TONUS

сущ. тонус:
1. мед. длительное, не сопровождающееся утомлением возбуждение нервных центров и мышечной ткани, обусловливающее определенное функционирование органов и тканей. Sinir mərkəzinin tonusu тонус нервного центра, qan damarları divarlarının tonusu тонус стенок кровеносных сосудов, əzələ tonusu мышечный тонус, пластик тонус пластический тонус
2. жизненная активность, жизнедеятельность. Həyat tonusunu qaldırmaq поднять жизненный тонус, tonusun azalması понижение тонуса (гипотония)
TONOQRAFİYA
TONUSDANDÜŞMƏ
OBASTAN VİKİ
Əzələ tonusu
Sakitlik halında insanın əzələləri qismən yığılır. Əzələlərin belə qismən yığılma vəziyyəti-onlar gərgin olur, lakin hərəkətə xidmət etmirlər -əzələ tonusu adlanır. Əzələlərin belə gərginliyi daxili orqanların normal vəziyyətini və müəyyən pozanı saxlamaq üçün vacibdir. Yuxuda və ya narkozda olarkən əzələ gərginliyi bir qədər azalır, bədən boşalır. Əzələ tonusunun təmiz yox olması ancaq ölüm zamanı olur. əzələ tonusunun yüksəkliyi Mərkəzi Sinir Sisteminin (MSS) funksional vəziyyətindən asılıdır. Skelet əzələlərinin tonusu onlara onurğa beynin hərəki neyronlarından böyük intervalla ardıcıl gələn sinir impulsları ilə bağlıdır.Bu neyronların aktivliyi MSS-nin yuxarıda yerləşən şöbələrinin impulsları ilə, həmçinin əzələlərin özündə yerləşən reseptorlarla əlaqəlidir. Əzələ tonusu koordinativ hərəkətlərin yerinə yetirilməsində,bədənin sabitliyi və vəziyyətində mühüm rol oynayır. Əzələ tonusu reflektor təbiətə malikdir.Müəyyən olunmuşdur ki,skelet əzələlərinin tonuslaşmasında əsas rolu "tonik sakit" əzələ lifləri oynayır. Onlar yığılma və boşalmanın kiçik sürəti ilə fərqlənirlər, bunun üçün də oyanma ritmi belə kifayət edir ki,əzələ lifləri uzun müddət yığılma vəziyyətində qalsın.

Значение слова в других словарях