şəhərinə səyahət edərkən Montego Air 828 Təyyarəsi qısa müddət ərzində şiddətli turbulentlik yaşayır. Nyu-Yorkun Nyuburq şəhərindəki Stüart Beynəlxalq Hava Limanına enən zaman təyyarənin 191 sərnişini və ekipajı NSA-nın direktor müavini Robert "Bobbi" Vensdən öyrənirlər ki, beş il yarımdan çox vaxt keçib və bu müddət ərzində onlar ölü güman ediliblər.
Şerlok (teleserial)
Şerlok — ser Artur Konan Doylun Şerlok Holmsun detektiv hekayələri əsasında Britaniyanın sirli kriminal dram televiziya serialıdır. Stiven Moffat və Mark Qatis tərəfindən yaradılmış filmdə Benedikt Kamberbrtç Şerlok Holms, Martin Friman isə Doktor Con Uotson rolunu oynayır. 2010-cu ildən 2017-ci ilə qədər yayımlanan dörd üç hissəli seriya və 1 yanvar 2016-cı ildə yayımlanan xüsusi epizod ilə on üç epizod istehsal edilmişdir. Serial efirə getdiyi günümüzdə, birdəfəlik xüsusi Viktoriya dövrü fantaziyasını əks etdirir. Orijinal Holmes hekayələrinə bənzəyir. Şerlok, Moffat, Gatiss, Sue Vertue və Rebecca Eaton ilə birlikdə Britaniyanın BBC və Hartswood Films şəbəkəsi tərəfindən istehsal olunur. Serial Amerikanın WGBH-TV Boston kanalı tərəfindən PBS-də yayımlanan Masterpiece antologiya seriyası üçün dəstəklənir və burada ABŞ-də da yayımlanır. Serial əsasən Uelsin Kardiff şəhərində çəkilir, Londonda North Gower Street Holmes və Watson-un 221B Baker Street iqamətgahının xarici çəkilişləri üçün istifadə olunur. Şerlok əvvəlcə yazıçı, aktyorluq və rejissorluq keyfiyyətinə görə təriflənmişdi, baxmayaraq ki, sonrakı seriyalara reaksiya daha mənfi idi. O, Emmi, BAFTA və Qızıl Qlobus da daxil olmaqla çoxsaylı mükafatlara namizəd olub, final seriyasından əvvəl müxtəlif kateqoriyalar üzrə bir neçə mükafat qazanıb.
100 (teleserial)
100 (ing. The 100; Yüz kimi tələffüz olunur) — 2014-cü ildə premyerası baş tutmuş Amerikan apokaliptik elmi fantastika teleserialıdır. Serial 19 mart 2014-cü ildə The CW kanalında yayımlanmağa başladı. Ceyson Rotemberq tərəfindən inkişaf etdirilmiş serialın Kass Morqanın eyni adlı romanlar seriası əsasındadır. Serialda hadisələr Yerdə baş vermiş apokalipsdən xilas ola bilmiş bir qrup gənclərin ətrafında cərəyan edir: Klerk Qriffin (Eliza Teylor), Bellami Bleyk (Bob Morli), Oktavia Bleyk (Meri Avqeropoulos), Casper Cordan (Deyvon Bostik), Monti Qrin (Kristofer Larkin), Reyven Rayes (Lindsi Morqan), Finn Kollins (Tomas Makdonell), Con Mörfi (Riçard Harmon) və Uells Cana (Eli Qori). Onlar nüvə radiasiyasına görə kosmosa sığınan "Ark"-dan Yerə burada həyatın olub-olmamasını araşdırmaq üçün göndəriliblər. Hadisələr həmçinin Klerkin anası həkim Ebi Qriffin (Peyc Turko), Arkın məclis nümayəndəsi Markus Keyn (Henri Yan Kusik) və Arkın rəhbəri eyni zamanda Uelsin atası Telenious Caha ()Aisiah Vaşınqton) ətrafında da cərəyan edir. 2016-cı ilin mart ayında serial 13 seriadan ibarət dördüncü mövsüm üçün yeniləndi. 2017-ci ildə martda isə The CW serialı beşinci mövsüm üçün yenilədi. Hadisələr Yer kürəsində baş vermiş nüvə müharibəsinə görə insanların kosmosda yaşamalarından 97 il sonrasında baş verir.
