TONIGHT

tonight1

n bu gün axşam; bu gün gecə

tonight2

adv bu gün axşam; He’ll come tonight O bu axşam gələcək

TONIC
TONNAGE
OBASTAN VİKİ
Hollywood Tonight
"Hollywood Tonight" — Maykl Ceksonun ölümündən sonra çıxarılmış "Michael" albomuna daxil olan mahnı. 2011-ci ilin mart ayında həmin albom 1,5 milyon nüsxə satış və 3 milyon dəfə internetdən yükləmə sayına görə sertifikat almışdır. "Hollywood Tonight" mahnısı 11 fevral 2011-ci ildə Epic Records tərəfindən həmin albomdan olan ikinci sinql kimi satışa çıxarılmışdır. Mahnının danışıq hissələri Maykl Ceksonun əmioğlusu Taryll Jackson tərəfindən ifa edilmiş, Teddy Riley tərəfindən yazılmışdır. Mahnının klipi isə 10 mart 2011-ci ildə təqdim edilmişdir. Klipdə Əlcəzair doğumlu rəqqasə Sofia Boutella Maykl Cekson kimi paltar geyinib, 60 nəfərlə birgə onun kimi rəqs edir. == Çıxarılması == Mahnı Maykl Cekson tərəfindən "Invincible" albomunun hazırlanması zamanı yazılmışdır. Lakin o zaman mahnı alboma daxil edilməmişdir. Birdə Maykl 2007-ci ildə bu mahnı üzərinə qayıtmış və prodüser Theron "Neff-U" Feemster ilə birgə mahnı üzərində işləməyə başlamışdır. Cekson mahn ının sözlərinin ilkin variantını hələ 1999-cu ildə yazmış, daha sonra isə dostu və iş ortağı Bred Bakserlə birgə musiqi üzərində çalışmağa başlamışdır.
I Can Lose My Heart Tonight
I Can Lose My Heart Tonight (azərb. Mən bu axşam ürəyimi itirə bilərəm‎, oxunuşu: Ay kən luz may hart tünayt) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilən mahnısıdır. Bu mahnı C. C. Catch-in Catch the Catch albomuna daxil olan ilk mahnıdır. Mahnı klipinin bir neçə versiyası mövcuddur.. == Klip == "I Can Lose My Heart Tonight" mahnısı C. C. Catch-in Catch the Catch albomuna daxil olan 1-ci mahnıdır. Mahnının prodüseri və sözlərinin müəllifi Diter Bolen-dir. Diter Bolen mahnını ilk dəfə 31 iyul 1985-ci ildə Karolinanın ad günündə çıxarmışdır. İlk dəfə mahnının Tomas Anders tərəfindən ifa edilməsi planlaşdırılmışdır. Lakin mahnının müəllifi Diter Bolen "I Can Lose My Heart Tonight" mahnısının Modern Talking qrupu üçün kifayət qədər yaxşı hesab etmirdi. "I Can Lose My Heart Tonight" mahnısı İspaniyanın Spanish Singles Chart hit-paradında 7-ci yerə yüksəlmişdir.
I Can Lose My Heart Tonight '99
I Can Lose My Heart Tonight '99 – C. C. Catch tərəfindən 1998-ci ildə ifa edilmiş mahnıdır. == Tarixi == 1999-cu ilin 11 yanvar ayında C. C. Catch Diter Bolenin müraciəti ilə yenidən musiqi səhnəsinə qayıdaraq, ilk ifa etdiyi "I Can Lose My Heart Tonight" mahnısının Remiks formasını ifa edir. Mahnının bu versiyası ilk versiyadan nisbətən zəif idi. Demək olar ki, yeni versiya rep janrında idi. Klipdə rep sözlərini Kreyzi adlı repçi ifa edir. Lakin buna baxmayaraq mahnı bir sıra hit-paradlarda yer tutmuşdu. Mahnı 1999-ci ilin Yanvar ayında yazılmışdır.