ABŞ-Kanada tornadosu (1985)
1985 ABŞ-Kanada dağıdıcı tornadosu, Kanadada Barri tornadosu — 31 may 1985-ci ildə Ohayo, Pensilvaniya, Nyu-York və Ontarioda baş verən ən yüksək — F5 kateqoriyalı tornado. Bu tornado əhatə dairəsinin genişliyinə, gücünə və dağıdıcılığına görə digər tornadolardan fərqləndiyi üçün tarixə düşmüşdür. 1985-ci ilin may ayının 31-də baş verən tornado ABŞ-nin Ohayo, Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini əhatə etmişdir. Bu zaman qeydə alınan 44 tornadonun 14-ü Ontarioda baş vermişdir. Pensilvaniyada bu tornado ən dəhşətli və ölümcül tornado olmuşdur.
Tornado nəticəsində 90 nəfər, o cümlədən təkcə Pensilvaniya ştatında 65 nəfər həlak olmuş, ümumilikdə 1 milyard ABŞ dolları məbləğində iqtisadi zərər dəymişdir ki, onun da 600 milyonu ABŞ-də, 400 milyonu isə Kanadada qeydə alınmışdır.