Azərbaycan tarixi haqqında filmlərin və teleserialların siyahısı
Azərbaycan tarixi filmlərinin və teleseriallarının siyahısı — Azərbaycan tarixi haqqında çəkilmiş Azərbaycan və xarici istehsalı filmlər və teleseriallar. XX əsrin ilk yarısında "Neft və milyonlar səltənətində", "Qız qalası əfsanəsi", "Bakılılar", "Fətəli xan" kimi filmlər çəkilmişdir. 60-cı illərin tarixi filmləri "Koroğlu", "Yenilməz batalyon", "Bizim Cəbiş müəllim", "Dəli Kür", "Şərikli çörək", 70-ci illərinki "Yeddi oğul istərəm", "Ulduzlar sönmür", "Axırıncı aşırım", "Nəsimi", "Qatır Məmməd", "Dədə Qorqud", "Babək", 80-ci illərinki "Qorxma, mən səninləyəm", "Nizami", "Qanlı zəmi", "Qəm pəncərəsi"dir. 90-cı illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi mövzusunda "Ağ atlı oğlan", "Ümid", "Fəryad", "Arxada qalmış gələcək", "Yalan" kimi filmlər çəkilmişdir. 2000-2010-cu illərdə "Cavid ömrü", "Hökmdarın taleyi", "Cavad xan", "Dərvişin qeydləri", "Sübhün səfiri" filmləri çəkilmişdir. Azərbaycan tarixi haqqında gürcü istehsalı "Aşıq Qərib" (1988), Türkiyə-Azərbaycan istehsalı "Mahmud və Məryəm" (2013), Böyük Britaniya istehsalı "Əli və Nino" (2015) çəkilmişdir. Toral və Zəri (film, 1979) Karvan Gəmiqaya 1000 il Azərbaycan: Tarixdən səhifələr (film, 2008) 1000 il Azərbaycan: Tarixdən səhifələr (film, 2008) "AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib.
Böyük Görüş (teleserial, 2004-2008)
Böyük görüş (türk. Büyük Buluşma) — Samanyolu TV-də yayımlanan dini teleserial. Teleserialın 1-ci mövsümündə baş qəhrəman Amil obrazını Ümid Açar, 2-ci mövsümdə isə Yusif Sezgin canlandırmışdır. Ümumilikdə 155 seriyadan ibarət olan teleserial 4 mövsüm davam etmiş və 27 iyun 2008-ci ildə başa çatmışdır. Teleserial həyatda insanlara ölümdən sonra, həyatın mənasını və dəyərini ifadə edir. Bir mənada insanın vicdanı ilə hesablaşması Dilin demədiyini vicdanın danışması. Bu film dramı parlaq hala gətirir. Həyatın əsl mənasının başa düşülməsinə kömək edir. Həyatdan köçən insanlar öldükdən dərhal sonra "Fərah qapısı" adlı məkana gəlirlər. Burada onların vicdanlarının əksi olan Amil onlara keçmişlərini xatırladır və dünya həyatında etdikləri səhvləri və yaxşılıqları xatırladır.
Böyük görüş (teleserial, 2004)
Böyük görüş (türk. Büyük Buluşma) — Samanyolu TV-də yayımlanan dini teleserial. Teleserialın 1-ci mövsümündə baş qəhrəman Amil obrazını Ümid Açar, 2-ci mövsümdə isə Yusif Sezgin canlandırmışdır. Ümumilikdə 155 seriyadan ibarət olan teleserial 4 mövsüm davam etmiş və 27 iyun 2008-ci ildə başa çatmışdır. Teleserial həyatda insanlara ölümdən sonra, həyatın mənasını və dəyərini ifadə edir. Bir mənada insanın vicdanı ilə hesablaşması Dilin demədiyini vicdanın danışması. Bu film dramı parlaq hala gətirir. Həyatın əsl mənasının başa düşülməsinə kömək edir. Həyatdan köçən insanlar öldükdən dərhal sonra "Fərah qapısı" adlı məkana gəlirlər. Burada onların vicdanlarının əksi olan Amil onlara keçmişlərini xatırladır və dünya həyatında etdikləri səhvləri və yaxşılıqları xatırladır.
Böyük partlayış nəzəriyyəsi (teleserial, 2007)
Böyük partlayış nəzəriyyəsi (ing. The Big Bang Theory) - Amerika sitkom serialı.
