Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akkord STİK
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement ZavoduAzərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Stiks
Stiks (yun. Στύξ "əcaib", lat. Styx) — yunan mifologiyasında ilk canlıların əmələ gəlmiş olduğu dəhşətin tərənnümü, eyni zamanda şəxsləşdirilmiş mifik çay "Stiks"in obrazı, Okean və Tefidanın qızı , Higinə görə Niks və Erebin qızı , Hesioda görə titan Pallantın arvadı, Zel (qısqanc), Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) anası.
Utik
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Etik
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Adirondak (stil)
Adirondak interyer və memarlıqda ən maraqlı etno stillərdən biridir. 20-ci əsrin ortalarında ABŞ-də yaranıb və adı Nyu-York şəhərindəki Adirondak dağlarından götürülüb. Bu stil üçün səciyyəvi xüsusiyyətlər aşağıdakılardan ibarətdir: Hər şeyin təbii olması - faktura, material, rəng; Ağac gövdələri, budaqları və kökündən qeyri-adi formalar; Yolunmamış daşlardan istifadə; Kobud parçalar; Əl işi əşyalar, böyük və ağır güzgülər, təbiət rəsmləri və s; Tünd yaşıl, nanə yaşılı, şam ağacı yaşılı, sarı, qızılı, açıq-boz, səma mavisi, tünd qırmızı və təbii taxta tonlarından istifadə.
Atik Sinan
Atik Sinan və ya Azad Sinan (XV əsr, Konstantinopol – 1471, Konstantinopol)) — Osmanlı memarıdır. Əslən II Mehmedin işğal etdiyi yunan torpaqlarından == Həyatı == Atik azad edilmiş qullara verilən ad olub. Memar haqqında müasir dövrə qədər az məlumat gəlib çatsa da, adının qarşısındakı atik sözündən onun xristian qullardan olduğu məlum olur. 18-ci əsrin əvvəllərində “Osmanlı dövlətinin yüksəlişi və çöküşü” adlı kitabın müəllifi, münəccim və bəstəkar Dimitri Qantəmirə görə əsl adı Xristodulos'dur. Osmanlı qaynaqlarında isə Abdullah olaraq göstərilmişdir. Hər ikisi “Allahın qulu” mənasına gəlir. Qantəmirə görə Xristodulos Fateh II Mehmetin sevimli memarı olub. Fateh onun xahişi ilə monqolların Müqəddəs Məryəm kilsəsi və ya Qanlı kilsə olaraq tanınan Panaia Muchlotissa kilsəsini heç vaxt məscidə çevirməyəcəyi fərmanını imzalamışdır. Bu kilsə həmin fərman nəticəsində Bizans dövründən qalan, lakin yerində məscid tikilməyən yeganə kilsə olmuşdur. Fərmanın bir nüsxəsi indi də kilsədə saxlanılır.
Etik hakerlik
Georgi Ştil
Stiks (okeanida)
Stiks (yun. Στύξ "əcaib", lat. Styx) — yunan mifologiyasında ilk canlıların əmələ gəlmiş olduğu dəhşətin tərənnümü, eyni zamanda şəxsləşdirilmiş mifik çay "Stiks"in obrazı, Okean və Tefidanın qızı , Higinə görə Niks və Erebin qızı , Hesioda görə titan Pallantın arvadı, Zel (qısqanc), Biya (qüvvət), Kratos (güc), Nikanın (zəfər) anası.
Stiq Daqerman
Stiq Halvard Daqerman (isv. Stig Halvard Dagerman, 5 oktyabr, 1923 - 4 noyabr, 1954) - isveçli jurnalist və yazıçı. İkinci Dünya müharibəsindən sonra yazan ən görkəmli İsveç müəlliflərindən biri idi. == Həyatı == Stiq Daqerman 1923-cü ildə İsveçrənin Uppsala şəhərinin kiçik bir bölgəsində anadan olmuşdu. Anası o doğulduqdan qısa müddət sonra evi tərk etmişdi, atası isə işinə görə daim gəzməli olduğundan Stiq uşaqlığını öz baba və nənəsi ilə birgə keçirtmişdi. Gənc yaşlarından işçi qəzetində siyasi mövzularda şeirlər və məqalələr yazmağa başlayır. 1943-cü ildə Almaniya qaçqını olan Annemarie Götze ilə evlənir və bundan sonra Hitler Almaniyasına və militarizmə qarşı nifrətini bildirən əsərlər yazır. İkinci Dünya müharibəsindən sonra 1945-ci ildə müharibənin faciəvi təsirindən bəhs edən "İlan" adlı ilk romanını yazır. Tənqidçilər tərəfindən müsbət rəy alan Stiq növbəti il "Lənətlənmiş ada" adlı ikinci əsərini də yayımlayır. Frans Kafka, Alber Kamü, Vilyam Folkner kimi yazıçılardan olduqca təsirlənən ekzistensialist yazıçı əsərlərində qorxu, günahkarlıq, yalnızlıq hislərinə xüsusi yer verir, insan varlığının əzablı həqiqətlərini araşdırırdı.
