TH.

Abkürzung für : Technische Hochschule
tgl.
Thailand
OBASTAN VİKİ
.th
.th — Tailandın internet kodu.
Crepis thomsonii
Crepis thracia
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.
Dendrobium phalaenopsis var. thundersleyense
Dendrobium thyrsiflorum
Dendrobium thyrsiflorum (lat. Dendrobium thyrsiflorum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Himalay dağlarında (Butan, Assam, Yunnan və Arunaçal-Pradeş), Hind-Çinin (Myanma, Tailand, Laos və Vyetnam) şimalında dağlıq ərazilərdə yayılmışdır. Callista thyrsiflora (B.S.Williams) M.A.Clem. Dendrobium densiflorum var. alboluteum Hook.f. Dendrobium thyrsiflorum var. minutiflorum Aver. Dendrobium thyrsiflorum var.
Der Werwolf: The Annals of Veight
Der Werwolf: The Annals of Veight (azərb. Qurd adam: Veyt salnamələri‎) və ya Yaponiyada tanınan adı ilə Jinrou e no Tensei, Maou no Fukukan (人狼への転生、魔王の副官, azərb. Qurd adama çevrilmə, Demon lordunun düşərgəsi‎) – Nishieda-nın rəssamlığı ilə Hyougetsu tərəfindən yazılan ranobe seriyası. Alternativ kainata qurd adam kimi dirilən Veyt adlı personajdan bəhs edir. Hyougetsu ranobeni Shōsetsuka ni Narō saytı vasitəsilə yayımlamağa başlamışdır. Earth Star Entertainment 2015-ci ilin noyabrında ranobeni nəşr etməyə başlamışdır. İndiyə qədər 7 cildi buraxılmışdır. Bundan əlavə, iki manqa adaptasiyası istehsal olunmuşdur. J-Novel Club ranobeni ingilis dilinə tərcümə edərək saytında yayımlamışdır. Qurd adam kimi yenidən dirilən Veyt Demon lordunun üçüncü alayına vitse-komandir titulu ilə komandanlıq edir.
Don't Bore Us, Get to the Chorus!
Rarities – Roxette qruppunun kompilyasiya albomudur.
Dracula 2: The Last Sanctuary
Dracula 2: The Last Sanctuary - "Wanadoo Edition" və "Canal+ Multimedia" adlı oyun şirkətləri tərəfindən 1999-cu ildə yaradılan, macəra oyunudur.
Dracula 3: The Path of the Dragon
Dracula 3: The Path of the Dragon - "Kheops Studio" oyun şirkəti tərəfindən 2008-ci ildə "Microsoft Windows" platforması üçün yaradılan, macəra oyunudur.
Erigeron thrincioides
Erigeron thrincioides (lat. Erigeron thrincioides) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Erigeron thunbergii
Erigeron thunbergii (lat. Erigeron thunbergii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Explosions in the Sky
Explosions in the Sky — 1999-cu ildə Ostin, Texasda qurulmuş post rok qrupudur. Explosions In The Sky, post rok deyiləndə ağla ilk gələn qruplardan biridir. Digər bir çox post rok qrupları kimi, musiqiləri yavaş və epiktir. Mahnılarının hamısı instrumentaldır. Ancaq, qrup eyni tərz musiqiçilər arasında, dərhal seçilən bir tərzə malikdir. 2000-ci ildə "How Strange, Innocence" albomunu çıxardan qrup, xüsusilə 2001-ci ildə çıxartdığı "Those Who Tell The Truth Shall Die, Those Who Tell The Truth Shall Live Forever" adlı albomuyla musiqi bazarında çox yaxşı müvəffəqiyyət əldə etdi. 2003-cü ildə çıxartdıqları albomları "The Earth Is Not A Cold Dead Place" ilə şöhrətini daha da artıran qrup, 2005-ci ildə nümayış olunan Friday Night Lights adlı filmin musiqilərinin də böyük bir hissəsinə imza atdı. Qrup, 2005-ci ildə isə "The Rescue" adında bir albom çıxartdı. 2007-ci ilə gəldikdə isə "All Of A Sudden I Miss Everyone" adlı albomunu çıxaran qrup, son olaraq 2011-ci il aprelində "Take Care, Take Care, Take Care" albomunu dinləyicilərinə təqdim etdi.
