termocərəyan
termodavamiyyət
OBASTAN VİKİ
Termocüt
Termocüt — bir və ya bir neçə eynicinsli olmayan naqillərin (termoelektrodların) bir-birləri ilə birləşməsindən əmələ gələn elektrik qurğusu. Termocüt termoelektrik effekti nəticəsində temperaturdan asılı gərginlik hasil edir və bu gərginlik temperaturun ölçülməsində istifadə olunur. Termocütlər temperatur sensorlarının geniş istifadə olunan növlərindən biridir. Termocütlər ucuz, bir-birini əvəz edə bilən, standart girişlə təmin olunmuş və temperaturu geniş həddə ölçmə qabiliyyətinə malik qurğulardır. Temperaturun ölçülməsində digər metodlardan fərqli olaraq, termocütlər özü qidalanır və xarici qida mənbəyinin olmasını tələb etmir. Termocütlərin əsas məhdudiyyəti onların dəqiqliyidir. Bir dərəcə selsidən (°C) daha az xətalı sistemləri hazırlamaq , çətin başa gəlir. Termocütlər sənayedə geniş istifadə olunur. Termocütün tətbiq olunduğu sahələrə sobalar, qaz turbinlərində işlənmiş qazı çıxarmaq üçün borular, dizel mühərrikləri və digər sənaye proseslərini misal göstərmək olar. Termocütlər termostatlarda temperatur sensorları kimi yaşayış binaları, idarə və müəssisələrdə də istifadə edilir.

Значение слова в других словарях