teofobiya
teokratik
OBASTAN VİKİ
Teofor ad
[mənbə göstərin] Ön Asiyada bir çox tayfaların, Azərbaycanda isə arattaların, kutilərin, lulubilərin, kasların, daha sonra mannalar və madayların şəxs adlarının mənalarını və kökənlərini üzə çıxarmaq olduqca çətindir. Bunun bir neçə səbəbi var. Əvvəla bu etnoslarda şəxs adlarının bir çoxu kökən etibarilə qədim şumerlərlə bağlıdır. Şumerlərin adları isə semit mənşəli akkad adları ilə qarışmışdı.İkincisi şumer və akkad adları əksər hallarda teofor adlar idi. Yəni qəbilə tanrılarınn adları şəxs adlarının bir hissəsini təşkil edirdi. Ümumiyyətlə, qədim qəbilələrdə dini görüşlərdə, fərdlərlə qəbilə tanrısı arasındakı münasibətin aspekti, bu əlaqənin əqidələrdə və ianamlarda əksinitapmanın mahiyyəti etnoqrafiya elmində mübahisəli məsələlərdəndir. Qəbilə tanrıları qəbilənin və ailənin himayəçiləri ilə sayıldığına görə uşaqlara ad vermədə tanrı adları əksini tapmalı idi. Teofor adlar belə yaranırdı. Bu adların yaranma motivi, şübhəsiz ki, tanrıların tərifi, uşağın doğulmasına görə təşəkkür, uşağın sağlam olmması üçün yalvarış və s. ola bilərdi.
Teofor adlar