TİKANBAŞLILAR

сущ. зоол. колючеголовые, скребни (черви, паразитирующие в зрелом состоянии в кишечнике позвоночных животных)
TİKANBALIQŞƏKİLLİLƏR
TİKANCIQ
OBASTAN VİKİ
Tikanbaşlılar
Tikanbaşlılar (lat. Acanthocephala) — heyvanlar aləminə aid heyvan tipi. Yetkinlik məhələsində onurğalıların bağırsaqlarında, sürfələri onurğasız su heyvanlarının bədən boşluğunda yaşayır. 750 növü təsnif olunub. == Ümumi xarakteristika == Tikanbaşlılar bir çox əlamətlərinə-silindrik bədən formasına, kutikula və hipodermanın quruluşuna, ilk bədən boşluğuna, bədəni təşkil edən azsaylı hüceyrələrinə görə dəyirmi qurdlara oxşardırlar. Eyni zamanda tikanbaşlılarda protonefridial tipli ifrazt sistemi, dəri-əzələ kisəsinin quruluşu, bağırsağın ixtisar olunması, lentşəkilli qurdların skoleksində olduğu kimi, başcığında qarmaqcıqlarla təchiz olunmuş sorucu xortumu, sürfələrinin sistiserkə oxşarlığı və s. onları yastı qurdlara yaxınlaşdırır. == Xarici quruluşu == Tikanbaşlıların en kəsiyi dəyirmi formada olub, müxtəlif ölçülü bədənə malikdirlər. Bədənləri xaricdən buğumlu olsa da, metamerlik müşahidə olunmur. Parazitin bədəninin ön hissəsində xortum yerləşir.

Значение слова в других словарях