Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Analitik
Analitik (alm. Analityk‎; fr. Analytique; ing. Analytic; yun. analytike)- Aristoteldə formal məntiqlə eyni mənada işlədilir: birinci analitiklər, ikinci analitiklər və s. XX əsr fəlsəfəsində cərəyandır, mahiyyət etibarı ilə fəlsəfənin ənənəvi qrupları, istiqamətləri, həmçinin problemlərin məzmununun aydınlaşdırılmasını dilin təhlilində görən ayrı-ayrı filosofları birləşdirir. Müasir dönəmdə analitik informasiya termini daha çox işlədilir. Analitik informasiya daha ətraflı, izahlı xəbər deməkdir.
Analitik dillər
Analitik dillər - Müxtəlif qrammatik əlaqələri ifadə etmək üçün söz sırasından, köməkçi sözlərdən, intonasiya vasitələrindən, əvəzliklərdən və s. istifadə edən dillər. Məs.: fransız, ingilis, alman dilləri analitik dillərdəndir.
Analitik fəlsəfə
Analitik fəlsəfə (ing. Analytic philosophy) — XX əsrin ənənəvi fəlsəfi dünyaörüşlərinə qarşı çıxmaqla yaradılmış fəlsəfi bir məktəb. Bu məktəb həmçinin analiz, lingivistik analiz, məntiqi analiz, fəlsəfi analiz, Kembric (Canbridge) analiz məktəbi və Oksford fəlsəfəsi kimi adlarla da tanınmışdır. == Yaradıcılar və nümayəndələr == Analitik fəlsəfənin qurucuları Kəmbric filosoflari G.E.Moore və Bertrand Russell olmağla birlikdə hər iki filosof da Alman filosofu və riyaziyyatçi Gottlob Frege və bu fəlsəfənin ən görkəmli nümayəndələrindən (Alman və Avstriya əsilli) Ludwig Wittgenstein, Rudolf Carnap, Kurt Gödel, Karl Popper, Hans Reichenbach, Herbert Feigl, Otto Neurath ve Carl Hempel kimi alimlərdən təsirlənmişdilər. İngiltərədə Rusell və Mooreni C. D. Broad, L. Stebbing, Gilbert Ryle, A. J. Ayer, R. B. Braithwaite, Paul Grice, John Wisdom, R. M. Hare, J. L. Austin, P. F. Strawson, William Kneale, G. E. M. Anscombe və Peter Geach, Amerikada isə Max Black, Ernest Nagel, C. L. Stevenson, Norman Malcolm, W. V. Quine, Wilfrid Sellar və Nelson Goodman Avstralya'da A. N. Prior, John Passmore və J. J. C. Smart davam etdirmişdir. == Əsas yanaşma == Analitik fəlsəfə mütləq varlığı və idealist görüşünə qarşı çıxmış bir istiqamətdir. Analitik fəlsəfədə biliklərlə bağlı anlayışların linqivistik cəhətdən analiz edilməsi və fəlsəfədə qarışıq və mürəkkəb mənalı kəlimələrin və ya anlayışların, hətta yanlış qurulan sualların təhlili ilə məşğul olur. == Analitik fəlsəfə barədə əlavə məlumatlar == Analitik fəlsəfə pozitivizmin 20-ci əsrdəki müasir şəklidir. Neo-pozitivizm və ya məntiqçi pozitivizm olaraq da bilinən bu anlayışa görə fəlsəfənin əsl məşğuliyyət sahəsi dildir. Bu yanaşmaya görə fəlsəfə varlıq, dəyər və tanrı barəsində doğruluğu test edilə bilməyən təlimlər irəli sürməməlidir.
