Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. == Mənbə == Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Qruzuqol trestinin binası
Qruzuqol trestinin binası – Tbilisi şəhərində 1953-cü ildə memarlar Konstantin Çxeidze və Mixail Çxikvadzenin layihəsi əsasında inşa edilmiş inzibati binasıdır. Rustaveli prospekti 52 ünvanında yerləşən bina, prospektin ən son ünvanlarından biridir. Hazırda bina Gürcüstan Elmlər Akademiyasına məxsusdur. Həmçinin binada Gürcüstan Kinematoqrafçılar İttifaqının ofisi yerləşir. Binanın Rustaveli prospektinə baxan əsas fasadındakı kollonadanın altında yerli sakinlər hər gün suvenir ticarəti ilə məşğul olurlar. == Tarixi == 1955-ci ildə məşhur “Layihələndirmə və inşaatda artıqlıqların aradan qaldırılması haqqında” qaydanın qüvvəyə minməsindən sonra, bina, (Stalin amprinin digər nümunələri kimi) ciddi tənqidlərə məruz qalmışdır: == Memarlıq xüsusiyyətləri == Binanın memarlığı eklektika üslubunda həll edilmişdir. Binanın əsas fasadında yerləşən eyvanların memarlığında mavritan memarlığının təsiri aydın hiss olunur. SSRİ yazıçısı Leonid Volınski “Gecənin içindən” (rus. Сквозь ночь, 1974) adlı kitabında, binanın memarlığının 1923-cü ildə Stokholm ratuşasını inşa etmiş İsveç memarı Raqnar Estberqin işlərindən götürüldüyünü qeyd edir. Stokholm ratuşası və Qruquqol trestinin binası küncdə qüllə ilə birləşdirilən oxşar fasad strukturuna malikdir.
Brest
Brest (poles. Бе́ресть, belar. Брэст) — Belarusun cənub-qərbində şəhər, Brest vilayətinin və bu vilayətin Brest rayonunun inzibati mərkəzi. Brest şəhəri Brest rayonunun tərkibinə daxil deyil.
Crest
Crest - Procter & Gamble şirkəti tərəfindən yaradılmış diş məcunu markası. Amerika Birləşmiş Ştatları və Almaniya bazarları başda olmaqla bir çox ölkələrdə istehlakçılar tərəfindən ən çox üstünlük verilən diş məcunu markası. Marka Blend-a-Med adı ilə Avropanın Bolqarıstan, Almaniya, Serbiya, Rusiya, Polşa, Ukrayna, Macarıstan, Rumıniya, Latviya və Ukrayna kimi ölkələrində satılır. Şirkət 1987-ci ildə Procter & Gamble şirkəti tərəfindən satın alındıqdan sonra marka üçün digər bir ad Blend-a-Med adıda əlavə edilmişdir. Şirkət P&G-nin tərkibinə daxil olduğu ilk zamanlarda mərkəz kimi Almaniyanın Mayns şəhərini istifadə edirdi. == Tarixi == Şirkət Crest adı ilə 1955-ci ildə Amerika Birləşmiş Ştatlarında yaradılmışdır. İstehsal edilən diş məcunlarında ilk dəfə olaraq qalay florid istifadə edilirdi və bu yeni məhsul bazara Floristan adı altında təqdim edilmişdir. Müxtəlif bazarlarda bu ad Floristanlı Crest formasında əvəz olunmuşdur. İnsanlar üçün daha effektli bir diş məcunu yaradılması üçün laboratoriyalarda qızğın araşdırmalar aparılırdı. Aparılan araşdırmaların nəticəsində İndiana Universitetinin alimləri Muhler, Harry Day və Vilyam Hergel tərəfindən diş məcunu Crest yeni tərkibinə qovuşur.
