teslametr
tesolar
OBASTAN VİKİ
Laura Tesoro
Laura Tesoro (d. 19 avqust 1996, Antverpen, Belçika) — Belçika müğənnisi və aktrisası. O, Belçikanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Laura eyni zamanda Belçikanın The Voice səs yarışmasında iştirak etmiş və ikinci yeri tutmuşdur. == Həyatı və musiqi karyerası == === 1996-2014: Erkən illəri və karyeranın başlanğıcı === Laura Tesoro 19 avqust 1996-cı ildə Belçikanın Antverpen şəhərində anadan olmuşdur. Onun atası italyan, anası isə belçikalıdır. 2008-ci ildə Laura Belçikanın Witse teleserialında Evi Kuypers rolunu ifa etmişdir. Bu onun ilk aktrisalıq təcrübəsi olmuşdur. Daha sonra o, bir neçə müzikllarda da rol almışdır. 2009-cu ildə isə Laura Ketnetpop festivalında çıxış etmişdir.