Fairchild Republic A-10 Thunderbolt II
A-10 Thunderbolt II, quru qoşunlarına yaxın aviasiya dəstəyi vermək üçün xüsusi olaraq hazırlanmış ilk avia platformadır. Orijinal ləqəbi “Warthog” (qısaca: Hog) olsa da, İkinci Dünya Müharibəsində quru qoşunlarına yaxın hava dəstəyi verən Republic P-47 Thunderboltun şərəfinə eyni adı daşıyır. Amerikanın Fairchild Republic şirkəti tərəfindən istehsal olunan A-10 Thunderbolt II, aşağı hündürlükdə və aşağı sürətdə manevr etməyi bacaran, effektiv vuruş qabiliyyəti olan sadə və etibarlı, hər cür yer hədəflərinə, xüsusilə tanklara və zirehli maşınlara hücum edərək onları məhv edə bilən, iki mühərrikli reaktiv təyyarədir. Soyuq müharibə zamanı Sovet tanklarını və zirehli maşınlarını aşağı uçuşlarda məhv etmək üçün hazırlanmışdır. Buna “Tank Qatili” deyilir. Döyüş meydanlarında 300 m -dən aşağı yüksəkliklərə enə bilər və geniş qanad sahəsi sayəsində yerdəki düşmən elementlərini atəş altında saxlaya bilər. Qısa və xam uçuş-enmə zolaqlarından enmə və qalxma qabiliyyəti Thunderbolta cəbhəyə yaxın ərazilərdə də tamamilə effektiv şəkildə işləməsinə imkan yaradır. Son dərəcə yüksək dayanıqlığa malik olan bir təyyarə olması, təyyarəyə böyük bir döyüş radiusu və uzun müddət döyüş meydanında qalma qabiliyyəti bəxş edir. Sistemi və zirehi sayəsində döyüş meydanlarında sağ qalma ehtimalı son dərəcə yüksəkdir. Zədələnməsinə baxmayaraq pilotun təyyarəni bazaya qaytara biləcək formada dizaynı və yükləmə diapazonu, təyyarənin diqqət çəkən elementləridir.
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Flower of the Universe
Flower of the Universe (azərb. Kainatın gülləri‎) — Böyük Britaniya bəstəkar-müğənnisi Şade Adu tərəfindən ifa edilmiş və "Zamanın döngəsi" filminin eyni adlı musiqi albomuna daxil olan sinqldır. Şade, Endryu Heyl və Ben Travers tərəfindən yazılmış və prodüserlik edilmiş mahnsı ifaçının yeddi illik fasilədən sonra ifa etdiyi ilk mahnıdır. 20 fevral 2018-ci ildə filmin rejissoru Ava Düverney Şadenin gif fotosunu tvit etməklə mahnını elan etmişdir. "Mən inanmırdım ki, o, hə deyər, amma soruşmaq qərarına gəldim. O, xoş razılıq verdi. İlahə. Biz birlikdə heç vaxt unuda bilməyəcəyim macəraya başladıq. Fəxrlə elan edirəm ki, Şade "Zamanın döngəsi" üçün orijinal mahnı yazacaq. Mahnı 'Flower of the Universe' adlanır.
Foster the People
Foster the People — 2009-cu ildə Los-Ancelesdə qurulmuş indi-rok qrupu. Onun üzvləri müğənni Mark Foster, gitaraçı Şon Çimino və klaviatura ifaçısı Aysom İnnisdir. Fosterin "Pumped Up Kicks" mahnısı 2010-cu ildə viral uğur qazandıqdan sonra qrup, Startime International-dan rekord müqaviləsi əldə etdi və kiçik klub şouları və musiqi festivallarında çıxışlar vasitəsilə pərəstişkarlar qazandı.
Fragaria thomasiana
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
From the Very Depths
From the Very Depths ingilis heavy metal qrupu Venomun on dördüncü studiya albomu. 25 yanvar 2015-ci ildə Spinefarm tərəfindən yayımlanmışdır.
Goodbye (The Humans mahnısı)
Goodbye (azərb. Sağ olun‎) — Rumıniyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. The Humans qrupu "Goodbye" mahnısı ilə Rumıniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnının musiqisi The Humans qrupunun üzvləri Matei Aleksandru və Alin Neaqoeyə, sözləri isə qrupun vokalisti Kristina Karamarkuya aiddir.
Got the Beat
Got the Beat (kor. 갓더비트; Gatdeobiteu; GOT the beat kimi stilizə olunub) 2022-ci ildə SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreya superqrupudur. Girls On Top layihə qrupunun ilk alt bölməsidir və yeddi üzvdən ibarətdir. :BoA, Girls Generation-dan Teyon və Huyon, Red Velvet-dən Solci və Vendi, Aespa-dan Karina və Vinter. Got the Beat qrupunun bütün üzvləri SM Entertainment-in səsyazma sənətçiləri qrupunun bir hissəsidir. BoA 2000-ci ildə 13 yaşında soloist kimi debüt etdən aktiv sənətçi idi. Teyon və Huyon 2007-ci ildə Girls Generation üzvləri və 2018-ci ildə Girls Generation-ın ikinci alt bölməsi Oh!GG üzvləri kimi debüt etdilər. Teyon həm də 2012-ci ildən Girls Generation-ın ilk alt bölməsi Girls Generation-TTS-nin üzvüdür. Teyon və Huyon 2015 və 2016-cı ildən solistdirlər. Solci və Vendi 2014-cü ildə Red Velvet üzvləri kimi debüt etdilər.