Orest
Orestes (q.yun. Ὀρέστης, "dağlı"; lat. Orestes) — Troya müharibəsində vuruşan Miken kralı Aqamemnon və Klytemnestranın oğlu. Onun dəliliyi və təmizlənməsi bir çox Qədim Yunan oyunu və əfsanəsinin mövzusu olmuşdur. == Adın mənşəyi == Orestes yunanca oreibates ("ορειβάτης") sözündən gəlir. Mənası alpinistdir. Metaforik olaraq, dağları fəth edə bilən biri kimi istifadə olunur. == Homerin hekayəsi == Homer hekayəsində Orestes, Tantal və Niobe ilə birbaşa əlaqəli olan Atreusun lənətlənmiş evinin üzvüdür. Troya müharibəsinə gedən yolda yaxşı bir külək üçün tanrıça Artemisə dua edən Aqamemnon, ilahənin işarəsi ilə qızı Iphigenieyi qurban vermək istəyir, amma arvadı buna qarşıdır. Buna baxmayaraq, qərarından vaz keçməyən Aqamemnon, qızını qurban verərkən ilahə tərəfindən xilas edilir, bunun əvəzinə bir dişi maral qurban edilir.
Triest
Triest (it. Trieste; sloven. Trst) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir. Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır. Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir.
Test
Test (ing. test sözündən) — yoxlama, sınaq. == Haqqında == Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi.Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur. Test Tapşırığı – didaktik və texnoloji baxımdan keyfiyyətli, effektli olan yoxlama materialıdır.
Brest (Fransa)
Brest (fr. Brest) – Fransanın şimal-qərbində yerləşən şəhər. Eyniadlı rayonun mərkəzidir.
Brest (dəqiqləşdirmə)
Brest
Brest (rayon)
Brest (fr. Brest) — Fransanın Bretan regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Finister. Suprefektura — Brest. Rayonun əhalisi 2006-cı ildə 361 877 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 257 nəf / km² . Rayon ərazisi — 1408 km².
Brest müqaviləsi
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest qalası
Brest qalası və ya köhnə adı ilə Brest-Litovsk qalası — Brest, Belarusiyada və ya əvvəlki adı ilə Belorusiya Sovet Sosialist Respublikasında yerləşən 19-cu əsrdə aid Rusiya qalası. 1941-ci il iyunun 22-də İkinci Dünya Müharibəsində Barbarossa əməliyyatının başlaması ilə faşist Almaniyası Sovet İttifaqını işğal etdi. Brest qalasına 1965-ci ildə müharibənin şərq cəbhəsində Brest-Litovsk döyüşündə göstərdiyi müdafiəyə görə Qəhrəman qalası adı verilmişdir. Qəhrəman qalası adı Qəhrəman şəhər tituluna uyğun gəlirdi. 12 sovet şəhəri bu ada layiq görülüb. Brest qalası 135 metr yüksəklikdə yerləşir. == Açıqlama == Brest qalası 19-cu əsrin əvvəllərində tikildiyindən Ulduz qalasının konturlarını qoruyub saxlamışdır. Qalanın özəyini təşkil edən Hisar qalası, Buq çayının və Muxavets çayının iki qolunun ortasındakı adada yerləşir. Adada 4 mərtəbəli yarımqüllələr və iki mərtəbəli kazarmalar tikilib. 1,8 km uzunluğunda olan kazarmada 500 otaq var və çox möhkəm qırmızı bloklardan ibarət qalın divarları ilə 12.000 əsgər qəbul edə bilir.