Stiq Larsson
Stiq Larsson (15 avqust 1954[…] – 9 noyabr 2004[…], Stokholm) – İsveçdə doğulan solçu siyasi lider, yazıçı, jurnalist, detektiv jurnalist Mikael Blumkvist və haker-qız Lisbet Salander haqqında "Millenium" trilogiyasının müəllifi. Həmçinin sağ ekstremizm və irqçilik haqqında araşdırmaları ilə də məşhurdur. == Bioqrafiya == Stiq Larssonun atası yerli gündəlik qəzet olan "Vesterbotttens-Kuriren"də rəssam işləyib. Stiq dünyaya gələndə valideynlərinin 17 yaşı olub. Stiq 9 yaşına qədər nənəsi (atasının anası) ilə birgə yaşayıb. Sonra o, daha bir övladı olan valideynlərinin yanına qayıdıb. 16 yaşında Stiq Larsson evi tərk edir. 18 yaşında Cənubi Vyetnamın Azad olunması uğrunda Milli Fonda dəstək olaraq yaradılan İsveç təşkilatının yığıncağında arxitektor Yeva Qabrielssonla tanış olur və çütlük birlikdə yaşayır. Stiq Larsson İsveç Sosialist Partiyasının aktivisti olub, İsveç jurnalı olan "Dördüncü İnternasional"ı redaktə edib. Bundan əlavə gündəlik "İnternasional" qəzetində müntəzəm olaraq yazıları dərc olunub.
Stiv Cobs
Stiv Cobs, Stiven Paul Cobs (ing. Steven Paul "Steve" Jobs; 24 fevral 1955[…], San-Fransisko, Kaliforniya – 5 oktyabr 2011[…], Palo-Alto[d], Kaliforniya) — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O, Apple şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Disney Company-ni əldə etdikdən sonra onun direktorlar şurasının üzvü olur. XX əsrin 70-ci illərin sonunda o, Apple-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərləri ilə birlikdə Apple II seriyalı kommersiyal cəhətdən çox uğurlu olan şəxsi kompüteri layihələndirir, istehsal və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə o Macintoshun yaranmasına gətirib çıxaran istifadəçi üçün kompüter siçanı-nı təkmilləşdirir. 1985-ci ildə direktorlar şurasından istədiyi dəstəyi ala bilməyən Stiv Cobs Apple-dan qovulur və o, daha sonra NEXT şirkətini qurur. Yeni şirkət universitetlər və biznes-strukturlar üçün kompüter platforması hazırlamağa başlayır. 1996-cı ildə Apple qarşılıqlı razılaşma ilə NEXT şirkətini alır və Jobs yeni konqlomeratın sahiblərindən birinə çevrilir. O, həmçinin 1997-ci ildən şirkətin müvəqqəti baş icraçı direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir.
Stiv Ditko
Stiv Ditko (ing. Steve Ditko; d. 2 noyabr 1927, Constaun, ABŞ – ö. 29 iyun 2018, Nyu-York, ABŞ) — ABŞ komiks rəssamı və yazıçısı. Marvel Comics-də işləyərkən Sten Li ilə birlikdə yaratdığı Hörümçək-adam və Doktor Strenc personajları ilə məşhurdur. Ditko Nyu-York şəhərində yerləşən Karikaturaçılar və İllüstratorlar Məktəbindən təhsil almış və müəllimi Betmen rəssamı Cerri Robinson olmuşdur. 1953-cü ildə peşəkar karyerasına başlamış, Cek Körbi və Co Simonun studiyasında işləməyə başlamışdır. Charlton Comics-də işləmiş, burada müəmma və elmi fantastika komiksləri üzərində işləmişdir. 1960-cı ildə Kapitan Atom personajını yaratmışdır. 1950-ci illərdə Marvel Comics-in xələfi Atlas Comics-ə qoşulmuş və burada böyük işlər görmüşdür.
Stiv Freyn
Stiv Freyn (ing. Steve Frayne) daha çox Dinamo (ing. Dynamo) təxəllüsü ilə tanınan — birtaniyalı illüzionist. == Həyatı == 1982-ci il dekabr 17-si İngiltərənin Bedford şəhərində anadan olub. == * * * == 11 yaşı olanda babasından ilk fokuslarını öyrəndi. Babasının köməyi ilə gələcəkdə bu sahəyə marağı artıb və gələcəkdə illüzionist olub.