Analitik həndəsə
Analitik həndəsə- həndəsə bölməsi; nöqtə, düz xətt, müstəvi, vektor, ikitərtibli xətt, ikitərtibli səth və onlara dair məsələləri öyrənir. Həndəsi işə Cəbriyyə analizi tətbiq edən və Cəbriyyə problemlərin həllində həndəsi anlayışları istifadə edən bir riyaziyyat sahəsi. Rene Dekart cəbr və həndəsəni birləşdirən analitik həndəsənin ixtiraçısıdır. Əsas tədqiqat vasitələri koordinat üsulu və cəbri üsullardır. Koordinat üsulu 17-ci əsrdə astronomiya, mexanika və texnikanın sürətli inkişafı ilə əlaqədar yaradılmışdır. Müasir dövrdə düzbucaqlı Dekart koordinat sistemindən başqa daha ümumi olan afin koordinat sistemi və digər koordinat sistemlərindən istifadə edilir. Düz xətt üzərində nöqtənin bir, müstəvi üzərində iki (x – absis, y – ordinat), fəzada isə üç (x – absis, y – ordinat, z – aplikat) koordinatı olur. Müstəvi üzərində xətt koordinatları f(x,y)=0 tənliyini ödəyən nöqtələr çoxluğu kimi tərif olunur. f(x,y) funksiyası x və y dəyişənlərinə nəzərən n dərəcəli çoxhədli olarsa, f(x,y)=0 xəttinə n tərtibli cəbri xətt deyilir. Analitik həndəsədə bir və ikitərtibli cəbri xətlər öyrənilir.
Analitik kimya
Analitik kimya — maddələrin tərkibinin tədqiqat metodları haqqında elm. Analitik kimyanın predmeti analiz metodları işləyib hazırlamaq, onların praktiki həyata keçirilməsini müəyyənləşdirməklə yanaşı bu metodların nəzəri əsaslarını yaratmaqdan ibarətdir. O iki müxtəlif bölmədən ibarətdir: keyfiyyət analizi (vəsfi analiz) və miqdari analiz. Vəsfi analiz üsullarının köməyi ilə bizi maraqlandıran maddənin hansı kimyəvi komponentlərdən təşkil olunduğunu müəyyən etmək olar. Miqdari analizin məqsədi analiz olunan maddənin tərkibinə daxil olan kimyəvi elementlərin miqdarca nisbətini müəyyən etməkdir. Eləcə də analiz olunan nümunənin vahid həcminə və ya kütləsinə daxil olan elementin və ya digər tərkib hissəsinin kütləsini və ya qatılığını bilmək çox vacibdir. == Növləri == Kimyəvi analiz sırasıyla kalitatif (keyfiyyət) və kantitatif (nicel) olmaq üzrə iki şəkildə tətbiq olunur. Bir maddənin hansı komponentlərdən (element və ya mürəkkəblərdən) meydana gəldiyini tapmağa yarayan analiz növünə kalitatif; bu komponentlərdən hər birinin nə formada olduğunu tapmağa yarayan analiz növünə də kantitatif analiz deyilir. Kantitatif analiz, metodlar cəhətdən klassik və müasir olmaq üzrə ikiyə ayrılar. Klassik metodlar maddənin ağırlıq və həcm xüsusiyyətlərinə söykənən metodlardır.
Analitik mexanika
Analitik mexanika — klassik mexanika (nəzəri mexanika) bölməsi; maddi nöqtələr və ya cismlər sisteminin sonlu sayda parametrlərlə dəqiq müəyyən edilə bilən vəziyyətini öyrənir. == Haqqında == Analitik mexanika əsasən, mümkün yerdəyişmələr prinsipi, kanonik çevirmələr (tənliklər), hərəkətin dayanıqlığı, cazibə nəzəriyyəsi və s. məsələləri əhatə edir. Analitik mexanika ayrıca elmi fənn kimi 18-ci əsrdə yaranmışdır. Bu, analitik rabitələr, ümumiləşmiş koordinatlar, sərbəstlik dərəcəsi və s. sahəsində görkəmli alimlərin (L.Eyler, J.D’Alamber, J.Laqranj və başqaları) elmi işlərinin sayəsində olmuşdur. Analitik mexanika sonrakı inkişafına mümkün yer dəyişmələr prinsipi, ümumiləşmiş impuls, Hamilton funksiyası, inteqral invariantları, hərəkətin dayanıqlığı və s. sahəsində mühüm tədqiqatları olan K.Qauss, U.Hamilton, K.Yakobi, M.Ostroqradski, A.Puankare, A.Lyapunov və başqa alimlərin işləri təkan vermişdir. Analitik mexanika metodları nəzəri fizikanın bir çox sahələrinə (klassik sahə nəzəriyyəsi, kvant mexanikası, nisbilik nəzəriyyəsi və s.) də tətbiq edilir. == Mənbə: == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Analitik psixologiya
Analitik psixologiya - psixodinamik istiqamətlərədn biri. Analitik psixologiyanın banisi K.Q.Yunq Freydin libidonu psixi enerji kimi interpretasiya etməsinə, nevrozların seksual mənşəli olduğunu iddia etməsinə, psixikanı kompensasiya prinsipi ilə işləyən qapalı avtonom sistem kimi təqdim etməsinə və s. etiraz edərək, insan psixikasında fərdi qeyri-şüurilikdən savayı, həm də daha dərin bir qatın – kollektiv qeyri-şüurilik mövcud olduğunu iddia edir. Yunqa görə bu kollektiv qeyri-şüuriliyin məzmununu bilavasitə müşahidə obyekti olmayan, lakin ətraf aləmdəki proyeksiyaları vasitəsilə qavranıla bilən ümumbəşəri ilk obrazlar – arxetiplər təşkil edir, hansılar ki, özlərini daha çox müxtəlif mifologiyalarda, simvolikalarda və s. büruzə verir.