Brest sülhü
Brest-Litovsk sülh müqaviləsi – Rusiya Sovet Federativ Sosialist Respublikasının yeni bolşevik hökuməti ilə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı — Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında imzalanmış sülh müqaviləsi. Sülh müqaviləsi Osmanlı dövlətinin torpaq qazandığı son müqavilədir. Müqavilə 2 aylıq sürən danışıqların nəticəsində, Ukraynanın Alman nəzarəti altında olan Bialstok-Grodna əyalətinin Brest-Litovsk şəhərində (Polyak dilində: Brześć Litewski, Alman dilində: Friedensvertrag von Brest-Litowsk, 1945-ci ildən bəri sadəcə Brest) imzalandı. Müqavilə bolşevik hökuməti tərəfinin müharibədə Almaniya və Avstriya-Macarıstan qüvvələrinin irəliləməsinin dayandırılması mövzusu üzərində idi. Bununla da, Sovet Rusiyası keçmiş Rusiya imperiyasının İttifaq ölkələrinə dair heç bir öhdəliyini yerinə yetirməmişdir. Müqavilə 1918-ci il martın 3-də Brest-Litovskda imzalanmış, martın 15-də 4-cü Ümumrusiya Fövqəladə Sovetlər Qurultayı, sonra isə 22 martda Almaniya reyxstaqının razılıq verməsindən sonra, martın 26-da Almaniya imperatoru II Vilhelm tərəfindən təsdiq olunmuşdur. == Müharibənin arxa planı == === Son hərbi manevrlər === === Ərazi dəyişiklikləri === Sülh müqaviləsi Rusiyanın I Dünya müharibəsindən çıxması ilə nəticələndi. Müqaviləyə əsasən, Bolşevik Rusiyası Baltikyanı ərazilərini Almaniyaya verərək idarəçilikdən imtina etdi, bu ərazilər Almaniyanın vassalına çevrilərək kiçik krallıqlara bölündü. Rusiya həmçinin Cənubi Qafqazda yerləşən əyalətini — Qarsı Osmanlı İmperiyasına verərək oradan imtina etdi və Ukrayna Xalq Respublikasının müstəqilliyini tanıdı. Konqresdə Polşanın müqavilədə qeyd olunmaması və Almanların Polşa təmsilçilərinin iştirakını tanımaması mübahisələrə və etirazlara səbəb oldu.
Brest trolleybusu
Brest trolleybusu — Belarusun Brest şəhərində mövcud olmuş elektrikli ictimai nəqliyyat. Trolleybus şəbəkəsi ilk dəfə 18 aprel, 1981-ci ildə istifadəyə verilmişdir. Hal-hazırda trolleybus şəbəkəsində 9 marşrut var. Brest şəhərinin trolleybus xidmətində yalnız bir trolleybus parkı var. == Tarixi == Belorusiya Sovet Sosialist Respublikası hökuməti, Brest şəhərində mövcud olan avtobus xidmətinə yardım etmək üçün, şəhərdə trolleybus xidməti qurmağı planlaşdırırdı. == Marşrutlar == № 1 — Orconikidze (Qatar stansiyası) — Vilayət xəstəxanası. № 2 — Sverdlov — SK "Viktoriya" (Qavrilova küçəsindən keçərək). № 3 — Orconikidze — SK "Viktoriya" (Partizanskiy prospektindən keçərək). № 4 — Orconikidze — KSM. № 5 — "Tsvetotron" zavodu — Vilayət xəstəxanası (Yanka Kupalı küçəsindən keçərək). № 6 — "Tsvetotron" zavodu — Vilayət xəstəxanası (Respublika prospektindən keçərək).
Brest vilayəti
Brest vilayəti (belar. Брэ́сцкая во́бласць) — Belarusda inzibati–ərazi vahidi.
III Drest
Fudrusun oğlu Drust və ya III Drest (v. 530) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri — 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Piktlərin xronikasına əsasən Fudrusun oğlu Drust və ya III Drest Qiromun oğlu Drust və ya IV Derstlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə əsasən onun hakimiyyəti bir ildən on beş ilədək davam etmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A. O. Early Sources of Scottish History, Vol. I. — 1922.
II Drest
Drust Qurdinmox və ya II Drest — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == "Piktlərin xronikası"na əsasən Drust Qurdinmox və ya II Drest VI əsrdə I Nextanla Qalanan arasında on üç il hakimiyyətdə olmuşdur. Bu tarixi mənbəyə görə o, mənası bu vaxta qədər dəqiqi məlum olmayan "Gurthinmoch" epitetini daşıyırdı, lakin bu sözün birinci hissəsini Valliy (Uels) dilindəki "gwrdd" sözü ilə izahına cəhd göstərildikdə "Böyük" mənasında işlənildiyi ehtimal olunur. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland.