Cessi (teleserial, 2011)
Cessi (ing. Jessie) — baş rolda Debbi Rayanın çəkildiyi Disney Channel orjinal serialıdır. Serialın mövzusu Texasdan Nyu-Yorka iş tapmaq məqsədilə köçən Jessienin təsadüfi şəkildə dayə kimi işləməsi ilə başlayar. Jessie, fərqli cəmiyyətlərdən gəlmiş dörd uşağa dayəlik edəcəkdir və dayəlik mövzusunda problemləri vardır. Lukun Cessidən xoşu gəlir, Zurinin xəyali dostları vardır, Emma telefona çox bağlıdır, Ravinin nəhəng bir kərtənkələsi və çox fərqli dünyagörüşü vardır.
Cessika Cons (teleserial, 2015)
"Cessika Cons" (ing. "Jessica Jones" və ya ing. "Marvel's Jessica Jones") — 2015-ci ildə Netflix tərəfindən yaradılmış ABŞ veb teleserialı. Serial Marvel Comics tərəfindən yaradılmış Cessika Cons super qəhrəmanından bəhs edir. "Cessika Cons" Marvel Studios-un Marvel film kainatı proqramına daxildir, bu kainata daxil olan digər filmlərlə əlaqəlidir. Serial həmçinin Müdafiəçilər miniseriyasının ikinci teleserialıdır (digəri "Daredevil"dir). Serial Marvel Television, ABC Studios və Tall Girls Productions tərəfindən istehsal olunur. Serialın şouranneri Melissa Rozenberqdir. Cessika Cons rolunda aktrisa Kristen Ritter çıxış edir. Cessika Cons super qəhrəmandır, lakin bu işi buraxıb detektivlik ilə məşğul olmağa başlayır.
Ceyn Eyr (teleserial, 1983)
Ceyn Eyr (ing. Jane Eyre) - 1983-cü ildə Böyük Britaniyanın BBC kanalında yayımlanan televiziya serialıdır. Televiziya serialı Şarlotta Brontenin eyniadlı əsəri əsasında çəkilmişdir. Bu mini-serial "BBC" kanalının "Ceyn Eyr" əsəri əsasında hazırladığı ikinci televiziya serialıdır. Bundan əvvəl "BBC" kanalı 1973-cü ildə Ceyn Eyr mini-serialını istehsal etmişdir. Hər iki televiziya serialının süjeti, demək olar ki, kitabın məzmunu ilə eynidir. İlk hazırlanan müddətdə mini-serial 11 seriyadan ibarət olmuşdur. Lakin ilk dəfə olaraq 18 aprel 2005-ci il tarixində DVD-də çıxan mini-serial, hər seriyanın davam etmə müddəti 60 dəqiqə olmaqla 4 seriyadan ibarətdir. Bütün seriyaların davam etmə müddəti ümumi olaraq 239 dəqiqədən ibarətdir. "Ceyn Eyr" televiziya serialında, kiçikliyi və kədərli xatirələrlə dolu olan gənc bir qadının, zəngin bir İngilis ziyalısı olan Cənab Roçesterin yanına mürəbbiyə olaraq yerləşməsi, iki insanın aralarında keçən dramatik və romantik hadisələrindən söhbət açılır.
Ceyn Eyr (teleserial, 1997)
Ceyn Eyr (ing. Jane Eyre) — 1997-ci ildə istehsal olunmuş Böyük Britaniya filmidir. Film Şarlotte Brontenin "Ceyn Eyr" əsərinin əsasında çəkilmişdir. Ceyn Eyr — Internet Movie Database saytında.
Cəsur ürək (teleserial, 2016)
Prodüserliyini Fark Film boynuna götürdüyü serialın baş rollarını; Onur Tuna, usta oyunçu Hüseyn Avni Danyal və gözəlliyi qədər aktyorluğuyla da səs gətirən Rüveyda Öksüz iştirak edir. Cəsur Yürek'te ürəyindən və biləyindən başqa güvənəcək heç bir şeyi olmayan Ömər Qorxmaz xarakterinə can verəcək olan Onur Tuna, ailəsi, məhəlləsi və yoldaşları üçün böyük bir mübarizə içinə girəcək. Rüveyda Öksüzün canlandırdığı Berrin xarakterinin həyatdakı ən böyük dilema isə, idealist bir hüquqşünas olmasına baxmayaraq, aşiq olduğu adamın ədaləti öz əlləriylə paylamağa qərar vermiş bir kabadayı olmasıdır ... Bölgələr problemləri və beynəlxalq siyasət və strategiyaları də mövzu əldə edən "Cəsur Ürək" in rejissorluğunu Qüdrət Sabancı edərkən, ssenarisini Cüneyt Aysan və Ozan Aksungur qələmə alır.