Onlayn analitik emal
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədi ilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. == Ümumi məlumat == Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. == Analitik analizin imkanları == OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Analitik kimyanın inkişaf tarixi
Analitik kimyanın inkişaf tarixi Analitik kimyanın tarixi çox qədimdir. Bəzi xammal və hazır məhsulların tərkibini vəsfi cəhətdən təyin etmək üsulları hələ eramızdan əvvəl çox əvvəlki dövrlərə aiddir. Dəmir, mis, qurğusun və s kimi metalları, onlarin filizlərdən istehsal etməyi, gildən hazırlanması və onların üzərinə müxtəlif rəngli arnamentlərin çəkilməsini kəşf edən insanlar əvvəlcə onları sınaqdan keçirmiş , sonra isə nisbətən geniş miqyasda tətbiq etməyə başlamışlar. Qızıl və gümüşün təmizlik dərəcəsinin yoxlamaq kimi kimyəvi analiz üsulları qədim misirlilərə məlum imiş.16-cı əsrdə italiya alimi V. Birinqççio və alman alimi Q. Aqrikola ilk dəfə olmaq eetibarilə ətraflı və ardıcıl "quru üsul" analizi tərtib etmişlər. Qədim rus dövlətində dəmir və misin əridilməsi, müxtəlif ərintilərin, şüşənin hazırlanması üsulları və tətbiqi məlum idi. 1581-ci ildə İvan Qroznunun təşəbbüsü ilə Moskvada ilk aptek açılır. O zaman aptekler istehsal olunan maddələrin və filizin analizi ilə məşğul olmaq vəzifəsini daşıyırdı. I Pyotr vaxtında Moskvada 8 belə aptek varidi. Kimyəvi analizin böyük əhəmiyyətə malik olmasını başa düşən I Pyotr 1720-ci ildə Peterburqda ilk texniki kimyəvi laboratoriyası təsis edir, burada filiz və tikinti materiallaı analiz edilməyə başlayır. 1725-ci ildə Rusiyada elmlər akademiyası təsis edilir.
ECORES - Ekoloji Analitik İnformasiya Agentliyi
Ekoloji Analitik İnformasiya Agentliyi ECORES (ing. ECORES - Information Analytic Environment Agency) - Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatı (1995). == Haqqında == ECORES Agentliyi Azərbaycanda ilk müstəqil ekoloji informasiya təşkilatıdır 1995-ci ildə təsis edilmişdir. ECORES qeyri-kommersiya, qeyri-hökumət ekoloji təşkilatıdır. Təşkilat Azərbaycanda ekoloji vəziyyətin təhlili ilə məşğul olur və əsas məqsədi ictimaiyyəti ətraf mühit və ölkənin resursları barədə məlumatlandırmaqdır. Onun missiyası ümumi ictimaiyyətin məlumatlılığını artırmaqla Azərbaycanın ətraf mühitini qorumaqdır. == Məqsəd == Ətraf mühitin yaxşılaşdırılması, real ekoloji vəziyyət, ölkənin resursları, inkişaf etmiş dünyada ekoloji problemlərin həlli təcrübəsi və Azərbaycanda ən yaxşı beynəlxalq təcrübənin tətbiqi məqsədlərinə nail olunması ECORES təşkilatının əsas məqsədidir. == Vəzifələr == Təşkilat məqsədlərinə nail olmaq üçün aşağıdakı vəzifələri həll etmək niyyətindədir: Ətraf mühit və resurslar haqqında məlumat toplamaq, təhlil etmək və yaymaq. Azərbaycan ətraf mühitinin coğrafi informasiya sistemlərinin (GİS) yaradılması. Müstəqil ekoloji auditin təşkili və həyata keçirilməsi.