IV Drest
Qiromun oğlu Drust və ya IV Derst - müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == Qiromun oğlu Drust və ya IV Derst Qiromun üç oğlundan biridir. "Piktlərin xronikası"nda xəbər verildiyi kimi IV Drest III Drestlə eyni vaxtda hakimiyyətdə olmuşdur. Müxtəlif mənbələrə görə o, bir ildən on beş ilədək hakimiyyətdə olmuşdur. Qiromun oğlu Drust və ya IV Derstin iki qardaşı I Qartnark və Keyltran sonralar Piktlər krallığının davamçıları olmuşdur. Onların başçısı Qvined krallığının hökmdarı Maylquna ərə getmişdir. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской.
I Drest
Eripin oğlu Drust (V əsr – bilinmir) — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri–843-cü illərdə hakimiyyətdə olmuş piktlər sülaləsinin əfsanəvi kralı. Onun adı ilk dəfə "Piktlərin xronikası" adlandırılan tarixi sənəddə xatırlanır. == Həyatı == "Piktlərin xronikası"nda verilən məlumata əsasən Eripin oğlu Drust və ya I Drest yüz il hökmranlıq etmiş və döyüşlərdə yüz qələbə qazanmışdır. Lakin bu məlumat tarixi fakt kimi deyil, əfsanə kimi qəbul edilir. "Piktlərin xronikası"nda qeyd olunur ki, müqəddəs Patrik V əsrin ortalarında, Eripin oğlu Drustun hakimiyyətinin 20-ci ilində İrlandiyaya gəlmişdir. I Nexton Eripin oğlu Drust və ya I Drest tərəfindən İrlandiyaya sürgün olunmuşdur. İohann Fordunskinin qeydlərinə əsasən Eripin oğlu Drust Palladiya dövründə qırx il hakimiyyətdə olmuşdur. I Drestin ölümündən sonra I Talorq piktlərin kralı olmuşdur. == Ədəbiyyat == Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Scott Trust
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir == Tarixi == Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Trent Cons
Trent Cons (12 avqust 1994) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Trent Cons Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Trent Cons 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.845 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 33.065 saniyəlik nəticəsi ilə 15-ci yeri tutdu.
AKT (test)
AKT - Amerikada kolleclərə qəbul üçün nəzərdə tutulmuş test. Amerika Birləşmiş Ştatlarında AKT Korporasiyası tərəfindən yaradılmış, kolleclərə tələbə qəbulu üçün tərtib olunan standartlaşdırılmış uğurlu imtahan. Bu test ilk dəfə 1959-cu ildə Everet Franklin Linqvest tərəfindən Kollec İdarə Heyətinin Sxolastik Qabiliyyət Testinə (indi SQT Məntiq Testi kimi tanınır) qarşı rəqib olaraq tətbiq olunmuşdur. AKT tarixən 4 testdən ibarət olmuşdur: ingilis dili, riyaziyyat, oxu və təbiət elmləri düşüncə testi. 2005-ci ilin fevralında könüllü yazı testi AKT-yə əlavə olundu və həmin ilin martında eynilə SQT-də də dəyişiklər olundu.ABŞ-də bütün 4 illik kollec və universitetlər AKT-ni qəbul edir. Tarixən, SQT sahilboyu zonalardakı kolleclərdə, AKT isə Orta Qərb və Cənubda daha çox məşhurluq qazanmışdı. Hal-hazırda bəzi kolleclər insanların işə təyin olunması ilə bağlı olaraq AKT-ni tələb edirlər, buna baxmayaraq bir neçə məktəb AKT-ni qətiyyən qəbul etmir.