Got to Be There
Got to Be There – Maykl Cekson ilk solo albomudur. Dünyada albom 5,2 milyon kopyadan çox satılıb.
Grab the Moment
Grab the Moment (azərb. Anı tut‎) — Norveçin 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Norveçli duet JOWST və Aleksandar Valmann "Grab the Moment" mahnısı ilə Norveçi Avroviziya 2017-də təmsil etmişdir. Mahnının musiqisi və sözləri Yoakim Uid Stin (JOWST) və Conas MakDonnell tərəfindən bəstələnmişdir.
Grand Theft Auto
Grand Theft Auto (qısaldılmış — GTA) — məşhur GTA oyun seriyasının birinci buraxılışı olan macəra-aksiyon janrında multiplatform videooyun. Oyunçu şəhər ətrafında hərəkət etmək və xüsusi cinayətlər törətmək və s. kimi müxtəlif cinayət tapşırıqlarını yerinə yetirmək üçün sərbəst bir cinayətkarı seçərək, onunla davam etməlidir. Grand Theft Auto oyunun hər bir şəhəri müxtəlif səviyyələrdən ibarətdir — hər səviyyədə oyunçu müəyyən sayda xal toplamalıdır, bundan əlavə, beş "həyat" verilir — müəyyən xalı toplamaq üçün 5 cəhdiniz olur. Oyunçunu missiyalarda qazandığı xallar pul şəklində təqdim olunur və yeni avtomobil almaqla, avtomobili rəngləməklə xərclənə bilir. Oyun real şəhərlərdən modelləşdirilmiş üç şəhərdən ibarətdir. Liberty City (Nyu-York), San Andreas (San Fransisko) və Vays City (Mayami). Polis GTA-da çox əhəmiyyətli bir yer tutur, oyunçunun qeyri-qanuni hərəkətlər törətməsini məhdudlaşdırır. Polisin diqqətinə düşmək üçün oyunçuya bir neçə qanun pozuntusu törətmək kifayətdir: Piyadanı əzmək, polis maşını ilə toqquşmaq, küçədə atışmaya başlamaq. Həmçinin, polislərin oyunçunu təqib etməyinə baxmayaraq, yenə də qeyri-qanuni hərəkətlər etsəniz, polislər daha da artacaq.
Grand Theft Auto: San Andreas
Grand Theft Auto: San Andreas — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən paylanmış 2004-cü ilin döyüş-macəra videooyunu. Bu "Grand Theft Auto" oyun seriyasının bir hissəsidir. Oyunun baş qəhrəmanı Carl "CJ" Johnson-dur. O, anasının ölüm xəbərini eşidəndə San Andreas ştatındakı məmləkətinə qayıdır. CJ, öyrənir ki, keçmiş dəstəsi əvvəllər nəzarət etdikləri ərazilərin əhəmiyyətli bir hissəsini itirib. Oyun boyu o, dəstəsini yenidən qurmaq üçün çalışır, rüşvətxor polislər və təhlükəli cinayətkarlarla dolu qarşıdurmalara girir və yavaş-yavaş anasının ölümü ilə bağlı sirri açır. Oyunda personaj üçüncü şəxs baxış bucağından idarə olunur. Oyun dünyasında hərəkət etmək üçün piyada gəzmək və nəqliyyat vasitələrindən istifadə etmək mümküdür. Oyunçu Los Santos (Los-Anceles), San Fierro (San-Fransisko) və Las Venturas (Las-Veqas) kimi şəhərləri əhatə edən San Andreas ştatının açıq dünyasını kəşf edə bilər. Oyunun hekayəsi Los-Ancelesdə baş vermiş real hadisələr əsasında hazırlanıb.
Grand Theft Auto: Vice City
Grand Theft Auto: Vice City — Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən yayımlanmış 2002-ci il tarixli döyüş-macəra video oyunu. Grand Theft Auto: III 2001-ci ildə buraxıldıqdan sonra Grand Theft Auto seriyasındakı giriş oyunlarından biri olmuşdur. 1986-cı ildə cərəyan edən oyun hekayəsi, italyan mafiya üzvü Tommi Versetti və onun Mayami əsasında hazırlanmış Vays Sitidə Toni Montanadan ilhamlanaraq macəralarından bəhs edir.