Analitika mərkəzi
Araşdırma mərkəzi və ya siyasi tədqiqat institutu (ing. think tank; policy institute; research institute) — ölkələrin siyasi qərar qəbulu prosesində idarəçilərə doğru və həqiqi siyasətlər müəyyən etmək məqsədi ilə müxtəlif tövsiyələr və hesabatlar nəşr edən araşdırma mərkəzidir.
Veb-analitika
Veb-analitika – veb-saytların keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması üçün istifadəçilər haqqında informasiyanın yığılması, ölçülməsi, tədqiqi, təsviri və interpretasiyasıdır. Veb-analitika internet-marketinqin fundamental əsasını təşkil edir, onun tərkib hissəsidir. Veb-analitika, internet-texnologiya və marketinq kommunikasiyaları sahəsində biliklərin məcmusudur. Veb-analitikanın əsas məqsədlərindən biri veb-saytların monitorinqinin aparılmasıdır. Veb-analitikanın tətbiqi ilk baxışda göründüyündən daha genişdir. O, yalnız şəbəkənin fəaliyyəti və saytın ziyarətçilərinin təhlilindən ibarət deyil. Veb-analitikanın köməyi ilə marketinq şirkətlərini proqnozlaşdırmaq, bazarı təhlil etmək, alıcıların mallara münasibətinin monitorinqini aparmaq və s. mümkündür. Veb təhlil edilir, üç mərhələyə: məlumat toplamaq, təhlil etmək, məlumatlar və davranış dəyişdirmək daha səmərəli. == İstinadlar == == Mənbə == Веб-аналитика : анализ информации о посетителях веб-сайтов.
Diplomlu maliyyə analitiki
Biznes analitikası
Biznes analitikası rəhbər işçilər, menecer və digər korporativ son istifadəçilərə əsaslandırılmış biznes qərarları qəbul etməkdə kömək edən faydalı məlumatların təqdim edilməsi və verilənlərin analizi üçün texnoloji prosesdir. Biznes analitikası analitik nəticələrin alınması üçün operativ işçilərə, qərar qəbul edən korporativ səxslərə əlçatan olan daxili sistem və xarici mənbələrdən məlumatları toplayan, onların təhlilini, həmin verilənlərə sorğuları işləyib hazırlayan və yerinə yetirən, həmçinin hesabat, informasiya paneli, vizual verilənlər yaratmağa imkan verən geniş spektrli alətlər, tətbiqi proqramlar və metodologiyalardan ibarətdir.
Analgetik maddələr
ANALGETİK MADDƏLƏR – ağrı hissini aradan qaldıran və ya zəiflədən dərman preparatları. Analgeziya (ağrıkəsən) təsirinə müxtəlif farmakoloji qrup preparatları malikdir. Bu, daha çox opioid reseptorlarla qarşılıqlı əlaqədə olan narkotik, opioid Analgetik maddələrdə təzahür edir. Analgetik maddələr anesteziologiyada, əsasən, ümumi anesteziya və cərrahiyə əməliyyatından sonrakı ağrını götürmək üçün istifadə edilir. Bu qrup Analgetik maddələrin əsas nümayəndələri morfin, fentanil (remifentanil), omnopon, promedol, trimeperidin, prosidol, butorfanol, moradol, stadol, nalbufin, tramadoldur. Analgetik aktivliyinə görə buprenorfin (tebain alkaloidinin yarımsintetik törəməsi) morfindən 20–50 dəfə üstündür və kiçik cərrahi əməliyyatlardan sonra intensiv ağrıları götürmək üçün təyin edilir. Opioid Analgetik maddələrin universal antaqonisti naksolondur; opioidlərin təsirini tez dayandırmaq və onları bütün opioid reseptorlardan xaric etmək üçün istifadə olunur. Qeyri-narkotik Analgetik maddələrə pirazolonun (amidopirin, analgin, antipirin, butadion), anilinin (antifebrin, parasetamol, fenasetin), salisil turşusunun törəmələri (asetilsalisil turşusu, natrium-salisilat, salisilamid) aiddir. Ağrı götürmə aktivliyinə görə onlar narkotik Analgetik maddələrdən xeyli geri qalır. Bundan əlavə onlar ancaq bəzi növ ağrılar (nevralgik, baş, diş və s.) zamanı effektlidir.