Dahi (teleserial, 2017)
Dahi (ing. Genius) — National Geographic telekanalında yayımlanan ABŞ istehsalı antologiya və tarixi dram teleserialı. Serialın hər mövsümündə müxtəlif məşhur dahilərin həyatları mövzunu təşkil edir. Serialın 4-cü mövsümü Disney+ platformasında yayımlanmışdır. İlk mövsüm Eynşteynin həyatının ilk dövrü haqdadır. Mövsüm Eynşteynin ilk təhsili, doktrantura təhsili və nisbilik nəzəriyyəsi dövrüdür. İkinci mövsümdə Pablo Pikassonun həyatındakı iki dövr yer alır: birincisi gənclik illərində bacarığını kəşf edilməsi, ikincisi faşizmin yüksəlişi və Pikassonun məşhur sənətçi olduğu dövr. Üçüncü mövsümdə Areta Franklinin həyatındakı iki dövr yer alır: on iki yaşında həmilə qalan gənc müğənni və "Ruhun kraliçası" ləqəbini qazanan ulduz olduğu dövr. Ceffri Raş — Albert Eynşteyn Conni Flinn — Gənc Albert Eynşteyn Samanta Kolli — Mileva Mariç Nikki Hen — Gənc Mileva Mariç Riçard Tapol — Friz Haber Mişel Makelhetton — Filipp Lenard Emili Vatson — Elza Eynşteyn Qvindolin Ellis — Gənc Elza Eynşteyn Ralf Braun — Maks Plank Antonio Banderas — Pablo Pikasso Aleks Riç — Gənc Pablo Pikasso Alessio Skalzatto — 14 yaşlı Pablo Pikasso Timoti Lions — 9 yaşlı Pablo Pikasso Françoiz Qilot — Klemesi Poezi Samanta Kolli — Dora Maar Kintia Erivo — Areta Franklin Şeyan Cordan — Gənc Areta Franklin Kourtni Vens — Klerensi Franklin David Kross — Cerri Veksler Malkolm Berett — Ted Uayt Patrik Kovinqton — Erma Franklin Kimberli Hebert Qriqori — Rat Boven Rebekka Naomi Cons — Karolin Franklin Dahi — "Disney+" platformasında.
Doktor Haus (teleserial, 2004)
Haus (ing. House M. D.) — tibbi dram janrında 16 noyabr 2004 – 21 may 2012-ci il tarixləri arasında 8 sezon yayımlanan ABŞ serialı. Serialın baş qəhrəmanı ağrıkəsici dərman aludəçisi olmasına baxmayaraq Nyu-Cersidəki Prinston-Pleynsboro Tədris Xəstəxanasında diaqnostiklər qrupuna rəhbərlik edən qeyri-ənənəvi, insanları sevməyən tibb dahisi doktor Qreqori Hausdur (Hyu Lori). Serialın əsas ideya müəllifi Pol Attanasiodur. Serialın yaradıcısı kimi tanınan Devid Şor isə əsasən baş qəhrəmanın konsepsiyasına cavabdeh olub. Serialın icraçı prodüserləri Devid Şor, Pol Attanasio və onun həmkarı Keyti Yakobs, həmçinin Brayan Sinqer olub. Serial əsasən Los-Ancelesdə, "Century City"-də lentə alınıb və ABŞ-dakı ən yüksək reytinqli seriallardan biri olmuşdur. Serial boyunca Haus tez-tez öz diaqnostika komandası da daxil olmaqla həkim həmkarları ilə mübahisələrdə olur, çünki onun pasiyentlərinin xəstəlikləri haqqında hipotezləri əsasən incə və ya mübahisəli detallara əsaslanır. Xəstəxana qaydalarına əməl etməməsi onu tez-tez onun müdiri, xəstəxana administratoru və tibbi dekan Liza Kaddi (Liza Edelşteyn) ilə münaqişələrə sürükləyir. Hausun yeganə dostu isə xəstəxananın onkologiya departamentinin rəhbəri Ceyms Vilsondur (Robert Şon Lenard).
