TERMİK ABRAZİYA

(yun.therme-istilik və abraziya) buzdan, çoxillik donmuş süxurlardan ibarət olan dəniz sahilinin dalğaların, suyun və havanın termik fəaliyyətinin birgə təsiri nəticəsində dağılması. /Məs: Antarktidada/. Р–термоабразия thermal abrasion
TEMATİK XƏRİTƏLƏR
TERMİK DENUDASİYA
OBASTAN VİKİ
Abraziya
Abraziya (geomorfologiya)
Termik neftçıxarma
Termik neftçıxarma - neft laylarına istilik (elektrik enerjisi, buxar, qızdırılımış su) verməklə neftin Yer səthinə qaldırılması üsulu. Termik neftçıxarmadan əsasən, kiçik təzyiqli və yüksək özlülüklü nefti olan layların işlənməsində istifadə olunur.
Termik qradiyent
Üfüqi və ya şaquli istiqamətdə müəyyən məsafə vahidində temperaturun dəyişilməsidir. Yer səthində üfüqi termik qradiyentin kəmiyyəti təqribən 100 km-də 1 dərəcə, troposferdə şaquli termik qradiyent isə təqribən 100 m- də 0,6 dərəcədir.
Abraziya (geomorfologiya)
Abraziya və ya abrazion proses — dəniz dalğaları və axınların köklü süxurları mexaniki parçalama prosesidir. Abrazion proses nəticəsində sahil yuyulur, hamarlaşır və abrazion düzənliklər, terraslar və b. relyef formaları əmələ gəlir. Abraziya dalğavə ləpədöyənin ölçülərindən, suyun və süxurların xassələrindən aslıdır və əsasən hövzənin 10-20 metr dərinliynə qədər təzahür edir. Геологический словарь, М: Недра, 1978 В. Б. Караулов, М. И. Никитина. Геология.
Abraziya sahil tipi
Abraziya sahil tipi- Abraziya dedikdə,dənizin dağıdıcı fəaliyyəti nəzərdə tutulur. Dənizin abraziya fəaliyyəti, akademik D. V. Nalivkinə görə, əsasən küləyin təsirindən əmələ gələn dalğaların dağıdıcı fəaliyyəti ilə əlaqədardır. V. P. Zenkoviçin fikrinə görə, abraziya prosesi uzun müddət dəniz sahilinə təsir edirsə, həmin proses nəticəsində abrazion terras və ya sahil əmələ gəlir və olduqca geniş sahəni əhatə edir. Abrazion sahil tipinin eni maksimum 200–250 metr ola bilər. Abraziya sahil tipinə misal olaraq Qara dənizin şərq sahilini və bəzi başqa sahilləri göstərmək olar.