TOROS

su hövzələrinin / dəniz , çay, göl/ buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi /sıxılması/ və onların kənarlarının qırılması nəticəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları. Р–торос ice hummock
TORF TƏPƏCİKLƏRİ
TORPAQ PİRAMİDALARI
OBASTAN VİKİ
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Toros Toromanyan
Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864 – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933). 1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur. 1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir. 1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
Cassia torosa
Senna occidentalis (lat. Senna occidentalis) — paxlakimilər fəsiləsinin səna cinsinə aid bitki növü. == Sinonimləri == Cassia caroliniana, Cassia ciliata Raf. Cassia falcata L. Cassia foetida Pers. Cassia laevigata sensu auct. non Prain non Willd. Cassia macradenia, Cassia obliquifolia, Cassia occidentalis, Cassia occidentalis var. arista Cassia occidentalis var. aristata Cassia planisiliqua Cassia torosa Cav.
Sarkis Torosyan
Sarkis Torosyan (erm. Սարգիս Թորոսեան, 1891 - 1954) — Osmanlı ordusunun erməni əsilli zabiti, Çanakqala döyüşünün qəhrəmanı. Özünün yazdığı xatirələrində iddia etmişdir ki, həmin döyüşdə ilk ingilis hərbi gəmisini məhz o vurub batıra bilmişdir Ancaq sonra, Osmanlı savaşda məğlub olan çağlarda silahını türklərə qarşı çevirmişdir. Daha sonra o Amerikaya köçmüş və orada öz “Dardaneldən Fələstinə qədər: Türkiyənin 5 cəbhəsi barəsində doğru xəbər” adlı xatirələrini yazmışdır. Bu kitabda xatırlanan olaylar Türkiyədə mübahisələrə səbəb olmuşdur, tarixçilər onları şübhə altına almış, bəzi olayların isə saxta olduğunu iddia etmişdirlər. Xatirələrin yayımlanması zamanı yerli tarixçi Paul Vartan Sookiasian Torosyanın soyunu tapmış və onlarla əlaqə saxlamışdır. Bundan sonra Taner Akçam Torosyanın nəvəsindən müsahibə almış. Orada o babasının həyatı haqqında təfərruatları açıqlamışdır. Sərgiz Torosyan 1893-cü ildə Kayseri bölgəsindəki Everek (hazırda Develi) adlı erməni kəndində doğulmuşdur. Orada yerli kilsə məktəbində ilk təhsilini almışdır.
Torosaurus
Triseratops (lat. Triceratops) — heyvanlar aləminin xordalılar tipinin quşçanaqlılar dəstəsinin seratopsidlər fəsiləsinə aid heyvan cinsi. Son Təbaşır dövründə yaşamış buynuzlu dinozavrlar yarımdəstəsindən qazıntı halda tapılmış sürünən heyvan cinsi. Uzunluğu 6 metrədək, başında 3 buynuz (qısa burun və iki uzun alın buynuzu) olmuşdur. 4 nəhəng ayaq üzərində hərəkət etmişdir. Ot bitkiləri ilə qidalanmışdır. Qalıqları Şimali Amerika çöküntülərindən məlumdur. Triceratopsun yerdən olan hündürlüyü 2,5–3metr, uzunluğu başından quyruğuna qədər 9–10,5metr, çəkisi 6,1–12 ton olmuşdur. Bütün dinozavr növləri arasında ən böyük kəllə strukturuna malik olmuşlar. Kəllənin uzunluğu bəzi hallarda heyvanın bədənin uzunluğunun 1/3 qədər ola bilirdi və uzunluğu 2,5 metrə çatırdı.
Toroslar
Toroslar (türk. Toroslar) — Mersin ilinin ilçəsi.

Значение слова в других словарях