tireodin 2021
tireoidektomiya
OBASTAN VİKİ
Autoimmun tireoidit xəstəliyi
Haşimoto tiroiditi və ya autoimmun tiroidit qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur(~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. Əlamətlər Haşimoto tidoiditinin əlamətləri Hipotireoz əmalətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. Müalicə Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı günlük olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.