Doktor Haus (teleserial, 2004-2012)
Haus (ing. House M. D.) — tibbi dram janrında 16 noyabr 2004 – 21 may 2012-ci il tarixləri arasında 8 sezon yayımlanan ABŞ serialı. Serialın baş qəhrəmanı ağrıkəsici dərman aludəçisi olmasına baxmayaraq Nyu-Cersidəki Prinston-Pleynsboro Tədris Xəstəxanasında diaqnostiklər qrupuna rəhbərlik edən qeyri-ənənəvi, insanları sevməyən tibb dahisi doktor Qreqori Hausdur (Hyu Lori). Serialın əsas ideya müəllifi Pol Attanasiodur. Serialın yaradıcısı kimi tanınan Devid Şor isə əsasən baş qəhrəmanın konsepsiyasına cavabdeh olub. Serialın icraçı prodüserləri Devid Şor, Pol Attanasio və onun həmkarı Keyti Yakobs, həmçinin Brayan Sinqer olub. Serial əsasən Los-Ancelesdə, "Century City"-də lentə alınıb və ABŞ-dakı ən yüksək reytinqli seriallardan biri olmuşdur. Serial boyunca Haus tez-tez öz diaqnostika komandası da daxil olmaqla həkim həmkarları ilə mübahisələrdə olur, çünki onun pasiyentlərinin xəstəlikləri haqqında hipotezləri əsasən incə və ya mübahisəli detallara əsaslanır. Xəstəxana qaydalarına əməl etməməsi onu tez-tez onun müdiri, xəstəxana administratoru və tibbi dekan Liza Kaddi (Liza Edelşteyn) ilə münaqişələrə sürükləyir. Hausun yeganə dostu isə xəstəxananın onkologiya departamentinin rəhbəri Ceyms Vilsondur (Robert Şon Lenard).
Doktor Kim (teleserial, 1963)
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Dostlar (teleserial, 1994)
Dostlar (ing. Friends) - NBCdə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 22 sentyabr 1994-ci ildə yayımlanmışdır. 10 mövsüm davam etmişdir. Manhettendə yaşayan bir qrup dostun həyatı ətrafı haqqında danışılan serial Warner Bros. Televiziya şirkəti ilə əlaqəli Bright/Kauffman/Crane Productions-ın istehsalıdır. Onun icraçı prodüserləri Kevin S. Bright, Marta Kauffman və David Crane-dir. Kauffman və Crane 1993-cü ilin noyabr-dekabr aylarında Insomnia Cafe adı altında Dostlar üçün ilk dizaynları hazırladılar. Onlar ideyanı Brighta göstərdilər və üçü birlikdə yeddi səhifəlik layihəni NBC-yə təqdim etdilər. Bir çox ssenari dəyişikliyindən və adının bizim kimi Dostlar olaraq dəyişdirilməsi kimi yenidən yazılmasından sonra serial nəhayət Dostlar adlandırıldı.
Döyüşçü (teleserial, 2017)
Döyüşçü (türk. Savaşçı) — Süleyman Çobanoğlunun yazdığı ssenari əsasında Volkan Qocatürkün rejissoruluğu ilə çəkilən Türkiyə döyüş və hərbi teleserialı. Teleserialda Bərk Oqtay, Murad Sərəzli, Sarp Ləvəndoğlu və Ulduz Çağrı Atiksoy rol alıblar. Teleserialın süjeti 15 iyul 2016-cı il tarixində, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı başlayır. Kapitan Kağan Bozok (Bərk Oqtay) və polkovnik Xəlil İbrahim Kopuz (Murad Sərəzli) daha əvvəlki məhkəmə işləri nəticəsində həbsə düşmüş iki Türkiyə Silahlı Qüvvələri zabitidir. 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişinə cəhddən sonra dövlətin ali qurumları Kopuzun vəzifəsinə geri qayıtmağını tələb edir. Kopuz, əvvəllər rəhbərlik etdiyi "Qılınc Əməliyyat Qrupu" (türk. Kılıç Timi) heyətinin yenidən qurulması şərti ilə vəzifəsinə geri qayıdacığını deyir. İlk vaxtlarda etiraz edilsə də, polkovnik Kopuzun vəzifəsinə geri qayıtması üçün daha sonra əməliyyat qrupu yenidən yığılır. Qılınc Əməliyyat Qurpunun bəzi üzvləri ordudan atılmış, bəziləri isə həbsə düşmüşdülər.