Stiv Kerell
Stiven Con Karell (ing. Steven John Carell; 16 avqust 1962, Konkord[d], Massaçusets) — amerikalı aktyor, komediyaçı. NBC kanalında yayımlanan Ofis (2005–2011; 2013) teleserialında canlandırdığı Maykl Skott roluna görə tanınır. Kerell həm film, həm də televiziyadakı rollarına görə çoxsaylı mükafatlar, o cümlədən "Qızıl Qlobus" mükafatına layiq görülüb. Ofisdəki işinə görə Life jurnalı tərəfindən "Amerikanın ən gülməli adamı" seçilib.
Stiv Leysi
Stiv Tomas Leysi-Moya (23 may 1998, Kompton[d], Kaliforniya) — Amerikalı müğənni, bəstəkar, mahnı yazarı və musiqi prodüseri. Alternativ R&B qrupu The Internet-in gitaraçısı kimi tanınıb. 2017-ci ildə özünün prodüserlik etdiyi Steve Lacy's Demo mini albomunu buraxıb. Bunun ardınca Leysi Tyler, the Creator-un "911 / Mr. Lonely" mahnısında Frenk Ouşen ilə birlikdə çıxış edib; və Solanc Noulz, Chloe x Halle və kimi sənətçilər üçün birgə mahnılar yazıb. O həmçinin Kendrik Lamarın "Pride" mahnısı üzərində işləmişdir.
Stiv Makkari
Stiv Makkari (ing. Steve McCurry) — məşhur ABŞ fotoqrafı; 1985-ci ildə çəkdiyi "Əfqan qızı" fotosu ilə şöhrət qazanmışdır. == Fəaliyyəti == O, Dünyada hərbi münaqişələrin baş verdiyi nöqtələrdə bir çox şəkillər çəkmişdir. == "Əfqan qızı" == Fotoqrafın 1985-ci ildə çəkdiyi və həmin ildə "National Geographic" jurnalının üz qabığında dərc olunan "Əfqan qızı" fotosu dünyanın hər bir nöqtəsində bəyənilmiş və fotojurnalistə böyük şöhrət gətirmişdir. Stiv Makkuri 2002-ci ildə çətin araşdırma nəticəsində həmin əfqan qızını – əfqanıstanlı Şerbet Gualanı taparaq fotosunu təkrar çəkmişdir. == Nəşrlər == The Imperial Way. Boston, MA: Houghton Mifflin Harcourt, 1985. Text by Paul Theroux. Monsoon. London: Thames and Hudson, 1988.
Stiv Miller
Stiv Miller5 oktyabr 1943, Miluoki, Viskonsin - 5 oktyabr 1943-cü ildə Miluoki Vislosində ABŞ-də anadan olan amerikalı gitarist.O, 12 yaşında Blyuz-rok gitar qrupunu yaradır.O çoxlu dəyişikliklərdən sonra “The Steve Miller Band”-qrupunu təsis edir. Onun ən məşhur mahnısı “ Abracadabra”-dır == Bioqrafiya == Stivin karyerası, 1955 -ci ildə başladı, Les Paulun(atasının tanıdığı) təsiri altında öz musiqi qrupunu yaratdı. 1960-cı illərin sonlarında Miller, Çak Berri ilə işləyən və yazılarında Paul MakKartneyin özü də iştirak etdiyi tanınmış bir rok musiqiçisi idi. 1972 -ci ildə qəza keçirdi, boynu qırıldı və hepatitə yoluxdu. Xəstəliyi zamanı zarafatla "The Joker" adlı sadə bir mahnı yazdı və onu sinql olaraq buraxmağa qərar verdi.u pop yönümlü mahnı Billboard Hot 100-də bir nömrəyə yüksəldi. Böyük bir hit oldu. 17 il sonra İngiltərədə yayımlandı və reklam çarxında çəkildikdən sonra milli qrafiklərdə də birinci oldu.Mahnının sözlərində, sonradan gənclik subkulturasına daxil olan mənasız sevgi pompatusu (İngilis dili) ilk dəfə səsləndi. 1996 -cı ildə qəhrəmanları bu sirli ifadənin mənşəyini və mənasını müzakirə edən "Sevgi Pompatusu" adlı bir film belə çəkildi."The Joker" in uğurundan təsirlənən Miller, ən geniş auditoriya üçün oxşar üslubda yazmağa davam etmək qərarına gəldi. Onun "Fly Like a Eagle" (1976) və "Books of Dreams" (1977) albomları milyonlarla nüsxə satdı və "Rock'n Me" adlı sinql hit oldu. Musiqi tənqidçiləri Millerə psixedik blues roka xəyanət etdiyinə görə pis fikirlər söyləsələr də, o, bəzən həm MakKartney, həm də The Eagles ilə birlikdə çıxış etməyə davam etdi.