Katalitik krekinq
Katalitik kreking- neft fraksiyalarının, yüksək oktan ədədli benzin, yüngül qazoyl və doymamış yağlı qazlar almaq üçün, katalitik termiki emalıdır. == Ümumi məlumat == Katalitik kreking- neftin dərin emalını təmin edən əsas proseslərdən biridir. Katalitik krekingin sənayeyə tətbiqi (20-ci əsrin 30-cu illərində ABŞ-da) (E. Qudri, 1936 il) uzunmüddətli istismara malik olan alümosilikat əsasında katalizatorların yaranmasına təsir göstərdi. Bu prosesin əsas müsbət cəhəti- onun böyük istismar çevikliyinə malik olmasıdır: propilen, izobutan və butilenlə zəngin olan yüksək oktan ədədli benzin və qazın alınması ilə neftin müxtəlif fraksiyalarının emalının mümkünlüyüdür: diqər proseslərlə əvəz olunmasının asanlığı, məs.: alkilləşmə, hidrokreking, hidrotəmızləmə, deasfaltlaşma və s. Neftin emalında krekingin belə universal olmağı onun neft emalında böyük əhəmiyyət kəsb etdiyini göstərir. == Xammal == Hal-hazirda katalitik kreking üçün xammal vakuum qazoyludur –qaynama temperaturu 350-500 °C olan birbaşa qovulan fraksiya. Qaynamanın sonu xammalın tərkibində metalın qalması və kokslaşması ilə (0,3%-dən artiq olmamalıdır) təyin olunur. Fraksiya, kükürdlü birləşmələri yox etmək və kokslaşmanı azaltmaq üçün əvvəldən hidrotəmizləməyə uğrayır. Bəzi (UOP, İFP) kimi kompaniyalarda ağır fraksiyaların katalitik krekinqi üçün bir sıra işlənib-hazırlanmış proseslər var –məs. Mazutun( 6-8% kokslaşmaya qədər).
Katalitik riforminq
Katalitik riforminq - katalizator iştirakı ilə birbaşa distillə yolu ilə alınmış benzinin tərkibində alkanların izomerləşməsi, naftenlərin dehidrogenləşməsi, arenlərin dealkilləşməsi, alkanların və naftenlərin aromatikləşdirilməsi prosesidir.katalitik rifominq C7 C10 karbohidrogenlərin aşaği oktan ədədi ilə aromatiklərə malik olan izo parafinlər çevrilməsi prosesidir. Bu prosesi aparmaqda əsas məqsəd aşağı oktanlı benzin fraksiyalarından yüksəkoktanlı komponentler istehsal etməkdir. İlk distillə benzinlərindən başqa xammal kimi kokslaşma, termiki krekinq ve hidrokrekinq proseslərindən alınan benzin fraksiyalarından da xammal kimi istifadə etmək olar. Bütün bu fraksiyaların neftə görə çıxar faizi bir o qədər də yüksək deyil. Ona görə də riforminq qurğularının məhsuldarlığı katalitik krekinqə nisbətən az olur. Riforminq prosesləri üçün katalizatorların seçilməsi onda gedən reaksiyaların mexanizminə əsasən aparılır. İstifadə olunan katalizatorun təbiətinə uyğun olaraq riforminq proseslərinin aşağıdakı növləri fərqləndirilir: - platforminq (katalizator platindir); - reniforminq (katalizator reniumdur); - molibden katazlizator üzərində riforminq. Sonuncu riforminq prosesi geniş istifadə olunmur. Çünki, molibden katalizaotrları zəif katalitik aktivliyə malikdirlər. == İstinadlar == Dərslik: "KİMYA" 11-ci sinif, Bakı, "Aspoliqraf", 2014.
