Dolfin və Yunion boğazı
Dolfin və Yunion boğazı ing. Dolphin and Union Strait- Viktoriya (ada)sını Şimali Amerika materikindən ayırır. Şimal-qərb yolunun üzərində yerləşir. Kanadanın şimal-qərbində, Nunavut və Şimal-Qərb əraziləri vilayətləri ərazisində yerləşir. Boğaz Koroneyşen körfəzi ilə Amudsen körfəzini birləşdirir. Eni qərbdə 90 km, şərqdə isə 24 km təşkil edir. Uzunluğu 161 km-dir. Şərq hissədə kiçik adalar və riflər vardır ki, bu səbəbdən boğazdan gündüz keçmək məsləhət görülür. 1824-ci ildə Con Riçard tərəfindən kəşf edilib. Adı isə Dolfin və Yunion qayıqlarının şərəfinə adlandırılıb.