Stiv Rocers
Kapitan Amerika (ing. Captain America) — Marvel Comics nəşriyyatı tərəfindən İkinci dünya müharibəsi illərində — 1941-ci ilin martında yaradılan super qəhrəman personajı. Ən tanınmış Marvel Comics personajlarından biridir. Ən məşhur ifadəsi Qisasçılar komandasına səslənərkən istifadə etdiyi "Qisasçılar, birləşin!" (ing. Avengers, assemble!) ifadəsidir. == Nəşri == 1940-cı ildə yazıçı Co Simon yeni super qəhrəman yaratmaq qərarına gəlmişdi və qəhrəmanın geyimi ilə birlikdə ilk eskizini çəkmişdir. Avtobioqrafiyasında yazırdı: Timely Comicsin (o dövrdə Marvel Comics belə adlanırdı) nəşriyyatçısı Martin Qudman Co Simona "Kapitan Amerika" adlı komiks nəşr etməyə və komiksin baş redaktoru olmağa icazə vermişdir. Cek Kyorbi komiksin nəşrində də Con Simona kömək edirdi. "Kapitan Amerika" komiksinin ilk sayı 1941-ci ilin martında nəşr olunmuşdur. İlk saydaca Kapitanın Adolf Hitleri necə kötəkləməsi təsvir olunmuşdur və 1 milyon nüsxəsi satılmışdır.
Stiv Sandvoss
Stiv Sandvoss (ing. Steve Sandvoss) - Amerikalı kino aktyor. == Bioqrafiya == Stiv Sandvoss 23 iyun 1980-ci ildə Nyu-York şəhərində anadan olmuşdu. Konnektikutda məktəbi bitirdikdən sonra Harvard Universitetinə daxil olmuşdu. O məşhur aktrisa Natali Portmanla birlikdə oxuyurdu və daha çox teatral dərslər ilə maraqlanırdı. O həmçinin fotoşəkil sənəti və Amerikan ədəbiyyatı ilə də səylə məşğul olurdu. Teatrda o əvvəllər hər bir ekstremal rolu oynayırdı, lakin zaman keçdikcə o Şekspirin və Brextin klassik əsərlərindən böyük təcrübə əldə etdi. Aktyor qismində Stiv ilk dəfə 2003-cü ildə, «Amerikan arzusu» adlı filmdə futbol ulduzu rolunu ifa edərək çıxış etmişdi. Stiv 2003-cü ildə «Sonuncu günlər» adlı tammetrajlı bədii filmində Elder Aaron Devis rolu ilə çəkilir. Bundan başqa o həmçinin "Gəlini öp" (2008) və "Detektiv Raş" kimi filmləri ilə də tanınır.
Stiv Smit
Stiv Smit (velosipedçi) — Kanadalı peşəkar dağ motosiklet sürücüsü.
Stiv Soboroff
Stiv Soboroff (31 avqust 1948, ABŞ) — Los-Anceles Polisi Komissiyasının Prezidentidir, Weingart Fondunun və Pleyas Perspektivinin keçmiş Sədr Baş Vəzifəli Şəxsinin idarə heyətinin üzvü. O həmçinin İctimaiyyətə Əlaqənin , Dövlət Siyasətinin USC Qiyməti Məktəbində , Şura üzvlərinin İdarəsinin üzvünün UCLAnın Luskin Məktəblərində Məsləhətçi İdarənin Böyük Yoldaşıdır və üzvüdür. O Los-Anceles Meri Riçard Riordan-a Böyük Müşavir kimi xidmət etdi. Soboroff Loyola Marymount Universitetində Los-Ancelesin Tədqiqatı üçün Mərkəzin Sədridir.
Stiv Trevor
Stiv Trevor — General Steven Rockwell Trevor super qəhrəman Ecazkar qadın ilə birlikdə DC Comics tərəfindən nəşr olunan Amerikan Komiks jurnallarında görünən bədii bir xarakterdir. Xarakter William Moulton Marston tərəfindən yaradılmış və ilk olaraq All Star Comics # 8-də (1941-ci ilin dekabrında) yaranmışdır. Steve Trevor, Diana (Ecazkar Qadın) adlı "İnsan Dünya"sına tanıdan və Wonder Woman-ın Birləşmiş Millətlər Təşkilatındakı fəaliyyət göstərən adamı etibarlı dostu, sevgilisi və ortağıdır.
Stok-Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.
Stok Nyuinqton
Stok-Nyuinqton (ing. Stoke Newington) — London şəhərinin rayonu.