TERTİP
TESADÜF
OBASTAN VİKİ
Qianna Terzi
Qianna Terzi (yun. Γιάννα Τερζή; 7 may 1980, Saloniki) — Yunanıstan müğənnisi və bəstəkarı. O, "Oneiro mou" mahnısı ilə Yunanıstanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == Qianna Terzi 1 dekabr 1980-ci ildə Yunanıstanın Saloniki şəhərində anadan olmuşdur. O, Yunanıstanın tanınmış pop musiqiçilərindən biri olan Pasxalis Terzisin qızıdır. Terzi öz musiqi karyerasını başlatmaq üçün 20 yaşında ikən Afinaya köçmüş və gənc ifaçının Cobalt Music albom şirkəti ilə əməkdaşlığı nəticəsində 2006-cı ildə Gyrna to kleidi adlı debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və həmin şirkət ilə ortaq iş sayəsində 2008-ci ildə onun ikinci studiya albomu Ase me na taxidepso satışa buraxılmışdır. Bir müddət sonra Terzi Amerika Birləşmiş Ştatlarına köçmüş və orada Interscope Records albom şirkəti ilə yeni istedadların axtarışında əməkdaşlıq etmişdir.27 oktyabr 2017-ci il tarixdə Qianna Terzinin "Oneiro mou" mahnısı ilə Yunanıstanın ERT telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcək olan 20 ifaçından biri olduğu təsdiqlənmişdir. 8 noyabrda isə Terzinin yarışmanın finalına iştirak hüququ qazanan beş iştirakçıdan biri olması ERT tərəfindən təsdiqlənmişdir. Beş finalçıdan ikisinin mahnısında yunan musiqisindən yetərincə istifadə olunmaması səbəbi ilə Yunanıstan telekanalı həmin iki iştirakçını finaldan diskvalifikasiya etmiş və beləliklə Terzi ilk üçlüyə qalmışdır.
Oneiro Mou (Qianna Terzi mahnısı)
Oneiro Mou (yun. Όνειρο μου; azərb. Röyam‎) — Yunanıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Qianna Terzi "Oneiro Mou" mahnısı ilə Yunanıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Bu Yunanıstanın Avroviziyada 1998-ci ildən bəri ilk bütövlükdə yunan dilində səslənən mahnısıdır. Yunan musiqisinin zəngin şəkildə istifadə olunduğu mahnı ifaçı Qianna Terzi və eyni zamanda yunan bəstəkarlar Aris Kalimeris, Dimitris Stamatiu və Mixalis Papatanasiu tərəfindən bəstələnmişdir.
Nubar Terziyan
Nubar Terziyan (16 mart 1909, Konstantinopol – 14 yanvar 1994, İstanbul) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Nubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur. 1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub. == Fəaliyyəti == Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub.
Yovana Terziç
Yovana Terziç (15 may 1999) — Monteneqrolu üzgüçü. Yovana Terziç Monteneqronu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yovana Terziç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 59.59 saniyəlik nəticəsi ilə 42-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.