Dispersiya analizi
Dispersiya analizi bir və ya bir neçə asılı göstəricilər ilə bir və ya bir neçə asılı olmayan parametrlər arasında münasibətin analizinə xidmət edir. Bu yoxlama üsulu prosesin giriş parametri və çıxış göstəriciləri arasında mövcud olan asılılığın aşkar edilməsi üçün zəmin yaradır. Ona riyazi statistikada çox vaxt struktur yoxlanması da deyilir. Dispersiya analizi eksperimentlərin planlanmasının əsası sayılır. Dispersiya analizi təsadüfi metrik dəyişənlərin müxtəlif qruplardakı (həmçinin siniflərdə) riyazi gözləməsinin fərqlənməsini yoxlayır. Yoxlama üsulu ilə qruplar arasında yaranan dispersiya ilə qrup daxili dispersiya arasındakı fərqin böyük olub-olmaması dəqiqləşdirilir. Bunun sayəsində qrupların bölünməsinin əhəmiyyətli və ya əhəmiyyətsiz olmasını görmək olur. Əgər qruplar arasındakı fərq böyük olarsa, onda ehtimal olunur ki, onlara müxtəlif qanunauyğunluqlar təsir edir. Digər tərəfdən nəzarət qrupunun eksperiment qrupu ilə identik olması aydınlaşdırılır. Dispersiya analizinin növü faktorların sayı ilə müəyyən edilir.
Faktor analizi
Faktor analizi — dəyişənlərin qiymətləri arasında qarşılıqlı əlaqələri öyrənmək üçün nəzərdə tutulan çoxölçülü metoddur. Qəbul edilir ki, məlum dəyişənlər naməlum dəyişənlərdən və təsadüfi səhvlərdən az asılıdırlar. == Faktor analizinin məqsədi == Dəyişənlər arasında qarşılıqlı əlaqənin müəyyən olunması (dəyişənlərin təsnifatı) Verilənlərin təsviri üçün vacib olan dəyişənlər sayının azaldılmasıAnaliz zamanı öz aralarında korelyasiya olunmuş dəyişənlər bir faktorda birləşirlər. Nəticədə faktorların sadə və anlamlı strukturu əldə olunur. == Faktor analizinin tipləri == Determinə olunmuş (funksional) – nəticə göstəruicisi faktorların həndəsi cəmi kimi verilir Stoxastik (korelyasiya) – faktor və nəticəvi göstəricilər arasında əlaqə dəqiq deyil və ehtimala söykənir.
Maliyyə analizi
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər: Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq; Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək; Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək; Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq; İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək; Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək; == Şirkət səviyyəsində analiz == Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər: Gəlirlilik – həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə gəlir əldə etmək və artımı saxlamaq qabiliyyətidir. Adətən, şirkətin gəlirlilik dərəcəsi şirkətin fəaliyyət nəticələri haqqında hesabat verən mənfəət və zərər hesabatına əsaslanır; Ödəmə qabiliyyəti – uzunmüddətli perspektivdə kreditorlar və başqa üçüncü şəxslər qarşısında öhdəliklərini ödəmək qabiliyyətidir; Likvidlik – təcili öhdəliklərin yerinə yetirilməsi zamanı müsbət pul axınını dəstəkləmək bacarığıdır; Stabillik – firmanın və yaxud şirkətin öz fəaliyyətini həyata keçirərkən əhəmiyyətli itkilərə məruz qalmadan, uzunmüddətli perspektivdə biznesdə qalmaq qabiliyyətidir. Şirkətin sabitliyinin qiymətləndirilməsi həm mənfəət və zərər hesabatının, həm də mühasibat balansının, həmçinin, başqa maliyyə və qeyri-maliyyə göstəricilərinin istifadəsini tələb edir.Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir. == Üsullar == Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər: Keçmiş göstəricilər – eyni şirkət üçün tarixi dövrlər üçün (məsələn, son 5 il ərzində) Gələcək göstəricilər – Tarixi şəxsiyyətlərdən və müəyyən riyazi və statistik üsullardan, o cümlədən indiki və gələcək dəyərlərdən istifadə etmək yolu ilə,bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər. Müqayisəli göstəricilər – oxşar şirkətlər arasında müqayisəMaliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.Məsəl üçün, bir qrup maddələr xalis gəlirin faizi kimi ifadə edilə bilər. Müəyyən bir müddət ərzində eyni göstəricinin mütənasib dəyişiklikləri faizlə ifadə edildikdə, bunu horizontal analiz adlandırırlar.Şaquli və yaxud ümumi ölçülü təhlil bəyanatdakı bütün maddələri bəzi əsas dəyərin faizi kimi "ümumi ölçüyə" endirir və bu da müxtəlif ölçülü digər şirkətlərlə müqayisə olunmağa kömək edir.
