Hamar toyçiçəyi
Hamar toyçiçəyi, Hamar güyənə (lat. Polygonatum glaberrimum) - toyçiçəyi cinsinə aid bitki növü.
== Sinonim ==
Polygonatum mischtschenkoanum Greuter
Polygonatum odoratum subsp. glaberrimum (K.Koch) Elenevsky & Zernov
Polygonatum ovatum Miscz. ex Tamanian
Polygonatum pruinosum Boiss.
== Botaniki təsviri ==
Hündürlüyü 30-60 sm olan çoxillik bitkidir. Gövdəsi düzdür, sərt tillidir, şırımlıdır.
== Yarpaq ==
Yarpaqıları enli-oval, bəzən neştərvari-oval olub, uzunluğu 9-12 sm, eni 3-6 sm-dir, çılpaqdır, alt tərəfdən tünd-göy, təpə hissədə tədricən sivriləşən və yaxud kütdür, qaidə hissəsində uzunluğu 10 mm-ə qədər olan qısa saplağa sərt daralmışdır.
== Çiçək ==
Çiçəkləri yarpaq qoltuğunda 1-2 ədəd olmaqla sallaq çiçək saplağında yerləşmişdir. Çiçəkyanlığı iridir, slindrikdir, hamardır.