TEXNOKRATİYA

(yunan téchnē-sənət, ustalıq və kratóshakimiyyət) - 1) cəmiyyətin elitar təbəqəsinə mənsub olan, iri kapitalist müəssisələrini müvəffəqiyyətlə idarə edən, o cümlədən, dövlət aparatında müvəffəqiyyətlə çalışan yüksək ixtisaslı, peşəkarlar təbəqəsi, zümrəsi (alimlər, ziyalılar, mühəndis-texniklər, menecerlər, işgüzar adamlar); 2) Amerika iqtisadçıları Q.Skott və T.Veblen tərəfindən XX əsrin 20- ci illərində ərsəyə gətirdikləri, - cəmiyyətin məhz alimlər, mühəndislər, texniklər (yəni T.) tərəfindən idarə olunmasını və, məhz onlar tərəfindən idarə oluduğunu, sosial həyatda texnikanın rolunu mütləqləşdirən və fərdlərin müasir texnologiyalardan asılı olduğunu iddia edən sosialoji təlim. T. konsepsiyalarda sosial ziddiyyətlərdən xilas olunmaq, mükəmməl idarəçiliyə nail olunmaq üçün - siyasi hakimiyyəti siyasətçilərdən alıb -T. verilməsini iddia edilir. “Kompyuter demokratiyası” nəzəriyyəsi də, T. tərəfdarlarının müddəalarındandır.
ŞƏRƏF VƏ LƏYAQƏT
TEOKRATİYA
OBASTAN VİKİ
Texnokratiya
Texnokratiya (yun. τέχνη, "sənətkarlıq" + yun. κράτος, "güc" yun. τεχνοκρατία) — güc, elmi və texniki mütəxəssislərə məxsus olduğu meritokratiya prinsipləri üzərində qurulmuş hipotetik cəmiyyət. Cəmiyyət idarəçiliyini insanların ayrı bir kateqoriyaya — bilik daşıyıcılarına, filosoflara köçürməyin faydalılığı ideyasına Platonun "Dövlət" əsərində ilk dəfə rast gəldilər. Jurnalistikada "texnokratlar" adətən peşə bilikləri sayəsində güc qazanan insanlar adlandırılırlar. Adətən, iş adamları və ya siyasi partiyalar çərçivəsində seçilmiş insanlar əvəzinə xüsusi bilik və liderlik təcrübəsi olan elm adamları, mühəndislər, texnoloqlar nəzərdə tutulur. Uilyam Henri Smitt (ing. William Henry Smyth) ilk dəfə 1919-cu ildə """Texnokratiya"" — sənaye demokratiyasına nail olmaq yolları və metodları" (ing. «'Technocracy' — Ways and Means to Gain Industrial Democracy») məqaləsində texnokratiya terminini ilk dəfə işlətmişdir,"Sənaye İdarəçiliyi" (ing.

Значение слова в других словарях