PEST analizi
PEST təhlili (siyasi, iqtisadi, sosial-mədəni və texnoloji) strateji idarəetmənin ətraf mühitə nəzarət komponentində istifadə olunan makro ekoloji amillərin çərçivəsini təsvir edir. Strateji təhlil apararkən və ya bazar araştırması apararkən xarici təhlilin bir hissəsidir və nəzərə alınması lazım olan müxtəlif makro ətraf mühit amilləri haqqında məlumat verir. Bazarın inkişafı və ya tənəzzülü, iş mövqeyi, potensial və fəaliyyət istiqamətlərini anlamaq üçün strateji bir vasitədir. PEST çərçivəsində qurulan variantlara aşağıdakılar daxildir: Hüquqi və ekoloji amillər özündə birləşdirən PESTEL və ya PESTLE . Bu amil Birləşmiş Krallıqda məşhurdur. SLEPT, hüquqi faktorlar STEPE, ekoloji faktorlar. STEEPLE və STEEPLED etik və demoqrafik (bəzən PESTLEE kimi göstərilir ) amillər. DESTEP, demoqrafik və ekoloji amilllər SPELIT, 2000-ci illərin ortalarından bəri ABŞ-da məşhur olan hüquqi və mədəniyyətlərarası amilləri. PMESII-PT, hərbi baxımdan siyasi, hərbi, iqtisadi, sosial, informasiya, infrastruktur, fiziki mühit və zaman aspektlərinə baxan ekoloji təhlil formasıdır. Həmçinin, sosial-mədəni, texnoloji, iqtisadi, ekoloji və tənzimləyici amilləri nəzərə alan, lakin siyasi amilləri özündə əks etdirməyən STEER də var.
Radiokarbon analizi
Radiokarbon tarixləşdirmə üsulu - karbonun radioaktiv izotopu olan radiokarbonun xüsusiyyətlərini istifadə edərək obyektin yaşının müəyyən edən, izotop yaş təyinində işlədilən üsul. Bu üsul 1940-cı ilin sonlarında Uillard Libbi tərəfindən kəşf edilib və az bir müddətdə arxeoloqlar üçün standart alətə çevrilib. İlk dəfə Libbi (Libby, 1949) tərəfindən nisbətən cavan obyektlərin yaşını təyin etmək üçün təklif olunmuşdur. Karbonun C14 izotopunun parçalanmasına əsaslanır. C14 atmosferin üst təbəqələrində kosmik şüaların neytronlarının atmosfer azotun nüvəsinə təsiri nəticəsində yaranır: N14+nC14+p. C14 oksidləşib CO2 formasına keçir və atmosferin aktiv olmayan CO2 ilə qarışır. Atmosfer CO2 ilə okeanın CO2 arasında gedən mübadilə nəticəsində C14 həll olmuş karbonatlar və bikarbonatlarla qarışır. Canlılar atmosferdən aktiv olmayan CO2 ilə birlikdə C14 də mənimsəyir. Bitkilər və heyvanlar məhv olandan sonra, yaxud dəniz dibinə karbonatlar çökəndə atmosferdən artıq C14 mənimsənilmir, əksinə, toplanmış C14 miqdarı radioaktiv parçalanma nəticəsində azalmağa başlayır. Tədqiq olunan obyektlərdəki C14 konsentrasiyasını (miqdarını) onlara uyğun müasir obyektlərdəki miqdarla müqa¬yisə etməklə tədqiq olunan obyektin izotop yaşı təyin edilir.
Reqressiya analizi
Reqressiya analizi — bir və ya bir neçə asılı olmayan dəyişənin digər asılı dəyişənə təsirinin statistik analiz üsulu. Məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır. Burada asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin özlərini aparmasını izah etmək və onları təsadüfi təsirlərdən ayırd etmək əsas məsələlərdəndir. Asılı olmayan dəyişənlərə reqressorlar və ya prediktorlar, asılı olan dəyişənlər isə kriterial dəyişənlər adlanır. Tədqiqatda yalnız riyazi asılılıq nəzərdə tutulur. Araşdırılan prosesə misal kimi mexaniki emalda kəsmə qüvvəsinin dəyişməsi (asılı olan dəyişən) ilə prosesin gedişini müəyyənləşdirən kəsmə parametrləri (asılı olmayan dəyişən) arasındakı asılılığın təyinini göstərmək olar. Dəyişənlər arasındakı münasibət birölçülü halda y = f ( x ) + e {\displaystyle y=f(x)+e\quad } , formada,n-ölçülü halda isə y = f ( x 1 , x 2 , … , x n ) + e {\displaystyle y=f(x_{1},x_{2},\dotsc ,x_{n})+e\quad } formada axtarılır. Burada y asılı olan dəyişən (parametr), x isə asılı olmayan dəyişənlərdir (parametrlər). f axtarılan və ya qəbul olunmuş funksiyadır. e ilə xətanı təsvir edirlər.
