TİRNAK
TİRYAKİ
OBASTAN VİKİ
Tiryaki Həsən Paşa
Tiryaki Həsən Paşa, (? — ö. 1611 Budin) Kanija müdafiəsi ilə məşhurlaşan Osmanlı paşasıdır. == Həyatı == Doğum tarixi və yeri dəqiq bilinməsə də, qəhvəni çox sevdiyi üçün "Tiryaki" ləqəbi ilə tanınmışdır. Bir çox xarici dil bildiyi üçün əsasən sərhəd əyalətlərdə vəzifələndirilmişdir. Ən uzun müddət durduğu vəzifə Zigetvar hakimliyidir (20 il). Əndərunda yetişdirilib. 1574 tarixində Sultan III. Murad taxta çıxdığı zaman onun rikabdarı olmuşdur. Saraydan ayrıldıqdan sonra təqribən 20 il Zigetvar bəyi və sonra da bəylərbəyi olmuşdur. Rəvayətə görə, Əflak səfəri zamanı ətrafındakı əsgərlərin geri çəkilməsindən əsəbləşən Həsən paşa tək başına düşmən üzərinə yürümüş, ancaq kəndxudası atın yüyənini tutaraq buna mane olmuşdur.
Mehmet Rüştü Tiryaki
Mehmet Rüştü Tiryaki (1971, Diyarbəkir) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı. == Həyatı == Mehmet Rüştü Tiryaki 1971-ci ildə Diyarbəkir ilində anadan olub. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. 1989-cu ildən Səhiyyə Nazirliyinə tabe olan səhiyyə müəssisələrində çalışıb. Bu müddət ərzində Səhiyyə və Sosial Xidmət İşçiləri İttifaqının (SES) qurucu üzvü olub. İctimai İşçilərin İttifaqı Konfederasiyasında (KESK) hüquq məsləhətçisi, Təhsil və Elm İşçiləri İttifaqında (EĞİTİM SEN) isə hüquqşünas vəzifələrində çalışıb. Siyasi fəaliyyəti ərzində HDP və YSP üzvü olub. 2015-ci ildən HDP-nin Ali Seçim Şurasının nümayəndəsi vəzifəsində çalışır. 2022-ci ilin iyulunda HDP Məclisinin üzvü seçilib. HDP İdarə Heyətinin üzvü və həmsədrin müavini vəzifələrində çalışıb.