Pedaqoji test
== Pedaqoji test nədir? == Pedaqoji Test – Sınaq iştirakçılarının müəyyən biliklər oblastının konkret bölmələri üzrə hazırlıq səviyyəsinin qəbul edilmiş meyarlarla obyektiv ölçülməsi üçün istifadə olunan test tapşırıqları və testlər toplusudur. Pedaqoji Test – Öyrənənlərin öyrədəndən asılı olmadan, obyektiv və funksional şəkildə təhsil nailiyyətləri səviyyəsinin ölçülməsinə, onların hər hansı təlim-tədris məzmunu oblastında qazandığı bilik, bacarıq, vərdişlərinin və elmi-praktiki təsəvvürlərinin layiqincə qiymətləndirilməsinə imkan verən spesifik formalı və müəyyən məzmuna malik faset tapşırıqlar sistemidir. Spesifik Forma dedikdə, test tapşırıqlarının konkret məntiqi mülahizə formasında işlənilməsi, qısa zaman kəsiyində düzgün, yanlış və ya buraxılmış şəklində cavablandırılması, texnoloji cəhətdən müəyyən məzmunlu, anlaşıqlı formalaşdırılması nəzərdə tutulur. Fasetlik – Testin məzmunun tam biliklər çərçivəsində müxtəlif variantlarla təkrarlanmasıdır. Pedaqoji Test – Spesifik formalı, çətinlik dərəcəsi getdikcə artırılan, sınaq iştirakçılarının bilik səviyyəsinin keyfiyyətli, effektiv şəkildə ölçülməsi, hazırlıq strukturunun qiymətləndirilməsi üçün lazım olan test tapşırıqları sistemidir. Test tapşırıqları sistemi dedikdə, test tapşırıqlarının əsasını təşkil edən prinsiplərin özəllikləri başa düşülür. Burada ilk növbədə hər bir fənnə məxsus olan xüsusiyyətlər ayırd edilir, onların əlaqəliliyi, nizamlılığı nəzərə çarpdırılır. Məktəb məzunlarının yekun atestasiyası üçün inteqrativ test tapşırıqlarının işlənilməsi vacib şərtdir. Onların məzmunu lazımi biliklər sistemini tam əhatə etməlidir.
REST protokolu
REST protokolu və ya REST (Representational State Transfer) — şəbəkə daxilində ayrı-ayrı proqramların qarşılıqlı əlaqəsini təmin edən bir sistemdir. Bu protokol məlumatların veb-servislər üzərindən ötürülməsini, emal edilməsini təmin edir.
Smoke test
Smoke test (azərb. Tüstü testi‎) — proqram təminatının sınaqdan keçirilməsində: aşkar xətaları müəyyən etmək üçün minimal test toplusu. Tüstü testi, adətən, proqramçının özü tərəfindən aparılır; bu testdən keçməyən proqramı daha dərin testlənməyə vermək mənasızdır. Bu tipli ilk sınaqları soba ustaları aparmışlar; hazırladıqları sobanın bütün qapaqlarını tutur, sobanı qalayır və tüstünün yalnız lazım olan yerlərdən keçməsini müşahidə edirdilər. Terminin ikinci "doğuluşu" radioelektronikda baş verdi. İstehsalatdan gəlmiş radioelektron qurğunun birinci dəfə işə salınması çox qısa (saniyədən kiçik) zamanda yerinə yetirilir. Sonra mühəndis bütün mikrosxemlərə əllə toxunaraq, onların qızıb-qızmamasını yoxlayır. Bu saniyə ərzində çox qızmış mikrosxemdə kobud xətanın olması ehtimalı böyükdür. Əgər birinci sınaqda qızma aşkarlanmırsa, cihaz bu dəfə uzun müddət üçün işə salınır. Beləliklə, yoxlama bir neçə dəfə təkrarlanır.
Rəşt
Rəşt (fars. رشت‎) — İranın Gilan ostanında yerləşən şəhər, Rəşt şəhristanının mərkəzi. 2011-ci ildə aparılmış əhalinin siyahıya alınmasının yekunlarına görə əhalisi 639.951 nəfərdir.
Bertolt Breşt
Bertolt Brext və ya Bertolt Breşt, (Üqen Bertolt Fridriş Breşt adıyla doğuldu, 10 fevral 1898[…], Auqsburq, Almaniya imperiyası, Bavariya Krallığı – 14 avqust 1956[…], Şərqi Berlin) — Alman şair, dramaturq, teatr rejissoru və teatr islahatçısı idi.