SWOT analizi
SWOT analizi— şəxs və ya təşkilat üçün biznes rəqabəti və ya layihənin planlaşdırılması ilə bağlı Güclü (ing. Strengths), Zəif (ing. Weaknesses) tərəfləri, İmkanları (ing. Opportunities) və Təhdidləri (ing. Threats) müəyyən etməyə kömək etmək üçün istifadə edilən strateji planlaşdırma və strateji idarəetmə texnikası. SWOT analizi ilk dəfə Albert Humphrey tərəfindən 1960–1970-ci illərdə Stanford Universitetində aparılan bir araşdırma layihəsini idarə edərkən istifadə edib. Hazırda bir çox şirkətlər güclü və zəif yönləri anlamaq, eyni zamanda ətrafda olan fürsət və təhlükələrin fərqinə varmaq üçün SWOT analizindən istifadə edirlər. == Xüsusiyyətləri == SWOT təhlili qısaltmanın dörd elementinə diqqət yetirir və şirkətlərə strategiya, fəaliyyət və ya təşəbbüsə təsir edən qüvvələri müəyyən etməyə imkan verir. Bu müsbət və mənfi elementləri bilmək şirkətlərə planın hansı hissələrinin tanınması lazım olduğunu daha effektiv şəkildə çatdırmağa kömək edə bilər. SWOT təhlili tərtib edərkən, insanlar müqayisə üçün hər bir təsir edən elementi yan-yana sadalamaq üçün dörd sütuna bölünmüş cədvəl yaradırlar.
Vektor analizi
Vektor analizi - Riyazi analiz metodlarını vektorlara, ümumiyyətlə iki və ya üç ölçülü məkanda yayan riyaziyyatın bir qolu.
Ayrılan qazların analizi
Ayrılan qazların analizi – nümunənin isidilməsi və ya parçalanması nəticəsində yaranan qazların termiki analizatorlarda tədqiqidir. == Termiki analizatorlarda nümunənin isidilməsi və ya parçalanması ilə yaranan qazların analizi == Ayrılan qazların analizi – termiki analiz üsullarından biridir. Termiki analiz üsulları ilə eyni vaxtda yaranan qazları tədqiq edərkən tədqiq olunan nümunə haqqında ən tam məlumat əldə edilə bilər. === Sinxron termiki analiz (STA) alətləri === Sinxron termiki analiz (STA) alətləri temperaturun proqramlaşdırılmış artımı şəraitində bir nümunəni öyrənmək üçün bir neçə üsuldan bir anda istifadə etməyə imkan verir, məsələn, termoqravimetriya analizi (TGA) və differensial termiki analiz (DTA) və ya TGA və differensial skaner kalorimetriya (DSC) ilə kombinasiyada (birlikdə). Bu tədqiqatların məqsədi nümunənin, baş verən proseslərin başlanğıc mərhələsində və ara mərhələlərdə, eləcə də onun qalığının öyrənilməsidir. Amma nümunənin isidilməsi zamanı ayrılan uçucu maddələr analitiklərin nəzərindən kənarda qalır. Uçucu maddələrin öyrənilməsi olmadan baş verən proseslərin və onların fiziki-kimyəvi təbiəti haqda məlumatın tam və dəqiq əldə edilməsi mümkün deyil. === Ayrılan qazların analizi üçün sistemlər === ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi ==== STA cihazının İQ Furye spektrometri ilə birləşdirilməsi uçucu maddələrin öyrənilməsinin mümkünlüyünü əlavə edir, bununla nümunənin parçalanma mərhələlərinin ardıcıl olaraq ayrılmasını əldə etməyə imkan verir və alınan maddələrin kimyəvi identifikasiyasını təmin edir. İQ Furye spektroskopiya metodu inert və simmetrik iki atomlu molekulları olan qazlar istisna olmaqla, hər hansı bir qazı aşkar etmək üçün istifadə olunur. O, izomerləri ayırmaq və kompleks qarışıqlarda qazları müəyyən etmək üçün istifadə edilə bilər.