Dəcəl öpüş (teleserial, 2010)
Dəcəl öpüş (ing. Playful Kiss) — 2010-cu ilin Cənubi Koreya romantik-komediya teleserialıdır, baş rollarda JUNG SO MİN və KİM HYUN JOONG -dur. Bu serial MBC-də 2010-cu il sentyabrın 1-dən oktyabrın 21-ə qədər çərşənbə və cümə axşamı günləri saat 21:55-də yayımlanıb. Serialın mövzusu orta məktəb illərində Baek Seung Jo'ya aşiq olan Oh Ha Ni'nin heç imtina etmədən Baek Seung Jo'yu əldə etməsidir. Təbii ki, olaylar yazıldığı qədər asan keçmir. Ha Ni necə Baek Seung Jo'ya aşiqdirsə, Boong Joon Go ( LEE TAE SUNG)-da Ha Ni-yə o cür aşiqdir.Ha Ni üçün așçı belə olmuştur. Amma Ha Ni onu 4 il sonra rəddetmişdir. Serial Ha Ni'nin atası ilə yaşadığı evin 2.2 bal gücü zəlzələ nəticəsində dağılması ilə başlamışdır .Atasının çox yaxın keçmiş dostu onları xəbərlərdə görəndə öz evlərinə dəvət edir. Ha Ni və atası yaxşı vəziyyətdə olmadıqları üçün bu təklifi qəbul edirlər .Ha Ni çamadanını alıb arxasını dönəndə Baek Seung Jo'nu qarşısında görür və çaşbaş qalır. Məgər Baek Seung Jo atasının dostunun oğlu imiş.
Dədə Qorqud oğuznamələri (teleserial)
Dədə Qorqud oğuznamələri — Dədə Qorqud dastanının 12 boyunu əhatə etməsi planlaşdırılan serial. Yalnız iki seriyası çəkilmişdir.
Dəfnə ağacı (teleserial, 2016)
Dəfnə ağacı — Azərbaycan teleserialı. İlqar Fəhminin povestinin motivləri əsasında çəkilmişdir. Serialda üç dost Tural (Ülvi Həsənli), Kamran (Tural Əhməd) və Səlim evdə toplaşaraq yeyib-içirlər. Sonradan Kamran (Tural Əhməd) və Səlim arasında mübahisə düşür. Və mübahisə nəticəsində Kamran (Tural Əhməd) Səlimi bıçaqlayaraq öldürür. Bu zaman Tural (Ülvi Həsənli) sərxoş olduğundan heç nədən xəbəri olmur və bundan istifadə edən Kamran (Tural Əhməd) Turala (Ülvi Həsənli) yalandan cinayəti onun etdiyini deyir və bütün hadisələr də bundan sonra başlayır.
Dəli ürək (teleserial, 1998)
Dəli ürək — Sinegraf istehsalı, rejissorluğunu Osman Sınavın etdiyi Türkiyə serialı. Əsgərlikdən məzuniyyətə gəldiyi vaxtlarda, qardaşı Əli, bacısı Nazlı və dostu Gülçin ilə parkda gəzmək üçün dayandıqları vaxtda, terrorçular tərəfindən pusquya düşürülən hərbi maşına atəş açıldığı sırada Yusif Miroğlu, terrorçular ilə döyüşmüş və münaqişədən sonra medya onu qəhrəman elan etmişdir. Əsgərlikdən gələndən sonra, uşaqlığından bəri marağı olduğu Qara Həmid qarşısına çıxır, ancaq Qara Həmid Yusifi tanımır. Həmin gün Qara Həmid silahlı hücumdan Yusif Miroğlu tərəfindən qurtarıldığı üçün, bütün gözlər Yusif Miroğlunun üzərində olur. Əsgərlik yoldaşı olan Yılmaz ilə bu vaxtda qarşılaşmışdır. Yılmaz Kəsik Rəcəbin adamı olduğu üçün Yusifi Rəcəbin yanına aparır, ancaq Rəcəbin Qara Həmidə hazırlamış olduğu sui-qəstin Yusif Miroğlu tərəfindən qarşısı alındığını biləndə ona qarşı tərs davranır. Beləliklə Yusif Miroğlu, Qara Həmidin yanında olub və burada mafioz aləmində məşhurlaşır. Yusif Miroğlu Fərayəni ilk dəfə olaraq maşın ustasında görüb və burada Ayşənin müəlliməsi olduğunu öyrənməsi sonrasında, arda-arda gələn təsadüflər ilə Fərayəyə aşiq olur. Fərayə məşhur iş adamı Gürkan Uluxanın qızıdır. Bundan başqa, Gürkan Uluxan və Savaş Doğan nişançıdüzü ərazilərini alaraq Plaza qurmaq istəyirlər.
Dəlilər (teleserial, 2007)